G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

 
 
 
60 
 
şəkər  çuğunduru  və  s.  əkinlərinə  görə  fərqlənir.  Üzüm  yığımında  İtaliya,  zeytun 
yığımında isə İspaniya dünyada birinci yerdədir.  
Aralıq dənizi sahilləri təbii turizm ehtiyatlarına görə də fərqlənir. Hər il Fransa, 
İspaniya və İtaliyaya ayrı-ayrılıqda 50 mln.-dan çox turistin gəlməsi də bununla əla-
qədardır.  
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. İqlim diaqramına əsasən suallara cavab verin: 
a) Yanvar ayında temperatur neçə dərəcə olur?
b) Qışın 3 ayı ərzində nə qədər yağıntı düşdü-
yünü hesablayın. 
c) İyul ayında temperatur neçə dərəcə olur? 
d) Yayın 3 ayı ərzində cəmi nə qədər yağıntı 
düşdüyünü hesablayın. 
2. Cənubi Avropa ölkələri turizmin yaxşı inkişaf 
etməsi ilə səciyyələnir. Turizmin inkişafında 
iqlim hansı rol oynayır? 
3. Abşeron və Aranın iqlim şəraitinin Cənubi 
Avropa ilə hansı oxşar cəhətləri vardır? 
4. Qərbi Avropada iqlim 
qurşaqları və kənd təsərrü-
fatının ixtisaslaşma sahələri 
xəritə-sxemlərinə əsasən 
cədvəli tamamlayın. 
İqlim qur-
şaqları 
Kənd 
təsərrüfatı-
nın ixtisas-
laşma 
sahələri 
 
 
 
Qərbi Avropada kənd təsərrüfatının ixtisaslaşma sahələri 
 
Xәritә üzrә iş
Holfstrim Norveç və Şimali 
Atlantik cərəyanları Avropanın 
iqliminə necə təsir göstərir? Bu 
cərəyanların temperaturu aşağı 
düşərsə, Avropanın iqlimi necə 
dəyişər?  
 
 
Dәrsdәn sonra
 
İnternetdən 
(https://az.wikipedia.org/wiki/Avropa
istifadə edərək bir neçə fərziyyə ilə tanış 
olun və razılaşdığınız ideyanı dəftərinizə 
yazın.  
 
LAYİHƏ


 
 
61 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
A
SİYANIN İQLİMİ 
 
Asiya  iqliminin  formalaşmasına  müxtəlif  amillər  təsir  edir.  Qitənin  şimaldan 
cənuba doğru çox uzanması onun Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında 
yerləşməsinə  səbəb  olur.  Zond  arxipelaqının  cənubundakı  adalar Cənub yarımkü-
rəsinin subekvatorial qurşağında yerləşir.  
Әrazinin böyüklüyü vә sahillәrin nisbәtәn az parçalanması da Asiyanın iqliminə 
güclü təsir edir.  Geniş quru ərazi Asiyanın mərkəzi hissəsində iqlimin kontinental-
lığına  səbəb  olur.  Bu  ərazilər  sərt  qışı  və  isti  yayı,  illik  temperatur  amplitudunun 
böyük olması ilə səciyyələnir.  
 
Tayfunlar  –  güclü  yağışların  müşa-
hidə olunduğu tropik siklonlardır. On-
ların diametri 300–400 km-ə, küləyin 
sürəti  isə  300  km/saata  çatır.  Tay-
funlar  Asiya  üçün  səciyyəvi  olan  at-
mosfer hadisələrindən biridir. 
 
Sakit okean üzәrindә tayfunun yaranması. 
Kosmosdan çəkilmiş şəkil 
 
Asiyanın  şimalında  iqlimə  daimi  küləklərdən  şimal-şәrq,  cənub-qərb  hissəsinə 
isə passat külәklәri təsir göstərir. Lakin Asiyanın iqliminin formalaşmasına daha çox 
daimi küləklər deyil, mövsümi külәklәr təsir edir. Cənubi, Cənub-Şərqi və Şərqi Asi-
ya sahilləri üçün yay aylarında bol yağıntıları ilə seçilən mussonlar səciyyəvidir.
 
 
15 
• 7 noyabr 2013-cü ildə Filippində baş verən tayfun 
müşahidə tarixində ən güclüsü hesab edilir. Kəndlərdə 
tikililərin 90%-i dağılmışdır. Fəlakətli hadisə nəticəsində
2,5 mln. nəfərin ərzaq ehtiyacı yaranmış, 545 min nəfər 
ev-eşiyini itirmiş, 130 min ev dağılmışdır. Su boruları və
elektrik xətlərindəki qəzalar əhalini içməli sudan və 
elektrik enerjisindən məhrum etmişdir. İnfeksiya mənşəli 
epidemiyalar yayılmışdır.  
Ölkədə sənaye, kənd təsərrüfatı, yaşayış məntəqələri və 
infrastrukturu bərpa etmək üçün xeyli miqdarda xərc 
tələb olunur.  
Tayfundan ziyan çəkənlərə kömək üçün 1215 təxliyə 
mərkəzi açılmışdır. Filippinə ilk humanitar yardım 
göstərən ölkələr ABŞ və Böyük Britaniya olmuşdur.  
Filippindә tayfunun fәsadları  
Suallara cavab verin: 
1. Filippindən tayfun keçərkən dağıntının daha çox şəhərlərdə yox, kənd yerlərində olması faktını 
nə ilə izah etmək olar? 
2. Nə üçün Filippinə ilk yardımı qonşuluqda yerləşən Cənub-Şərqi Asiya ölkələri deyil, ABŞ və 
Böyük Britaniya göstərmişdir? 
3. Filippin iqtisadiyyatının hansı sahələri tayfundan ziyan çəkmişdir? 
Mәtn üzrә iş
LAYİHƏ


 
 
 
62 
 
 
Cənubi və  Mərkəzi  Asiyanın  iqliminə relyefin tәsiri daha  çoxdur.  Hindistanda 
Himalay dağlarının cənub yamacında yerləşən Çerrapunca məntəqəsində ildə orta 
hesabla  11  200  mm  yağıntı  düşür.  Bu,  dünyada  Havay  adalarından  sonra  2-ci  ən 
rütubətli yerdir.  
Asiyanın mərkəzi hissəsinin iqlimi kəskin və quraqdır. Bu, regionu əhatə edən 
dağ silsilələrinin rütubətli hava kütlələrinin qarşısını kəsməsi ilə izah edilir. Dağlıq 
regionların  iqlimi  yüksəklikdən  asılı  olaraq  dəyişir.  İqlimin  yüksəklik  qurşaqlığı 
Tyan-Şan və Himalay dağlarında daha aydın nəzərə çarpır.  
Şimal Buzlu okeanı sahilinin arktik iqlim qurşağında yerləşən əraziləri bütün il 
boyu  çox  soyuq  və  quru  hava  kütlələrinin  təsiri  altında  olur.  Burada  qışda  hava                
-40
o
C – -50
o
C, yayda isə 0
o
C +4
o
C-yə çatır. Şimal-şərq küləkləri il ərzində materikə 
doğru Şimal Buzlu okeanından əsir, lakin yağıntı gətirmir. Çünki okeanın səthi buzla 
örtülüdür və onun səthindən, demək olar, buxarlanma getmir.  
Subarktik iqlim qurşağı arktik və mülayim hava kütlələrinin mövsümi növbə-
ləşməsi ilə səciyyələnir. 
 
 
Subarktik qurşaqda yay mülayim keçir, çünki burada mülayim hava kütlələri 
hakim olur. Lakin qış çox sərt soyuq olur ki, bu da arktik hava kütlələri ilə əlaqədar-
dır. Bu ərazidə əkinçiliyi inkişaf etdirmək üçün heç bir imkan yoxdur. Əhalinin əsas 
məşğuliyyəti maralçılıq və xəz dəri heyvandarlığıdır.  
Mülayim iqlim qurşağı Asiyanın çox hissəsini əhatə edir. Qərbi və Şərqi Sibirin 
iqlimi kontinentallığı ilə seçilir. Bu ərazilər kənd təsərrüfatının inkişafı üçün əlve-
rişsizdir: yay qızmar, qış isə çox sərt olur. Şaxtalar bütün qış boyunca davam edir, 
temperatur –50
o
C-dən aşağı olur. Qitənin şimalında Şimal yarımkürəsinin soyuqluq 
qütbləri – Oymyakon və Verxoyansk yerləşir. Oymyakonda –68
o
C, Verxoyanskda 
isə –72
o
C temperatur müşahidə olunub. Qışda yağıntı çox az olur və ya heç düşmür. 
Asiya ölkələrinin iqlim 
qurşaqlarına uyğun olaraq 
qruplaşdırın və cədvəli 
tamamlayın. 
İqlim qurşaqları 
Ölkələr 
Ekvatorial 
 
Subekvatorial 
 
Tropik 
 
Subtropik 
 
Mülayim 
 
Subarktik 
 
Arktik 
 
 
 
Xәritә üzrә iş
Asiyanın iqlim  qurşaqları 
1. Subarktik qurşaqda qışda yağıntı nə üçün az 
düşür?  
2. Subarktik qurşaqda ilin hansı dövründə şimal-
şərq küləkləri üstünlük təşkil edir? Niyə? 
Sxem üzrә iş
Qış 
Yay 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə