G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə13/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

 
 
45 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Müzakirә edin:  
1. A məntəqəsində dayanan müşahidəçi  martın 21-də səhər Günəşin çıxmasını 
üfüqün hansı istiqamətində görür? 
2. B məntəqəsində dayanan müşahidəçi yaz gecə-gündüz bərabərliyində Günəşin 
batmasını hansı istiqamətdə görür?  
• Gün әrzindә obyektlәrin kölgә istiqamәtlәrinin dәyişmәsi. Obyektlərin kölgəsi Günəş işığının 
əks tərəfində düşür. 
 
 
 
Şimal yarımkürəsində yerləşən Bakı şəhərində, 21 martda, səhər saat 10
00
-da Günəş üfüqün cənub-
şərq tərəfində görünür. Bu zaman obyektərin kölgəsi  şimal-qərbə düşür. Günorta Günəş cənubda 
göründüyü vaxt obyektlərin kölgəsi şimala tərəf olur, günortadan sonra isə, məsələn, saat 16
00
-da 
Günəş cənub-qərbdə olduğu vaxt kölgələr şimal-şərqə düşür. 
• Gündüzün ilk  və son saatlarında ən uzun, günorta vaxtı isə ən qısa (Günəşin baş üzərində olduğu 
enlikdə  isə  kölgə  olmur)  kölgə  olur.  Kölgələrin  uzunluğunun  gün  ərzində  dəyişməsi  kənd  təsər-
rüfatının, xüsusilə də əkinçiliyin ərazi təşkilində nəzərə alınır: meyvə bağlarında ağacların arala-
rındakı məsafə, üzüm plantasiyalarında tənəklərin sıralarının istiqaməti və s. Binalarda pəncərə və 
balkonlara Günəş işığının düşməsi tikililərin layihələrinə qoyulan əsas tələblərdən biridir. 
• Kölgә uzunluğunun dәyişmәsinin diaqram vә qrafiklә tәsvir edilmәsi
 
 
 
 
 
Martın 21-də Günəş ekvator xətti üzərində zenit vəziyyətində olur. Həmin gün 
yaz gecә-gündüz bәrabәrliyi günü adlanır. Bu gün Yer kürəsinin Şimal və Cənub 
yarımkürələri bərabər miqdarda  işıq və istilik alır.  
Yaz gecə-gündüz bərabərliyi günündən sonra Günəş Şimal yarımkürəsinə “ke-
çir”. 90 gündən sonra – iyunun 22-ə günəş 23,5° şm.e dairəsi üzərində zenitdə olur. 
Bu gün yay gündönümü günü adlanır. Şimal yarımkürəsi daha çox istilik və işıq alır, 
obyektlərin  kölgəsinin  uzunluğu  minimuma  çatır,  ən  uzun  gündüzlər  müşahidə 
olunur. Şimal qütb dairəsindən (66,5° şm.e) Şimal qütbünə (90° şm.e) qədər olan 
ərazilərdə isə günəş batmır, 24 saat işıqlı olur və qütb gündüzlәri müşahidə olunur. 
Lakin  bu  ərazilərdə  Günəş  şüalarının  düşmə  bucağı  kiçik  olduğuna  görə  havanın 
temperaturu aşağı olur. Yay fəsli Şimal yarımkürəsində təsərrüfat işlərinin aktivləş-
məsi ilə səciyyələnir. 
Günorta
Səhər 
 
Axşam 
A
 
B
 
Günəş – Şm-Ş 
kölgə – C-Q 
Günəş – Şm-Q 
kölgə – C-Ş 
Günəş – Şm 
kölgə – C 
LAYİHƏ


 
 
 
46 
 
Yay gündönümü günündə Cənub yarımkürəsi zəif işıqlanır, daha az istilik alır, ob-
yektlərin kölgəsinin uzunluğu maksimuma çatır. Cənub qütb dairəsindən (66,50° c.e) 
cənuba doğru (90° c.e) isə qütb gecәlәri müşahidə edilir. 
Yay gündönümündən sonra Günəş yenidən ekvatora doğru yönəlir. Payız gecә-
gündüz bәrabәrliyi günündə, yəni sentyabrın 23-də, Günəş martın 21-də olduğu ki-
mi, ekvator xətti üzərində zenit vəziyyətində olur. 
 Sentyabrın 23-dən başlayaraq Yer kürəsi fəzada elə bir vəziyyət alır ki, Günəş 
şüaları  cənub  yarımkürəsini  daha  çox  işıqlandırır.  Yerin  Cənub  qütb  ucu  Günəşə 
tərəf çevrilir. Dekabrın 22-də bütün gün ərzində Günəş Cənub tropik xətt üzərində 
zenit vəziyyətində olur. Qış gündönümü adlanan bu gündə Cənub yarımkürəsi daha 
çox istilik alır, ən uzun gündüzlər müşahidə olunur. Cənub qütb dairəsindən cənubda 
isə qütb gündüzləri baş verir.  
Günəş şüalarının Yer səthinə düşmə bucağı relyefdәn dә asılıdır. Günəşin düşmə 
bucağı dağlıq ərazilərdə ətraf düzənliklərdən fərqli olur. Hətta eyni dağın müxtəlif 
yamacları  da  Günəşdən  fərqli  miqdarda  işıq  və  istilik  alır.  Şimal  yarımkürəsində 
dağların  cənub  yamaclarına  düşən  Günəş  şüalarının  bucağı,  şimal  yamaclarından 
daha böyük olur. Ona görə də cənub yamaclar daha çox işıq və istilik alır. Dağlıq 
ərazilərdə təbii komponentlər, əhalinin məskunlaşması və təsərrüfatın ərazi təşkili 
yamacların istiqamәtindәn asılı olaraq fərqli olur. 
 
 
 
Günəş şüalarının düşmə bucağı  yamacın meyilliyindәn dә asılıdır. Bunu təyin 
etmək üçün məntəqənin günəşə görə mövqeyini, Günəş şüalarının düşmə bucağını, 
yamacın istiqamətini və yamacın meyilliyini bilmək lazımdır. Dağın yamacı cənuba 
baxırsa, günəş şüalarının düşmə bucağı ilə yamacın meyillik bucağı toplanır. Günəş 
məntəqədən cənubda olub yamac şimala baxırsa, Günəşin düşmə bucağından yama-
cın meyillik bucağı  çıxılır.  
 
Məsələ həllinə aid nümunə: 50
°
 şm.e-də yerləşən dağın cənub istiqamətə meyilliyi 14°-
dir. 22 iyun günündə bu yamacda Günəş şüalarının düşmə bucağını hesablayın. 
Həlli: 1. Verilən məntəqə 22 iyunda Günəş şüalarının düşdüyü bucağı düsturla  (90° – f + 
23,5°) təyin edilir: 90° – 50° + 23,5° =  63,5° 
2.  Günəş  məntəqədən  cənubda  olduğuna  görə  müəyyən  edilmiş  günəş  şüalarının 
düşmə bucağı yamacın meyilliyi ilə toplanılır:  63,5° + 14 = 77,5°
 
Şəkildə təsvir edilən dağ 40° şimal 
en dairəsində yerləşir və günün gü-
norta vaxtıdır. 
Müzakirә edin: 
1. A və B nöqtələri müvafiq olaraq 
dağın hansı yamacında yerləşir? 
2. Hansı yamacda yazda qar örtüyü 
daha tez əriyir? 
Şәkil üzrә iş
 
B
A
  
LAYİHƏ


 
 
47 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
 
1. Sentyabrın 23-də verilən şəhərlərdə vaxta uyğun olaraq Günəşin göründüyü və köl-
gələrin düşdüyü  istiqaməti müəyyən edin:  
                      Günün vaxtı 
Şəhərlər 
Saat 10:00 
Saat 12:00 
Saat 16:00 
Günəş 
Kölgə 
Günəş 
Kölgə 
Günəş 
Kölgə 
Bakı 
 
 
 
 
 
 
Sidney 
 
 
 
 
 
 
İstanbul 
 
 
 
 
 
 
Qahirə 
 
 
 
 
 
 
Braziliya 
 
 
 
 
 
 
 
 
 
2. 30° şm.e-də yerləşən və istiqaməti cənuba doğru olan dağ yamacının meyilliyi 9°-dir. Yaz 
gecə-gündüz bərabərliyi günündə günorta  vaxtı  yamacda Günəş şüalarının düşmə 
bucağını hesablayın.  
3. 50° şm.e-də yerləşən dağın cənuba istiqamətdə 14° meyilliyə malik olan yamacında 22 
iyun günündə Günəş şüalarının düşmə bucağını hesablayın. 
 
 
  
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. Hansı məntəqələrdə Günəş zenitdə ola bilər? 
 
Xәritә-sxem üzrә iş
2. Yay gündönümündə hansı mən-
təqələrdə Günəş şüalarının düşmə 
bucağı 0° olar? 
3. Qış gündönümündə günorta vaxtı D 
məntəqəsində Günəş şüalarının 
düşmə bucağı neçə dərəcədir? 
4. Payız gecə-gündüz bərabərliyi 
günündə Günəş şüalarının  ən aşağı 
bucaqda göründüyü nöqtə hansıdır?
5. Günəş D məntəqəsində zenitdə ol-
duğu vaxt C məntəqəsində hansı 
bucaqda görünür?  
Münasib olan açıq bir yerdə 1 metrlik dirək basdırın. 
Kölgənin uzunluğunun gün ərzində dəyişməsinə aid 
coğrafi informasiyanı aşağıdakı üsullarla toplayın: 
1. Səhər saat 08
00
-dan axşam 18
00
-dək 2 saatdan bir olmaqla 
dirəyin kölgəsinin uzunluğunu ölçün və dəftərinizə yazın. 
2. Dirək və kölgənin fotoşəklini çəkin. 
3. Dirək və kölgəni sxematik təsvir edin. 
 
 
Dәrsdәn sonra
 
Alınan məlumatları 
fotoşəkil, sxem, 
cədvəl, diaqram və 
qrafik formalarda  
təqdim edin. 
 
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə