Örtüyüdür. Onun kütləsi



Yüklə 264,32 Kb.
səhifə4/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   2   3   4   5   6   7   8   9   ...   31
İqlim dəişmələri 1-6

Ekzosfer – maqnitosfer Yeri 800 km-dən yuxarı yüksəklikdən əhatə edən maqnit sahəsidir. Onun hündürlüyü 1000 – 3000 km-ə çatır. Bu layda müəyyən hündürlüklərdə atomar oksigen (1000 km- ədək), helium (1500 km-ədək) və hidrogen (1500 km-dən yuxarıda) ionları müşahidə edilir. Helium və hidrogen zərrəcikləri çoxlu miqdarda olmaqla yerin cazibə qüvvəsini dəf edir. Akademik Vernadski bu qatı Yerin “Helium tacı” adlandırmışdır. Hidrogenin bir hissəsi (ildə bir neçə min ton) kosmosa daxil olur.
Atmosferdə hava mühitinin fiziki göstəriciləri ilə bərabər yerüstü və su canlılarının həyat fəaliyyəti üçün, həm də onun tərkibindəki kimyəvi komponentlərin müstəsna əhəmiyyəti vardır. Atmosfer havasının tərkibindəki qazların udulması və ixrac olunması həmişə ekvivalent miqdarda olduğundan, Yer kürəsinin ərazisində təmiz quru havanın kimyəvi tərkibi praktiki olaraq eyni olur.
Havanın tərkibi Yerin təkamülü nəticəsində yaranan təbii qazların qarışığından ibarət olub, yerüstü yaşayış mühitinin ən başlıca abiotik faktoru hesab edilir.

Şək. 1.1. Atmosferin quruluşu


Meteorologiya kursuna giriş


Meteorologiya Yer atmosferi haqqında elmdir. Klimatologiya meteorologiyanın istənilən dövrdə - bir mövsüm, bir neçə il, bir neçə onillik və ya daha uzun müddət ərzində atmosferin orta xüsusiyyətlərinin dəyişmə dinamikasını öyrənən bir sahəsidir. Meteorologiyanın digər sahələri dinamik meteorologiya (atmosfer proseslərinin fiziki mexanizmlərinin tədqiqi), fiziki meteorologiya (atmosfer hadisələrinin öyrənilməsi üçün radar və kosmik üsulların inkişafı) və sinoptik meteorologiya (hava şəraiti haqqında elm) var. Bu bölmələr üst-üstə düşür və bir-birini tamamlayır.
Meteoroloqların əhəmiyyətli bir hissəsi hava proqnozu ilə məşğuldur. Onlar aviasiya, kənd təsərrüfatı, tikinti və donanmaya proqnozlar verən, həmçinin radio və televiziyada yayımlayan dövlət və hərbi təşkilatlarda və özəl şirkətlərdə işləyirlər. Digər mütəxəssislər çirklənmə səviyyələrini izləyir, məsləhətlər verir, öyrədir və ya araşdırma aparır. Meteoroloji müşahidələrdə, hava proqnozunda və elmi tədqiqatlarda elektron avadanlıqların əhəmiyyəti getdikcə artır.

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə