Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə9/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
İqlim dəişmələri 1-6

MÜHAZİRƏ 3


İQLİM FORMALAŞMASI. QLOBAL İQLİM. İQLİM ƏMƏLƏ GƏTİRƏN PROSESLƏR. İQLİM TƏSNİFATI
İqlimin formalaşması təkcə Yerin günəş şüaları ilə qızması nəticəsində baş vermir. Proses sözdə əks əlaqə ilə mürəkkəbləşir. Onlardan biri temperatur və istixana effektinin intensivliyi arasında əks əlaqədir. Belə ki, əgər temperatur yüksəlirsə, o zaman havada nəmlik artır, bu da öz növbəsində səthdən yüksələn infraqırmızı şüalanmanı daha da bloklayır və bu, temperaturun daha da yüksəlməsinə təsir göstərir. Beləliklə, özünü gücləndirən bir proses var.
İqlim əlaqəsinin başqa bir nümunəsi albedo, onun mahiyyəti ondan ibarətdir ki, yer səthinin temperaturunun normadan aşağı düşməsi qitələrdə dəniz buzunun və qar örtüyünün sərhədinin aşağı enliklərə doğru dəyişməsinə səbəb olur. Qar və buzun tutduğu ərazinin artması yaxşı əks etdirici xüsusiyyətlərə malik yer səthinin nisbi nisbətini artırır, albedonun artması isə günəş radiasiyasının axını azaldır və temperaturu aşağı salır. Temperaturun azalması bu prosesi yenidən aktivləşdirir və s.

Qlobal iqlim.


Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişmələri artıq baş verir və onun fəsadları özünü biruzə verir. Belə ki, İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 4-cü Hesabatında göstərildiyi kimi son 100 ildə Yer kürəsində orta illik temperatur 0,80C artmış, Okeanın səviyyəsi 15-25 sm qalxmış və okeanların qızma dərinliyi 3000 metrə çatmışdır. Hesabatda qeyd olunur ki, Yer kürəsində 1,6Vt/m2 artıq enerji qalır ki, bu da okeanların və yer səthinin qızmasına sərf olunur. Bu enerjinin yalnız 1/5 hissəsi təbii amillər hesabına baş verir. Yerdə qalanı isə antropogen mənşəlidir. Antropogen təsirlərin əsas səbəbi troposferin yuxarı qatında yerləşən İstilik Effekti Yaradan Qazlardır(İEYQ). Bunlardan Karbon qazının konsentrasiyası
son 100 ildə 1,4 dəfə, Metan qazının konsentrasiyası 2 dəfə, Azot 1-oksidin konsentrasiyası isə 20- 25% artmışdır. Bundan əlavə keçən əsrin 50-ci illərindən başlayaraq hidroxlorfülorkarbonların atmosferdə konsentrasiyası sürətlə artmağa başlamış, halbuki bundan əvvəlki dövrlərdə atmosferdə bu qazlar müşahidə olunmamışdır. Yer səthində qalan artıq enerjinin qeyri-bərabər paylanması nəticəsində son 10 illiklərdə Təhlükəli Hidrometeoroloji Hadisələrin tezliyi və amplitudası artmışdır. Belə ki, Yer kürəsinin müxtəlif ərazilərində sellər, daşqınlar, su basmalar, güclü küləklər, çovğunlar, tufanlar, okeanlarda qasırğalar, torpaq sürüşmələri və sairə daha tez-tez baş verir ki, bu da insan tələfatına və dağıntılara səbəb olur. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperatur 1,1-1,30C artması müşahidə olunmuşdur. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır. Buna səbəb isə bu ərazilərdə aylıq yağış normalarının bir neçə gün ərzində düşməsi olmuşdur. Son illərdə, yəni 2003 və 2010-cu illərdə Kür və Araz çaylarının daşması nəticəsində çoxlu kəndlər dağılmış, əkin sahələri və mal-qara tələf olmuşdur. Azərbaycan ərazisində baş verən güclü küləklər nəticəsində elektrik və rabitə xətlərinin qırılması müşahidə olunmuşdur. Qlobal və regional İqlim Dəyişmələri ssenarilərinə əsasən 2100-cü ilə qədər Yer kürəsində orta temperaturun artması gözlənilir. Orta temperaturun 20C qədər artması daha ciddi fəlakətlərə səbəb ola bilər. Hedli mərkəzinin araştırmalarına görə yer səthində orta illik temperaturun 20C artması şimala doğru temperaturun daha çox (3-70C) artmasına gətirib çıxara bilər ki, bu da buzlaqların daha sürətlə əriməsinə səbəb olacaqdır. Hendli mərkəzinin araşdırmalarına görə ən təhlükəli ərazilər Şimali Amerika, Qərbi Avropa, Hind-Çin yarımadası, Afrika qitəsinin bəzi əraziləri və okeanlardakı adalar göstərilir. Azərbaycan ərazisi üçün İqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin görülməsi ən prioritet məsələlərdən biridir. Bu məqsədlə qarşıdakı illərdə Azərbaycan Respublikasının İqlim dəyişmələri üzrə 3-cü milli məlumatları çərçivəsində uyğunlaşma üzrə Milli Fəaliyyət Proqramının hazırlanması nəzərdə tutulur. Ən vacib məsələlərdən biri də Təhlükəli Hidrometeoroloji Hadisələrə qabaqcadan xəbərdarlıq üzrə avtomatlaşdırılmış sistemin qurulmasıdır.

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə