G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə20/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

 
 
 
66 
 
Alyaska və Şimali Sakit okean isti cərəyanları materikin qərb sahillərində tem-
peraturu  və  yağıntının  miqdarını  artırır.  Kaliforniya  yarımadası  sahillərini  yuyan 
soyuq Kaliforniya cərəyanı isə havanın temperaturunu aşağı salır və sahildə səhra-
ların yaranmasına səbəb olur.  
Şimali Amerika ekvatorial iqlim qurşağından başqa, Şimal yarımkürəsinin bütün 
iqlim  qurşaqlarında  yerləşir.  Hər  bir  iqlim  qurşağı  özünün  temperatur  rejimi  və 
yağıntıların paylanması ilə səciyyələnir. 
 
 
 
 
 
İqlim diaqramlarını (A, B, C, D) təhlil edin və cədvəli tamamlayın. 
 
 
 
 
 
 
 
 
A
 
C
B
D
 
 
Sxem üzrә iş
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Mən-
təqə 
İqlim xüsusiyyətləri 
İqlim 
qur-
şağı 
Temperatur 
Yağıntı 
Yanvar 
İyul 
Yanvar
İyul 

 
 
 
 

 
 
 
 

 
 
 
 

 
 
 
 
 
• 
A
• 
B

 C
• 
D
LAYİHƏ


 
 
67 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
C
ƏNUBİ AMERİKANIN İQLİMİ 
 
 
 
Cənubi Amerika coğrafi mövqeyinə görə çoxlu istilik ala bilir. Materik üzərində 
müxtəlif enliklərdə ekvatorial, tropik, subtropik və mülayim hava kütlələri forma-
laşır. İqlimə meridional istiqamətdə uzanan And dağları böyük təsir  göstərir. 
Materik  ərazisinə  yağıntıların  düşməsində  Atlantik  okeanının  rolu  böyükdür. 
Atlantik okeanında Cənubi Amerika sahilləri boyunca isti Braziliya cərəyanı keçir.  
Ekvatorial iqlim qurşağı  Amazon  ovalığının  böyük  bir  hissəsini  əhatə  edir. 
Burada orta illik temperatur +24° +26°C-dir. Yağıntının miqdarı 1500 mm-dən 3000 
mm-ə qədər dəyişir.  
 
 
17 
• Cənubi Amerikanın qərbində dünyanın 
ən quraq Atakama sәhrası yerləşir. O, 
Çilidə Sakit okeanın sahilindədir. Son 
100 ildə bu səhrada cəmi 5 dəfə leysan 
yağış yağmışdır. Atakamanın yaranması-
nın səbəbi Cənubi Amerikanın qərb sa-
hilləri boyunca hərəkət edən soyuq Peru 
cərəyanıdır. Sərin, ağır hava hündürə 
qalxa bilmir, ona görə də bulud yaranmır 
və səhraya yağış düşmür. Lakin bura 
dünyanın ən dumanlı yerlərindən biridir. 
Hava kütlələri And dağlarının yamacı 
boyunca yuxarı qalxdıqca hava soyuyur, 
sıx duman yaranır.  
Müzakirә edin:  
1. Dünyanın quraq regionlarında su əldə edilməsinin hansı qeyri-adi üsulları barədə eşitmisiniz? 
2. Azərbaycanın quraq rayonlarında suyun əldə edilməsinə dair fərziyyələr irəli sürün. Aran və 
Abşeron kimi quraq zonalarında suya olan tələbat haradan ödənilir? 
 
Mәtn üzrә iş
– Şəkildəki torun nə 
üçün istifadə olduğunu 
fərz edin.   
• Duman – atmosfer hadisə-
sidir. O, havadakı su buxarının 
kondensasiyası nəticəsində 
yaranır. 
Quraqlıqdan əziyyət çəkən 
əhali şirin su problemini həll 
etmək üçün “duman tutan” şə-
bəkə yaradır. Şəbəkələrin 
altında kondensasiya olunmuş 
suyun toplanması üçün çənlər 
yerləşdirilir. Onlar sistem halın-
da olur. Bu suları yerli əhali 
həm içməli su kimi, həm də 
kənd təsərrüfatında suvarma 
məqsədilə istifadə edir.   
 
 
 
Cənubi Amerikaya Şimal (a) və Cənub (b
passatları, Qərb küləkləri (c) təsir göstərir. Passat 
küləkləri isti cərəyanlar üzərində rütubətlə 
zənginləşir və materikə çoxlu yağıntı gətirir.  
 
1. Xəritə-sxemdə göstərilən cərəyanların adlarını 
müəyyən edin (1, 2, 3).  
2. Hansı yayla Şimal passatlarının təsirinə məruz 
qalır? 
3. Braziliya yaylasının hansı hissəsinə Cənub 
passatları yağıntı gətirir? 
  
Xәritә üzrә iş
 
a 
b 
с 
LAYİHƏ


 
 
 
68 
 
Yağıntılar ilboyu bərabər düşür, bu ərazilər insanların yaşayışı və təsərrüfat fə-
aliyyəti üçün əlverişsizdir, çünki yağıntıların bolluğu səthin bataqlıqlaşmasına səbəb 
olmuşdur.  
 
 
 
Ekvatorial iqlim qurşağından şimal və cənubda subekvatorial iqlim qurşağı yerləşir. 
Bu  qurşaq  yayda  rütubətli  ekvatorial  hava  kütlələrinin,  qışda  isə  quru  tropik  hava 
kütlələrinin təsiri altında olur. Fəsli dəyişkənlik rütubət azalmasına görə müəyyən edilir. 
İllik yağıntı 1000 mm-dən 2000 mm-ə qədər dəyişir.  
 
 
 
Tropik iqlim qurşağı cənub subekvatorial  qurşaqdan cənubda yerləşir.  O,  Bra-
ziliya yaylasının cənub-şərq rayonlarını, La-Plata ovalığının şimalını və Sakit okean 
sahillərini  əhatə  edir.  Qurşağın  qərb  hissəsində  iqlim  quru,  mərkəzi  hissəsində 
dəyişkən rütubətli, şərqdə isə rütubətlidir.  
Cənubi Amerikada 30–40° cənub enlikləri arasında subtropik iqlim qurşağı, ma-
terikin  cənubunda  mülayim iqlim qurşağı  yerləşir.  Şərqdə,  Atlantik  okeanı  sa-
hillərində  iqlimin  formalaşmasına  soyuq  Folklend  cərəyanı  təsir  göstərir.  Bura  il-
boyu yağıntı az düşür (100–250 мм). Mülayim qurşağın Sakit okean sahillərinə isə 
Cənubi Amerikada şimaldan cənuba doğru 6 
iqlim qurşağı formalaşır. 
Müzakirә edin: 
1. Cənubi Amerikada Qalinas burnundan Horn 
burnuna qədər hansı iqlim qurşaqları var? 
2. Hansı iqlim qurşağı iki dəfə təkrar olunur? 
3. Orinoko, Amazon və La-Plata ovalıqları 
hansı iqlim qurşaqlarında yerləşir.     
Cәnubi Amerikanın iqlim qurşaqları
 
 
Xәritә üzrә iş
Şimal vә Cәnub yarımkürәlәrinin subekvatorial 
qurşaqlarının iqlim diaqramları.
   
Müzakirә edin: 
1. İqlim diaqramları üçün 
hansı oxşar əlamətlər var? 
2. Diaqramlardan hansı 
Braziliya, hansı isə Qviana 
yaylasına aiddir? 
3. İqlim diaqramlarının aid 
olduğu ərazilərdən hansında
suvarma həyata keçirilir?  
 
  
Sxem üzrә iş
b) 
a) 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə