Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə2/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   2   3   4   5   6   7   8   9   ...   31
İqlim dəişmələri 1-6

Troposfer ən aşağı və Yer səthinə yaxın qat olmaqla atmosferin kütləsinin 76% - ni təşkil edir. Onun qalınlığı ekvatorda 16–18 km (orta hesabla 17 km), mülayim qurşaqda (en dairədə) 10–13 km, qütb-lərdə isə 8–10 km-ə bərabərdir. Atmosfer havasının 80%-i, su buxarlarının isə 90%-i məhz bu təbəqənin payına düşür.
Troposfer atmosferin hər 100 m hündürlükdə temperaturu orta hesabla 0,650C aşağı düşən hissəsi olub, onun kütləsinin beşdə bir hissəsini təşkil etməklə Yerin bütün canlılarının toplandığı atmosferin aşağı təbəqəsi hesab olunur.
Troposferdən yuxarıda 1km hündürlüyə malik olan tropopauza adlanan aralıq qatı yerləşir.
Stratosfer (stratum latınca lay, qat deməkdir) troposferin üstündə yerləşir. Burada hava çox seyrək olur, atmosfer havasının yerdə qalan 20%-i, su buxarlarının isə 10%-i bu təbəqənin payına düşür. Stratosferin aşağı qatında temperatur müsbət 40–450C olur. Bu qatın qalınlığı 17 km-dən başlayır və 50–55 km-ə qədər davam edir. Həmin layın yuxarı sərhəd-dində temperatur müsbət 50–800C-yə çatır. Stratosfer izotermik təbəqədən (12– 40 km), ozon qatından (25–40 km), isti təbəqədən və strotopauzadan ibarətdir. Bu təbəqədə ozon üstünlük təşkil edir.
Stratosferdə ozonun əmələ gəlməsi və parçalanması proseslərinin hər ikisi istilik ayrılması ilə baş verir. Ayrılan həmin istilik, atmosferin 40-50 km-də temperaturu tənzimləməklə, atmosferin termiki quruluşunu saxlayır. Belə ki, atmosferin radiasiya balansına və dövr etməsinə təsir göstərərək atmosfer axını üçün “mühərrik”, bəzi hallarda isə “əyləc” rolunu oynayır.
Stratosferdən 1 km hündürlükdə stratopauza adlı aralıq qatı yerləşir.
Mezosfer üçüncü qat olmaqla ozon qatının üstündə (60–100 km) yerləşir. Atmosferin stratopauzadan sonrakı təbəqəsi olmaqla onun 80–90 km hündürlüyündə aralıq qatı olan mezopauza yerləşir. Mezosferin yuxarı hissəsində və mezopauzada nazik bulud laylarından və seyrək buz kristallarından ibarət, bəzən gecələr gümüşü – göy rəngdə görünən buludlar əmələ gəlir. Mezosfer və mezopauzada temperatur çox aşağı düşür (mənfi 70-1200C).

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə