G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə24/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

 
 
79 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


3.  
 
 
 
4. Günәş şüalarının düşmә bucağının hesablanması. 
Mәsәlә 1. Qış gündönümündə Azərbaycanın şimal 
ucqar nöqtəsində günəş şüalarının düşmə bucağını 
hesablayın. 
Mәsәlә 2. Yay gündönümündə Azərbaycanın şimal 
ucqar nöqtəsində günəş şüalarının düşmə bucağını 
hesablayın 
Mәsәlә 3. Qış gündönümündə Azərbaycanın cənub 
ucqar nöqtəsində günəş şüalarının düşmə bucağını 
hesablayın. 
Mәsәlә 4. Yay gündönümündə Azərbaycanın 
cənub ucqar nöqtəsində günəş şüalarının düşmə 
bucağını hesablayın. 
 
 
5. Vaxtın   tәyin   edilmәsinә dair hesablamalar. 
Mәsәlә 1. Azərbaycanın şərq və qərb ucqar nöqtələri arasında yerli vaxt fərqini hesablayın.  
Mәsәlә 2. Bakı  səhəri ilə III saat qurşağının orta meridianı arasında olan yerli vaxt fərqini  
hesablayın. 
  
Verilən ərazilər üçün hansı iqlim 
hadisələri və prosesləri səciyyə-
vidir? Onların əhalinin təsərrüfat 
fəaliyyətinə təsirini izah edin.  
________________________ 
________________________ 
________________________ 
 
Xәritә üzrә iş
 

 Quton d. 41°55’ ş.e 
 
• 
Astaraçay  
38°25’ ş.e 
• 
Neft daşları  
51°45’ ş.u 
 
 
• 
Sədərək  
44°46’ ş.u
LAYİHƏ


 
 
80 
 
 
 
 
 
 
 
 
A
VROPANIN DAXİLİ SULARI 
 
 
 
Relyef və iqlimindən asılı olaraq Avropanın hər bir regionunda özünəməxsus çay 
şəbəkəsi  mövcuddur.  Çaylar  rejiminə,  qidalanmasına  və  onlardan  təsərrüfat  məq-
sədilə istifadə edilməsinə  görə bir-birindən fərqlənir.  
Şimali Avropada Skandinaviya dağlarından axan çaylarda çoxsaylı astana və şəla-
lələr vardır. Ona görə də onlar gəmi nəqliyyatı üçün əlverişli deyil, lakin onlardan ağac 
axıdılmasında geniş istifadə olunur. Avropanın şimalında olan çayların böyük hidro-
enerji ehtiyatları vardır ki, bundan da Norveç, Finlandiya, İsveç və digər ölkələr çox 
istifadə edir.  
 
Orta Avropanın çay şəbəkəsinə ərazinin düzənlik relyefi güclü təsir edir. Çaylar 
enli dərələrlə axır və mühüm iqtisadi əhəmiyyət kəsb edir
.
 
İl ərzində çaylarda suyun səviyyəsinin yüksək olması, suların donmaması Avro-
panın qərbində axan çaylardan gəmiçilik məqsədilə istifadə etməyə imkan yaradır. 
Bir çox iri çayların estuarilərində (Reyn, Sena, Luara) limanlar yerləşir. Qabarma 
vaxtı onlara okean gəmiləri daxil ola bilir.  
21 
Avropanın iri çayları 



4
5
6
7
8
9
10
11
12 13
14 
 
Xәritә-sxem üzrә iş
Avropanın çaylarını töküldüyü dənizlərə
(körfəz, boğaz) görə qruplaşdırın və 
tərtib etdiyiniz cədvəldə yazın. 
 
Müzakirә edin: 
1. Avropanın hansı regionunda çaylar 
daha azdır? 
2. Çayların sayının çox və ya az olma-
sını nə ilə izah etmək olar? 
• Hidroenerji ehtiyatlarına görə Norveç Avropa- 
nın bütün ölkələrindən irəlidədir:  
Burada 937 SES fəaliyyət göstərir. Ölkənin 
enerjiyə olan tələbatının 99%-i SES-lərin 
hesabına  ödənilir. Adambaşına düşən elektro-
enerji istehsalına görə dünyada birinci yeri tutur. 
        
 
SU EHTİYATLARI VƏ 
ONLARIN İQTİSADİ 
ƏHƏMİYYƏTİ 
Alta SES-in bəndi
 
LAYİHƏ


 
 
 
81 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
Hidroenerji resurslarının Fransada 92%-i, İsveçrədə 91%-i, İtaliyada 86%-i mə-
nimsənilmişdir.  
Avropanın cәnub hissәsinin dağlıq relyefi, quru, isti yayı olan subtropik iqlimi 
çay şəbəkəsinin formalaşmasına təsir edir. Alp dağlarının yamaclarından Balkan və 
Pireney yarımadalarına doğru axan çayların böyük hidroenerji ehtiyatı vardır. Cənu-
bi  Avropanın  iri  çaylarından  olan  Taxo,  Po  və  digər  çaylar  böyük  suvarma  əhə-
miyyətinə malikdir.  
Şərqi  Avropanın  çayları  düzənliklərlə  sakit  axır,  çay  dərələri  genişdir.  Volqa, 
Dnepr, Don, Peçora, Ural bu regionun iri çaylarındandır. Şərqi Avropanın ən uzun 
çayı Volqadır. Onun üzərində kaskad, yəni ardıcıl tikilmiş su anbarları sistemi ya-
radılmışdır. Kaskad sistemində yaradılan xüsusi qurğular iri gəmilərin hərəkət etmə-
sinə imkan yaradır. 
Düzənlik relyefin üstünlük təşkil etməsi müxtəlif çay sistemlərini birləşdirən gә-
miçilik kanallarının yaradılmasını asanlaşdırır. Gəmiçilik kanalları iki çay 
sistemini
 
birləşdirməklə məntəqələr arasında yolların maksimum qısalmasına səbəb olur. 
 
Volqa çayını Don çayı ilə birləşdirən Volqa-Don gəmiçilik kanalının rolu böyük-
dür. O, Xəzər hövzəsini Qara dəniz hövzəsi ilə birləşdirir. Şərqi Avropanın çayları 
(Volqa, Don, Peçora, Ural və s.) qışda donur, yazda isə daşır. 
Avropada göllər çoxdur. Sahəsinə görə fərqlənən iri göllərdən Ladoqa və Oneqa 
(Rusiya), Venern, Vettern (İsveç), Sayma, İnari (Finlandiya), Balaton (Macarıstan), 
• Temza çayı İngiltərə üçün mühüm iqtisadi və nəqliyyat əhə-
miyyətinə malikdir. Qabarmalar zamanı okean gəmiləri Londo-
na qədər (mənsəbdən 64 km) gedir. Londonun sakinləri Temza 
çayından hər gün 583 milyon litr içməli su istifadə edir. 
• Dunay çayının uzunluğu 2850 km-dir. O, Alp, Karpat və 
Balkan dağlarından çoxlu sayda qollar qəbul edir. Yazda qar-
ların əriməsi ilə əlaqədar olaraq çayın suyunun səviyyəsi qal-
xır. Çayın böyük nəqliyyat əhəmiyyəti vardır. Dunay-Mayn-
Reyn gəmiçilik kanalı Qara dənizdən Şimal dənizinə qısa 
yolla çıxmağa imkan verir.  
Müzakirә edin: 
1. Siyasi xəritədən istifadə edərək Dunayın hansı Avropa 
ölkələrindən keçdiyini müəyyən edin.  
2. Temza və Dunay çaylarının təsərrüfat əhəmiyyətini müqa-
yisə edin. 
 
Mәtn üzrә iş
Temza çayı. London
Dunay çayı. Xəritə-sxem
 
Dunay 
Qara 
dəniz 
1. Volqa-Don kanalının respublikamızın 
iqtisadiyyatında hansı rol oynadığına dair 
fikirlərinizi şərh edin. 
2. Bakıdan İstanbula gedən gəminin hansı 
su hövzələrindən keçdiyini ardıcıl yazın. 
  
Xәritә-sxem üzrә iş
Volqa-Don 
kanalı 
Azov 
Xəzər 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə