G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə22/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

 
 
71 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


amplituddan çox  olur.  Tropik qurşaq daxilində  suvarma  tətbiq  etmədən  əkinçiliyi 
inkişaf etdirmək qeyri-mümkündür. Ona görə də bu ərazilər zəif məskunlaşmışdır.  
Subtropik qurşaq  Afrikanın  şimalında  Aralıq  dənizi  sahillərini  və  materikin 
cənub hissəsini əhatə edir. Bu qurşaqda fəsillər daha aydın nəzərə çarpır.  
 
 
 
 
 
 
 
 
 
 
 
Kənd təsərrüfatının sahələri 
İqlim qurşağı 
Ölkələr 
Taxılçılıq (qarğıdalı,  darı, kalış), kökümeyvəlilər (yams, maniok, batat), 
köçəri heyvandarlıq (iribuynuzlu mal-qara, qoyunçuluq) 
 
 
Heyvandarlıq (qoyun, keçi, dəvə) və qismən əkinçilik istifadə olunmayan 
və az istifadə olunan ərazilər 
 
 
Qoyunçuluq  (yunluq və qaragül) və anqor keçiləri 
 
 
Taxılçılıq (buğda, arpa, qarğıdalı) və otlaq heyvandarlığı (qoyunçuluq, 
iribuynuzlu mal-qara), suvarılan əkinçilik, meyvəçilik (sitrus, üzüm, 
zeytun)   
 
 
Texniki bitkilər (pambıq, şəkər qamışı), taxıl bitkiləri (çəltik, qarğıdalı, 
buğda), yerfındığı. Vahələrdə finikiya palması, tərəvəzçilik, meyvəçilik  
 
 
Yığıcılıq və meşə təsərrüfatı 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
 
Xәritә üzrә iş
 
Afrikanın kənd təsərrüfatı xəritə-sxemə əsasən cədvəli tamamlayın. 
LAYİHƏ


 
 
 
72 
 
  
A
VSTRALİYANIN İQLİMİ 
 
 
Avstraliyanın iqlim xәritәsi 
 
Müzakirә edin:
 
 
1. Nə üçün Avstraliyada yay ayları dekabr–fevral hesab olunur? 
2. Nə üçün Avstraliya ərazisinin 50%-dən çoxu az miqdarda yağıntı alır? 
3.  Avstraliyada  ən  yüksək  temperatur  123,3°  müşahidə  olunmuşdur.  Lakin  dünyanın  ən  isti 
məntəqəsi Liviyada Tripoli (+58°C) hesab edilir. Bunu necə izah edə bilərsiniz?  
4. Avstraliyanın şimalında orta illik temperatur materikin cənubuna nisbətən yüksəkdir. Bunu necə 
izah etmək olar? 
5. Yağıntının miqdarı necə dəyişir? Hansı ərazilərdə yağıntı daha çox, hansında isə daha az düşür?
 
 
Avstraliyanın mərkəzi hissəsinin okeanlardan uzaqda yerləşməsi okeanların da-
xili əraziyə təsirin az olması ilə nəticələnir. Tropik iqlimin hakim olduğu ərazilərdə 
bitki örtüyü kasıbdır. İlin soyuq dövründə bu ərazilər otlaqlar kimi istifadə olunur. 
 
 
  
Xәritә üzrә iş
 
19 
Cənub subekvatorial qurşağında yağıntılar yayda, yəni dekabr, yanvar və fevral aylarında düşür.  
Qış quraqdır. Yanvarda orta yay temperaturu 30°C, iyulda isə orta temperatur 19°C təşkil edir.  
Avstraliyanın subekvatorial qurşağının iqlim diaqramı
 
 
Sxem üzrә iş
 
Müzakirә edin:
 
 
1. Dekabrda yağıntıların 
miqdarı neçə mm-dir? 
2. İyulda yağıntıların 
miqdarı neçə mm-dir? 
3. Qış aylarında düşən 
yağıntının ümumi 
miqdarı nə qədərdir? 
Avstraliyanın iqliminə aid maraqlı faktlar:  
1. Mövsümlәr:  Yay: dekabr–fevral; qış: 
iyun–avqust; yaz: sentyabr–noyabr; payız: 
mart–may.   
2. Avstraliya әn quraq materikdir. Materik 
әrazisinin 50% -dәn çoxu yüksәk atmosfer 
tәzyiqindә yerlәşir.   
3. Avstraliyada әn yüksәk temperatur 2 yan-
var 1960-cı ildә 123,3°F qeydә alınmışdır. 
 
Coğrafiya vә Fizika 
LAYİHƏ


 
 
73 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Avstraliyanın  qərb  sahillərinə  soyuq  Qərbi  Avstraliya  cərəyanının  təsiri  bö-
yükdür.  Sahilboyu  səhraların  yaranması  da  bununla  izah  olunur.  Materikin  şərq 
sahilləri isti Şərqi Avstraliya cərəyanının təsiri altındadır ki, bu da çoxlu miqdarda 
atmosfer yağıntılarının düşməsinə və zəngin üzvi aləmin formalaşmasına səbəb olur.  
 
 
 
Hündür olmayan Böyük Suayırıcı silsiləsi dağları Sakit okeandan gələn rütubətli 
hava  axınının  qarşısını  alır. Sakit okeandan  əsən  cənub passatları  il  ərzində  Şərqi 
Avstraliya sahillərinə çoxlu yağıntı gətirir.  
Avstraliyada  ən  yüksək  temperatur  Darlinq  çayının  orta  axınında  müşahidə 
edilmişdir (+52,8°C); qışda dağlıq ərazilərdə temperatur –20°C-yə qədər enə bilir. 
Müzakirә edin:
 
 
1.  Avstraliyanın böyük bir 
hissəsində qoyunçuluq və 
maldarlığın inkişaf etməsinin 
səbəbi nədir?  
2. Avstraliyanın hansı 
hissəsində əkinçilik üstündür? 
3. Əkinçiliyin sahilboyundan  
materikin mərkəz hissəsinə 
doğru zəifləməsinin səbəbləri 
nə ola bilər? 
4. Avstraliyanın cənub-qərbi 
ilə Cənubi Avropanın iqlim 
şəraiti arasında hansı oxşarlıq 
vardır? 
5. Avstraliyanın əksər 
hissəsinin tropik iqlim 
qurşağında yerləşməsi orada 
kənd təsərrüfatının 
ixtisaslaşmasına necə təsir 
edir? 
 
 
 
Xәritә üzrә iş
 
Xəritə-sxemə əsasən cədvəli tamamlayın. 
Kənd təsərrüfatı sahələri 
İqlim qurşaqları 
Otlaq, qoyunçuluq 
 
İstifadə olunmayan və az istifadə olunan ərazilər  
 
Ətlik-südlük, heyvandarlıq (maldarlıq və qoyunçuluq) 
 
Taxılçılıq və ətlik-yunluq, qoyunçuluq 
 
Avstraliyanın iqlim qurşaqları
Subekvatorial
 
 
Tropik
 
 
 
Subtropik
 
 
 
Mülayim
 
Avstraliyanın kәnd tәsәrrüfatı xәritә-sxemi
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə