G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə16/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

 
 
 
54 
 
 
G
ÜNƏŞ RADİASİYASI VƏ İQLİM 
 
 
 
Xəritə-sxemdəki məntəqələri 
havanın orta illik temperaturunun 
artan sırasına  uyğun olaraq ardıcıl 
düzün.   
 
Müzakirә edin: 
– Məntəqələrdə havanın orta 
illik temperaturuna hansı amillər 
təsir edir?
 
Havanın temperaturu iqlim göstəricilərindən biri olub, ilk növbədə, Günəş ener-
jisindən asılıdır. Yer kürəsində baş verən əksər proseslərin (meteoroloji, hidroloji, 
bioloji və s.) mənbəyi Günəş enerjisidir. Günəşdən gələn və atmosferə daxil olan 
enerjinin  bir  hissəsi  atmosfer  daxilində  udulur  və  səpələnir  (19%),  bir  hissəsi 
kosmosa, fəzaya (34%) əks olunur, qalan hissəsi Yer səthinə çatır. Səthə düşən ener-
jinin müəyyən qədəri onun qızmasına və buxarlanmaya sərf olunur.  Günəşdən çıxan 
enerji  Günәş radiasiyası adlanır (lat.“radiatio” şüalanma, işıq).  
Yer səthinə birbaşa çatan şüalar düz radiasiya adlanır. Onlar səthdə kölgə yaradır. 
Tropik və qütb səhralarında düz radiasiya hakimdir. Düz radiasiyanın bir hissəsi at-
mosferdən keçərkən su buxarı, bulud, aerozollar tərəfindən səpələnərək Yer səthinə 
müxtəlif istiqamətlərdən daxil olur ki, belə radiasiya sәpәlәnәn radiasiya adlanır. O, 
havanın çox rütubətli və buludlu olduğu ərazilər üçün səciyyəvidir. Düz və səpələnən 
radiasiyanın cəmi ümumi radiasiya adlanır.  
Günəş radiasiyasının miqdarı kalori ilə (kkal/sm²/dəq) ölçülür. Ümumi radiasi-
yanın illik kəmiyyəti ekvatorboyu ərazilərdə 140–145, tropiklərdə 200–220, müla-
yim enliklərdə 100–140, qütblərdə 50–60 kkal/sm
2  
dəq.-ə bərabərdir.  
 
 
  
Xәritә üzrә iş
13 
Ekvatordan qütblərə doğru ümumi günəş radiasiyasının 
dəyişməsinə aid  mətndəki  rəqəmlərdən  istifadə  edərək 
qrafiki tamamlayın.  
Müzakirә edin: 
–  Ümumi  Günəş  radiasiyasının  ekvatordan  qütblərə 
doğru coğrafi enliklər üzrə ardıcıl olaraq azalmamasına 
səbəb nədir? 
  
Sxem üzrә iş
 
5 • 
3 • 
6 • 
4 • 
1 • 
2 • 
LAYİHƏ


 
 
55 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Günəş radiasiyasının illik miqdarı əksər hallarda düzənlikdən orta dağlığa doğru 
da azalır. Bunun səbəbi buludluluğun artmasıdır. Lakin orta dağlıqdan yüksək dağ-
lığa doğru yenidən artır. Çünki yüksək dağlıqlarda buludluq azdır.  
Düz və səpələnən radiasiyanın kəmiyyəti və il ərzində dəyişməsi iqtisadiyyatın 
müxtəlif sahələrində, xüsusilə əkinçiliyin yerləşdirilməsində nəzərə alınır. Günəşin 
düz radiasiyası insan orqanizmində D vitamininin yaradıcısıdır. Bitkilərin məhsul-
darlığı bilavasitə Günəş enerjisindən asılıdır.  
 
 
Günəş radiasiyasının çox qəbul olunması mənfi fəsadlar da törədə bilir. Açıq ha-
vada işləyənlər arasında tez-tez günvurma hadisələri baş verir. Buna görə də yol-
tikinti işləri, əkinçilik fəaliyyəti ilə məşğul olanların iş qrafikində dəyişiklik edilir.  
Yer səthinə çatan ümumi radiasiyanın müəyyən miqdarı əks olunur, qalanı isə 
səthin rəngindən, istilik tutumundan asılı olaraq səthin qızmasına, buxarlanmaya sərf 
olunur. Suyun istilik tutumu çox yüksəkdir. O, istiliyin 95%-ni udur, 5%-ni isə əks 
etdirir.  
 
 
Әks olunan radiasiyanın miq-
darı (qum, ot örtüyü və s.) səthin 
xarakterindən asılı olaraq dəyi-
şir. Yerin quru və su sahələrinin 
Günəş  şüalarını  əksetdirmə  qa-
biliyyəti albedo adlanır. Albedo 
açıqrəngli  səth  örtüyündə  (qar, 
buzlaq) daha yüksəkdir.  
 
 
 
•  Pambıq  bitkisi  Günəş  istiliyinə  çox  tələbkardır.  Onun  yarpaqları  günəş 
şüalarına  perpendikulyar  dayanmaqla  daha  çox  enerji  alır.  Pambıq 
cərgələri  tarlada  qərbdən-şərqə  doğru  əkilir.  Bununla  da  kollar  günorta 
vaxtı  kifayət  qədər  işıq  və  istilik  ala  bilir.  Təcrübələr  göstərir  ki,  kölgədə 
qalan pambıq tarlasında bir kolda 23 qoza, günəşli sahədə əkilən kolda isə 
34 pambıq qozası əmələ gəlir. 
 
Şәkil üzrә iş
Su vә buz sәthindә istiliyin udulması vә әks olunması
Müzakirә edin:  
–  Buzun istilik udma 
qabiliyyəti su ilə eyni 
olsaydı, Yer kürəsində 
hansı dəyişikliklər baş 
verərdi? 

Günəşdən gələn 
radiasiya 

Əks olunan 
radiasiya
 
LAYİHƏ


 
 
 
56 
 
 
1. Günəşdən gələn ümumi radiasiyanın miqdari 120 kkal/sm
2
-dir. Radiasiyanın 10 kkal/sm
2
-i 
buludlar tərəfindən əks olunur və səpələnir. Səthə çatan radiasiyanın 40%-i Yer səthindən əks 
olunur. Udulan radiasiyanın miqdarını təyin edin, məsələni sxem şəklində dəftərə çəkin.   
 
2.  Mətndən  istifadə  edərək  Yer  planetində  Günəş  radiasiyasının  roluna  dair  fikirlərinizi 
cədvələ yazın. 
Müsbət rolu 
Mənfi rolu 
 
 
  
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Xəritə-sxemdəki məntəqələri ümumi günəş radiasiyasının miqdarına uyğun olaraq qrup-
laşdırın və cədvəli tamamlayın. 
Günəş radiasiyası (kkal/sm
2

Məntəqələr 
200–220 
 
140–145 
 
100–140 
 
30–35 
 
 
  
Xәritә üzrә iş
Düz və səpələnən radiasiyanın hakim olduğu günlərdə səmanın şəklini çəkin. 
Həmin günlərdə müşahidə olunan hava şəraitinin qısa səciyyəsini yazıb təqdim 
edin. 
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə