G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə19/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

 
 
63 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Ona görə də qar örtüyü nazik olur. Qar örtüyü ilə qorunmayan yer səthi çox soyuyur 
və xeyli dərinliyə qədər donur.  
Beləliklə, çoxillik donuşluq (onu daimi donuşluq da adlandırırlar) yaranır. Çoxil-
lik donuşluğun mövcud olduğu ərazilərdə tikinti işləri əlavə xərc tələb edir. Burada 
qısa yay dövründə donuşluğun üst hissəsində buz qatı əriyir. Tikililər su altında qalır, 
bunun  qarşısını  almaq  üçün  çox  vaxt  binalar  dirəklər  üzərində  tikilir,  yolların 
çökəkliklərdən keçən hissələrində xüsusi qurğular salınır.  
Subtropik qurşaq  Asiyada  Aralıq  dənizi  sahilindən  Sakit  okean  sahilinə  qədər 
təqribən 40° şm.e boyunca uzanır. Türkiyə, Azərbaycan, Özbəkistan və s. ölkələr 
subtropik qurşağın başlıca kənd təsərrüfatı regionlarıdır. Burada pambıqçılıq, üzüm-
çülük, tərəvəzçilik, meyvəçilik, qoyunçuluq və s. inkişaf edir. 
Tropik qurşaq bütöv zolaq əmələ gətirmir. O, Pakistan və Hindistan sərhədində 
yerləşən Tar səhrası rayonunda qırılır. Tropik iqlim qurşağı Cənub-Qərbi Asiya öl-
kələrinin əsas hissəsini əhatə edir. İqlimin quraqlığı əkinçilikdə suvarmanın tətbiqini 
tələb edir. Suvarma, əsasən, yeraltı suların hesabına həyata keçirilir. Cənubi, Cənub-
Şərqi və Şərqi Asiyada tropik qurşaq mövcud deyil.  Bu ərazilər subekvatorial iqlim 
qurşağındadır. Bura çəltik, cut, çay, təbii kauçuk (heveya), şəkər qamışı, pambıq və 
s.  qiymətli  bitkilərin  becərildiyi  regiondur.  Suvarma  işləri  qış  aylarında  həyata 
keçirilir. Hindistan, Hind-Çin və Malakka yarımadaları və Çinin cənub hissəsi dün-
yanın ən mühüm əkinçilik regionlarından biridir. Burada ilboyu əkin işləri aparmaq 
mümkündür.  
Asiyanın cənub-şərq ucqarında yerləşən adalar ekvatorial iqlim qurşağındadır
Bu  ərazilərdə  temperatur  bütün  ilboyu +25
o
C-yə yaxın  olur  və  bol  yağıntı  ilboyu 
bərabər paylanır.  
 
 
1. Xəritə-sxemə əsasən Asiyanın iqliminə 
təsir göstərən küləklərin adını müəyyən 
edin: 
1. ...   2. ...   3. ...   4. ... 
 
2. Xəritə-sxemdə göstərilən məntəqələrin 
iqliminin əsas xüsusiyyətlərini yazın. 
 
3. Cədvəli tamamlayın. 
İqlim qurşaqları  Əhalinin təsərrüfat fəaliyyəti 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 





LAYİHƏ


 
 
 
64 
 
 
Ş
İMALİ AMERİKANIN İQLİMİ 
 
 
 
Şimali  Amerikanın  iqliminin  formalaşmasına  təsir  edən  ən  mühüm  amil  ma-
terikin coğrafi mövqeyidir. Şimali Amerika materiki də Asiya qitəsində olduğu kimi 
böyük bir məsafədə şimaldan cənuba doğru uzanır. Materikin şimalı soyuq arktik 
hava kütlələrinin təsirinə məruz qalır. Şimal Buzlu okeanından əsən şimal-şərq kü-
ləkləri hətta materikin mərkəzi hissələrinin temperaturunu xeyli aşağı salır.  
Şimali Amerikanın iqlimində relyef amili əsas rola malikdir. Materikin mərkəzi 
hissəsinin relyefinin düzənlik olması, enlik istiqamətdə dağların olmaması nəticə-
sində şimaldan soyuq, cənubdan isə isti hava kütlələri daxil olur. Bu isə tornadonun 
burulğan şəklində olması ilə nəticələnir.  
Sahil xәtlәrinin girintili-çıxıntılı olması da materikin iqliminə təsir edir. Hudzon 
və Meksika körfəzlərinin müvafiq olaraq şimaldan və cənubdan quruya doğru içə-
rilərə  çox  daxil  olması  materikdə  kəskin  temperatur  dəyişikliyinə  gətirib  çıxarır. 
16 
ABŞ-da mәktәblilәr “hәyәcan siqnalı” tәlimi 
zamanı. 
 ABŞ-da tornadoların tez-tez keçdiyi ştatlarda 
şagirdlər bu zaman hansı tədbirlər görüləcəyini 
yaxşı bilirlər.  
Şimali Amerikada tornado. 
 Tornado Şimali Amerikada dağıdıcı qüvvəyə 
malik burulğanvarı qasırğadır. Tornadoların 
keçməsi fırtınalı küləklər, şimşək və leysan 
yağışlarla müşayiət olunur.
 
•  ABŞ-da  tornadoları  proqnozlaşdırmaq  üçün  məlumatları  toplayan  və  analiz  edən  xüsusi  xidmət 
növü  yaradılmışdır.  Kompüter  proqramları  tornadoların  formalaşmasını  və  onların  hərəkət  isti-
qamətlərini modelləşdirir. Bu, fəlakətin əvvəlcədən xəbər verilməsinə imkan yaradır. Tornadonun
tez-tez baş verdiyi regionların əhalisinə o yaxınlaşan zaman nə etmək lazım gəldiyi barədə təlimlər 
keçirilir. Bu səbəbdən də ən dağıdıcı tornadolar zamanı zərərçəkənlərin sayı az olur. Belə xidmətlər 
yaxşı texniki təchizat, yüksək elmi inkişaf səviyyəsi, ixtisaslaşmış mütəxəssislər və maddi vəsait 
tələb edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu işləri təşkil etmək çox çətindir. Ona görə də təbii 
fəlakətlər çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olur. 
Müzakirә edin: 
1. Hansı halda məktəblərdə həyəcan siqnalı verilə bilər? 
2. Siz belə tədbirlərdə iştirak etmisinizmi? 
3. Azərbaycan məktəbliləri tornado zamanı necə hərəkət etmək lazım gəldiyini bilməlidirlərmi? 
Cavabınızı əsaslandırın. 
4. Azərbaycan əhalisi hansı fəlakətli atmosfer hadisələrinin baş verməsinə hazır olmalıdır?   
 
Mәtn vә şәkil üzrә iş
LAYİHƏ


 
 
65 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Meksika  körfəzi  üzərində  formalaşan  isti  və  rütubətli  hava  kütlələri  qurunun  içə-
rilərinə daxil olur və şimaldan gələn soyuq hava kütləsi ilə toqquşur.  
 
 
 
Relyefin  iqlimə  təsiri  materikdə  yağıntıların  paylanmasında  da özünü  göstərir. 
Materikin qərbində yerləşən hündür dağlar Sakit okeandan materikin içərisinə daxil 
olan hava kütlələrinin qarşısını alır. Okeandan gələn rütubətli qərb küləkləri Kordil-
yer  dağlarının  küləkdöyən  qərb  yamaclarına  bol  yağıntı  gətirir.  Rütubətlənmənin 
digər səbəbi isti Şimali Sakit okean cərəyanıdır.  
 
 
 
Atlantik  okeanında  isti Holfstrim cәrәyanı  materikin  cənub-şərqinə  təsir  edir. 
Tropik enliklərdən gələn isti və rütubətli hava çoxlu yağıntı düşməsinə səbəb olur. 
Materikin  şimal-şərqinə  isə  soyuq Labrador cәrәyanı  təsir  göstərir.  Bu  cərəyan 
Kanada sahillərində temperaturun aşağı düşməsinə səbəb olur. 
 “Hava proseslərinin iqtisadiyyatın sahələrinə təsiri” sxemini araşdırın və tapşırığı yerinə yetirin.  
  
Sxem üzrә iş
 
– Verilmiş fakta əsasən sxemə analoji olan sxem tərtib edin: “Leysan yağışlar nəticəsində ölkənin 
cənub ştatlarında bütün pambıq məhsulları ziyan çəkmişdir. Bu,  toxuculuq kombinatlarının yerli 
xammalla təchiz olunmasına mənfi təsir göstərəcəkdir. Bu məlumat daha hansı iqtisadi nəticələrə 
səbəb ola bilər?” 
1. Ən çox yağıntı hara 
düşür? 
2. Ən az yağıntı hara düşür? 
3. Atlantik okeanı sahillərinə
nə qədər yağıntı düşür? 
4. Materikdə yağıntıların 
miqdarı hansı istiqamətdə 
azalır? 
A) Qərbdən-şərqə doğru    
B) Şərqdən-qərbə doğru   
C) Okean sahillərindən 
materikin mərkəzinə 
doğru 
  
Xәritә üzrә iş
 
Atmosfer yağıntılarının 
orta illik miqdarı 
100–250 mm 
250–1000 mm 
1000–2000mm 
2000mm və daha çox
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə