G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

 
 
31 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
 
 
 
 
 
1. Mətndən istifadə edərək Cənubi Amerikanın dağlıq qərb və düzənlik şərq hissələ-
rindəki coğrafi obyektlərin siyahısını müəyyənləşdirərək kontur xəritədə qeyd edin.  
 
2. Şimali və Cənubi Amerikanın relyefini müqayisə edin. 4 oxşar və 4 fərqli cəhətlərini 
yazın. 
 
 
 
4. Aşağıda göstərilənlərdən hansılar uyğun regionların relyefi və iqtisadiyyatı arasında 
əlaqəni göstərir: 
1)  Neft Orinoko ovalığında çıxarılır. 
2)  Amazon ovalığı allüvial mənşəli çökmə süxurlarla örtülüdür.  
3)  Braziliya  yaylası filiz faydalı qazıntılar yerləşən ərazidir. 
4)  Akonkaqua Cənubi Amerikanın ən yüksək zirvəsidir. 
5)  Dünyanın ən nəhəng mis yataqlarından biri olan “mis qurşağı” And dağlarında yerləşir. 
 
 
• “Şәkәr başı” – Braziliya yaylasın-
da aşınma nəticəsində yaranan relyef 
formalarıdır.  Rio-de-Janeyroda tu-
ristlərin ən çox baş çəkdiyi görməli 
yerlərdən biridir. Hündürlüyü 300 m 
olan bu  “Şəkər başı”nın zirvəsinə 
kanat yolu çəkilib. 
 
 
 
      “Şәkәr başı”.  Braziliya  
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
3. Materikin konturunu dəftərinizə
çəkin. Xəritə-sxemdəki rəqəmlərin 
hansı relyef formalarını əks etdirdiyini 
tapın və dəftərinizdə qeyd edin.  
 
LAYİHƏ


 
 
32 
 
  
A
FRİKANIN RELYEFİ 
  
 

Cənubi 
 
və Şərqi Afrika
 
 
 
 
Şimali 
Qərbi Afrika
 
 
Xәritә üzrә iş
Afrikanın fiziki xәritәsi 
Afrikanın tektonik xәritә-sxemi 
Müzakirә edin:  
1. Afrikanın qədim platforması üzərində 
hansı relyef formaları üstünlük təşkil 
edir? 
2. Yaşına görə Afrikanın ən cavan ərazisi 
hansıdır?  
3.  Mütləq hündürlüyün daha az olduğu 
regionda hansı relyef formaları 
üstünlük təşkil edir? 
4. Afrikanın hansı regionunda daha yük-
sək mütləq hündürlüyə malik ərazilər 
üstünlük təşkil edir? 
5.  Şimali və Qərbi Afrika ilə Cənubi və 
Şərqi Afrika arasında 2 fərqli cəhəti 
tapın.  
Ən qədim qırışıq zona 
Qədim qırışıq zona  
Müasir qırışıq zona 
Platformanın örtük hissəsi 
   
Litosfer tavalarının hərəkət 
istiqaməti  
 
Sınma xətti 
Relyef xüsusiyyәtlәrinә görә 
Afrikanın regionları 
LAYİHƏ


 
 
33 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
 Afrikanı
 
relyefinə görə iki hissəyə ayırmaq olar. Şimali və Qərbi Afrikada denu-
dasion və akkumulyativ mənşəli düzənliklər,  Cənubi və Şərqi Afrikada isə dağlıq 
ərazilər üstündür. 
Şimali    Qәrbi Afrikada  ərazinin  düzənlik  olmasının  səbəbi  buranın  Afrika–
Ərəbistan platforması üzərində yerləşməsidir.  
Relyefin formalaşmasında yalnız tektonik quruluş deyil, həm də ekzogen amillər 
böyük  rol  oynayır.  Afrikanın  bu  hissəsinin  9  milyon  km
2
-ə  qədərini  dünyanın  ən 
böyük səhrası olan Böyük Səhra tutur. Bu səhra üçün  güclü küləklər və fiziki aşınma 
səciyyəvidir.  
Səhrada eol relyef formaları üstünlük təşkil edir. Buradakı qum dyunlarının hün-
dürlüyü 300 m-ə çatır. Әhaqqar, Tibesti vә Darfur massivlәrindәki “şahid dağlar”ın 
hündürlüyü  2000–3000  m-dir.  Qədim  zamanlardan  bu  səhradan  Qərbi  və  Şərqi 
Afrikanı  birləşdirən  ticarət  yolları  keçmişdir.  Hazırda  bu  ərazilər  zəif  məskun-
laşmışdır. Yaşayış məskənləri yalnız vahələrdədir. Vahələr əkinçilik və heyvandarlıq 
üçün  əlverişli  şəraitə  malikdir.  Şimali  və  Qərbi  Afrikanın  relyefinin  formalaşma-
sında ekzogen amil kimi çayların rolu zəifdir. Lakin Nil, Niger, Seneqal kimi iri çay-
lar nәhәng çay dәrәlәri, allüvial düzənliklər və deltalar yaratmışdır. Böyük Səhranın 
şimal-qərbində  –  Aralıq  dənizi  sahilində  Afrikada  yeganə  cavan  dağ  olan  Atlas 
dağları yerləşir. Onun ən yüksək nöqtəsi Tubkal  zirvəsidir (4165 m). Bu dağlar Alp-
Himalay  qurşağının  ən  qərb  hissəsidir.  Atlas  dağlarının  relyefinin  cavan,  süxur-
larının elastik olmasını buradakı antiklinal  sinklinallar əks etdirir.  
 
 
 
Afrika platformasının ən böyük əyilmə zonası Konqo çökəkliyidir. Bura hər tə-
rəfdən  yüksəkliklərlə  əhatə  olunmuşdur.  Yağış  suları  dərənin  mərkəzi  hissəsi  ilə 
axaraq materikdə ən nəhəng çay sistemi olan Konqo çayını yaradır. Çökəkliyin daxili 
hissəsində yerləşən pilləli qırılıb-düşmələrdə xeyli sayda şəlalə və astanalar vardır.  
 
Sinklinal – qırışıq çökək 
strukturdur 
Antiklinal – qırışıq 
qabarıq strukturdur 
Atlas dağları. Mərakeş 
– Sxemləri fotoşəkillə müqayisə edin. Fotoşəkildə antiklinal 
və sinklinallara uyğun gələn sahəni tapın. 
  
Sxem vә şәkil üzrә iş
LAYİHƏ


 
 
34 
 
 
 
Cәnubi  Şәrqi Afrikanın mütləq hündürlüyü yüksəkdir. Burada Afrikanın ən 
yüksək nöqtəsi olan vulkanik mənşəli Kilimancaro zirvəsi (5895 m) yerləşir.  
Şərqi  Afrika  seysmik  fəallığın  yüksəkliyi  ilə  fərqlənir.  Buradan  Şərqi  Afrika 
sınma zonası keçir. Bu zona orta okean sıra dağlarının mərkəzi ox zonasına oxşayır. 
Burada litosfer tavaları aralanır, onların arasında məsafə artır. Lakin onlar okeanda 
deyil, quruda yerləşir. Bu zonanın mərkəzi hissəsi qraben, hər iki tərəfi isə simmetrik 
yerləşən horstlardır. Buradakı nəhəng horstlardan biri Ruvenzori horstudur. 
 
 
Şərqi Afrika sınma zolağı Qırmızı dənizdən başlayaraq cənub istiqamətdə 3000 km 
uzanır. Horstlar arasında yerləşən qrabenlərdə ensiz, uzun və dərin göllər yerləşir.  
Livinqston şәlalәlәrindәn biri. 
Konqo Demokratik  Respublikasi 
1. Qırılıb-düşmənin sxemini və şəlalənin fotoşəklini müqayisə edin.  
2. Fotoşəkildəki hərfləri sxemdəki rəqəmlərlə uyğunlaşdırın. 
  
Sxem vә şәkil üzrә iş
Livinqston şәlalәlәri Konqo çayının aşağı axınlarında yerləşən 32 şəlalə və astananın ümumi 
adıdır. Onlar Afrikanı tədqiq edən şotland David Livinqstonun şərəfinə adlandırılmışdır.  
Horst 
Qraben 
• Qraben  –  İki  tektonik  qırılmanın  arasındakı  his-
səsinin enməsi nəticəsində formalaşmış mənfi struk-
turdur. Qrabenin  mərkəzi enmə hissəsi həm də rift
dәrәlәri adlanır. Yüz və min kilometrlər uzanan rift
dərələri rift zonalarını əmələ gətirir. 
• Horst – qırılmanın mərkəzi hissəsinin qalxması 
nəticəsində yaranan qabarıq formadır. Horstlar 
rift dərələrinin kənarları boyunca simmetrik 
yerləşir. 
a, b, c – ilkin dövrdə süxur layı bütöv olur.
 
           – qırılma xətti 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə