G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə21/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

 
 
69 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


yağıntı çox düşür (800–2000 мм). Onları okeandan Qərb küləkləri gətirir. Cənubdan, 
Antarktidadan  materikə  soyuq  hava  kütləsi  daxil  olur.  And  dağlarının  yüksək-
liklərində iqlim yaşayış və təsərrüfatın inkişafı üçün əlverişsizdir. 
 
 
 
 
Xəritə-sxemdəki məntəqələrin iqlim xüsusiyyətlərinin plan üzrə səciyyəsini 
yazın. 
1. Hansı iqlim qrşağında yerləşir? 
2. İl ərzində düşən yağıntılar fəsillər üzrə necə dəyişir? 
3. Məntəqələrdə iqlimin formalaşmasına hansı amillər təsir edir? 
 
 
 
 
 
A
FRİKANIN İQLİMİ 
 
 
 
Afrika materikinin əsas hissəsi tropik xətlər arasında yerləşdiyinə görə Yer kü-
rəsində ən isti materik hesab edilir. Materik üzərində Günəş radiasiyasının illik kə-
miyyəti  160–220  kkal  sm
2
  arasında  dəyişir.  Əksər  ərazilərdə  il  ərzində  Günəş  iki 
dəfə zenitdə olur. Ona görə də ilboyu temperatur 20
o
C-dən aşağı düşmür.  
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
18 
• Sahel – Afrikanın Böyük Səhradan cənubda səhra və savanna zona-
ları arasında yerləşən hissəsidir. Bura üçün mövsümi rütubətlənmə
səciyyəvidir.  Bəzən  yağışlı  dövrdə  yağıntı  düşmür.  Bu,  quraqlıq
adlanır.  
Quraqlıq – Sahel ölkələrinin kənd təsərrüfatının inkişafını məhdud-
laşdıran əsas amildir. Əkilən bitkilər məhsul vermədən birbaşa tar-
lada quruyur, heyvanlar su və yemək çatmadığından məhv olur. Nə-
ticədə əhali çox əziyyət çəkir.  
Heyvanların çox otarılması, eyni bitkilərin təkrar əkilməsi, torpaq-
ları gücdən salması, kolluqların və ağacların yanacaq kimi istifadə
olunması və s. səhralaşmaya gətirib çıxarır.  
Böyuk Səhra 
Sahel 
Müzakirә edin:  
1. Siz BMT ekspertlərinin rəyi ilə razısınızmı?  
2. Ölkələrin inkişafının aşağı səviyyədə olmasının səbəbini yalnız әlverişsiz iqlim şәraiti və tez-tez 
tәkrarlanan quraqlıqla izah etmək olarmı? Cavabınızı əsaslandırın. 
Qәrbi Afrikada quraqlıq 
dövrü. Məhsulu qurumuş tarla. 
Şәrqi Afrikada quraqlıq dövrü. Su 
və qida qıtlığından tələf olmuş 
heyvanlar
 
  
Mәtn vә şәkil üzrә iş
• BMT ekspertlәrinin 
mәruzәsindәn: “Afrika 
ölkələrinin iqtisadi gerili-
yinin və kənd təsərrüfatı-
nın zəif inkişaf səviyyə-
sinin əsas səbəblərindən 
biri quraqlıqdır”. 
LAYİHƏ


 
 
 
70 
 
Alçaq təzyiq qurşağında yerləşən Mərkəzi Afrika ən çox yağıntı alır və yağıntılar 
ilboyu bərabər paylanır. Bu ərazilərdə səpələnən radiasiya üstündür. Buna səbəb hə-
min ərazilərdə buludluluğun yüksək olmasıdır. Mərkəzi Afrikada yerləşən Debuncada 
illik yağıntının miqdarı 10.470 mm-ə çatır. 
Afrika, demək olar ki, ekvatora nəzərən simmetrik yerləşir. Ona görə də Şimal və 
Cənub yarımkürələrində ilin fəsilləri əksinədir. Şimalda – iyun, iyul, avqust, cənubda 
isə dekabr, yanvar və fevral yay aylarıdır. Materikin şimal hissəsi cənuba nisbətən 
daha genişdir. Ona görə də şimal hissəsinin iqlimi daha quru və kontinentaldır.  
 
Afrika sahillərini yuyan Kanar, Bengel, Somali soyuq cərəyanları sahilboyu əra-
zilərdə quru iqlimin formalaşmasına səbəb olur. Materikin cənub-şərq sahilləri bo-
yunca axan isti Mozambik və İynə cərəyanları isə yağıntının miqdarını artırır. 
İqlimdə kəskin dəyişmələrin səbəblərindən biri də relyefdir. Məsələn, Kiliman-
caronun zirvəsində il ərzində temperatur 0
o
C-dən aşağıdır. Ekvator yaxınlığında yer-
ləşməsinə baxmayaraq, yamacların ekspozisiyası, hakim küləklər düşən yağıntıların 
miqdarına  təsir  edir.  Madaqasqar  adasının  şərq  yamacı  və  Əjdaha  dağları  çoxlu 
miqdarda yağıntı alır. Buna səbəb onların Hind okeanından gələn passat küləklərinin 
yolu üzərində yerləşməsidir.  
Ekvatorial iqlimin əsas xüsusiyyəti il ərzində hər gün təkrarlanan hava şəraitinin 
olmasıdır.  Səhər  hava  aydın  olur,  gündüz  güclü  qızan  Yer  səthindən  isinən  hava 
yuxarı qalxır, tez-tez şimşək və ildırımla müşayiət olunan leysan yağışlar yağır. Ya-
ğışdan  sonra  hava  açılır.  Axşam 
hava yenidən sakit, buludsuz olur.  
Subekvatorial iqlim qurşağının xü-
susiyyəti  temperatur  və  yağıntının 
fəsillər üzrə dəyişməsidir. Mövcud 
olan  hava  şəraiti  və  yağıntının  re-
jimi ərazinin bitki və heyvanat alə-
minə, eləcə də kənd təsərrüfatına tə-
sir edir.   
Tropik iqlim qurşağında  yağın-
tılar  az  düşür.  Sutkalıq  temperatur 
amplitudu  40°C-yə  çatır  və  illik 
Xəritə-sxemə əsasən cədvəli dəftərinizdə tamamlayın:   
Günəşin 
zenitdə 
olduğu 
məntəqələr 
Günəşin 
zenitdə 
olmadığı 
məntəqə-
lər 
Uyğun günlərdə günəşin zenitdə 
olduğu məntəqələr 
Yaz 
gecə-
gündüz 
bərabərliyi 
Yay 
gündö

m
ü 
Payız gecə-gün-
düz bərabərliyi 
Qış 
gündö
nüm
ü 
 
 
 
 
 
 
 
Xәritә üzrә iş
 
Cədvəli tamamlayın. 
İglim 
qursaqları      
Ölkələr 
Ekvatorial 
 
Subekvatorial 
 
Tropik 
 
Subtropik 
 
  
Xәritә üzrә iş
 
Afrikanın iqlim qurşaqları 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə