Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə1/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
  1   2   3   4   5   6   7   8   9   ...   31
İqlim dəişmələri 1-6



Atmosfer -Yerin səthindən təqribən 3000 km-ə (kosmik sahəyə) qədər yayılmış Yerin xarici qaz
örtüyüdür. Onun kütləsi təqribən Yerin kütləsinin milyonda bir hissəsinə bərabərdir. O, Yeri əhatə edərək, onunla fırlanır və Yerlə kosmos arasında “bufer” rolunu oynayır. Onun hesabına istilik, nəmlik ötürmələri, fotosintez, enerji mübadiləsi prosesləri gedir və istilik dəyişmə, radiasiya, istilik balansları tənzimlənir və planetin iqlimi müəyyənləşdirilir. Atmosfer 3mld. ilə yaxındır ki, fəaliyyət göstərir, baxmayaraq ki, son 50 ildə nisbətən stabillik qeyd olunur, bu müddət ərzində onun tərkibi və xüsusiyyətləri dəfələrlə dəyişmişdir.
Atmosfer yerdən 20-25 km-ədək troposfer, 20 km-dən 55 km-ədək stratosfer, 55 km-dən 78 km- ədək mezosfer, 78 km-dən 103km-ədək monosfer (ionosfer və ya termosfer) və 103 km-dən yuxarı ekzosfer qatlarına bölünür (şək. 4.1).
Hündürlükdən asılı olaraq, ciddi şəkildə sıxlıq və təzyiq azalır, temperatur isə trayektoriyanın mürəkkəbliyinə görə dəyişir, bu da müxtəlif hündürlükdə qazlarla günəş enerjisinin bərabər udulmaması ilə izah olunur (atmosfer aşağı qatda yerin (qurunun) və okeanın hesabına qızır).
Atmosferin kimyəvi tərkibi 78,08 % azotdan, 20,95% oksigendən, 0,036% karbon qazından 0,934 % inert qazlardan və su buxarından ibarətdir. Dəniz səviyyəsindən və atmosfer təzyiqi kəskin surətdə dəyişilir.
Havanın əsas göstəriciləri və vəziyyəti metereoloji stansiyalarda sutkada 4 dəfə təyin edilir. Dünya okeanında və çox soyuq yerlərdə havanın vəziyyətini öyrənmək üçün xüsusi avtomatik radiometereoloji stansiyalardan, atmosferin yuxarı təbəqələrində (30–40km) havanın hərəkətinin öyrənilməsi üçün radio-zondlardan, meteoroloji raketlərdən (120 km), raketlərdən (500 km), Yerin süni peyklərindən və kosmik gəmilərdən istifadə olunur. Bu zaman alınan bütün məlumatlar bir sutka üçün nəzərdə tutulan sinoptik xəritələrdə qeyd edilir və onlrın əsasında proqnoz çıxarılır. Proqnoz qısa müddətli (sutkalıq) və uzunmüddətli (on günlük və ya bir aylıq) olur.
Dünya üzrə havanın göstəricilərini öyrənmək məqsədi ilə Ümümdünya Hava Xidməti Bürosu yaradılmışdır. Dünya üzrə ən dəqiq meteoroloji stansiyalar Vaşinqton, Melbrun və Moskva şəhərlərində yerləşir.
Atmosfer Yeri xaricdən əhatə edən sərhəd təbəqəsi olduğundan o, planetimizi kosmosdan daxil olan mütləq soyuğun təsirindən qoruyur, Günəşdən gələn şüalanmaları zəiflədir, biosferdə temperaturun kəskin dəyişməsinin qarşısını alır və onu tənzimləyir. O, həm də mikroorqanizmlərin, bitki toxumalrının və meyvələrin yayılmasında xüsusi rol oynayır, çoxlu həşəratların, quşların və məməlilərin yaşayış mühiti sayılır.
Atmosfer Yer kürəsində həyatın mövcud olması üçün əsas şərtdir, əgər atmosfer havası olmasaydı planetimizin ümumi temperaturu indikindən 380C aşağı düşərək bütün canlıların məhvinə səbəb olardı. Real faktdır ki, insan qidasız beş həftə,
susuz beş gün, havasız isə beş dəqiqə yaşıya bilir. Insan hər gün 12- 15 kq, hər dəqiqiə isə 5–100l hava qəbul edir. Orta hesabla hər insana bir gün ərzində 11000l-ə qədər hava lazımdır. Bu da öz növbəsində insanın sutkalıq ərzağa və suya tələbatın-
dan çoxdur.

Atmosfer Yer səthində işığın paylanmasında müstəsna əhəmiyyətə malik olmaqla Günəş şüalarını milyonlarla kiçik şüalara parçalayır, onları səpələyir və normal işıqlanma və mavi səma yaradır. Səmanın mavi olmasının əsas səbəbi atmosferdəki əsas elementlərin molekullarının və müxtəlif hissəciklərin qısa dalğalı (bənövşəyi, göy və mavi) şüaların səpələnməsidir. Hava çirkləndikdə səmanın rəngi tutqunlaşaraq tünd göy, strosferdə isə qara – bənövşəyi rəng alır.
Atmosfer havasından azot, oksigen, karbon qazı alınıb sənayedə istifadə edilir. Məsələn, 1t metalın istehsalı üçün 16000 m3, mis üçün 57000 m3 hava sərf olunur.

Yerin atmosferinin ümumi kütləsi 5,3∙1015t , bəzi mənbələrə görə isə
5,15  5,9 1015 ton olmaqla

onun 90%-i Yer səthindən 16 km məsafədə cəmləşir. Qalınlığı isə yer kürəsinin radiusunun 13%–i (1500-3000 km) qədərdir.
Günəş sisteminin başqa planetlərinin atmosferi Yer atmosferindən tamamilə fərqlənir. Venera və Marsda karbon dioksid, qiqant planetlərdə - helium, hidrogen, metan və amonyak üstünlük təşkil edir. Ayda və Merkuridə isə atmosfer praktiki olaraq yoxdur. Müasir elmi təsəvvürlərə görə atmosfer 20000 km yüksəkliyə qədər yayılmışdır. Bütün atmosferin 50%-i dəniz səviyyəsindən 5,5 km, qalan hissəsi isə 40 km məsafəni əhatə edir. Atmosferin quruluşu iki hissədən-daxili (troposfer, stratosfer, mezosfer, ionosfer) və xarici (maqnitosfer və ya ekzosfer) hissələrdən ibarətdir. Hər bir qat pauza adlanan xüsusi keçid təbəqəsilə ayrılır (cədvəl 2.3).

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə