G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə6/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

 
 
21 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Asiya qitəsi oroqrafik cəhətdən (relyef quruluşuna görə) dünyanın ən mürəkkəb 
regionudur. Bu tektonik cəhətdən sabit ərazilərdən – platforma və fəal zonalardan – 
geosinklinallardan ibarətdir. Platformalar litosfer tavalarının mərkəzində – tavaların 
sərhədlərindən  uzaqda  yerləşən  hissələrdir.  Onlar  Yer  qabığının  daha  sabit,  yəni 
seysmik hadisələrin zəif olduğu, yaxud heç müşahidə olunmadığı sahələridir.  
Platformalar daxili quruluşuna görə iki mərtəbədən (yarusdan) ibarətdir.  
 
 
Örtük – platformanın üst mәrtәbәsidir. Çökmә süxur-
lardan ibarәt olur. Süxurlar, әsasәn, üfüqi lay şәklindә 
yerlәşir. Burada çökmә mәnşәli faydalı qazıntılar möv-
cuddur (neft, qaz, daş kömür  vә s.). 
 
Kristallik bünövrә    platformanın alt mәrtәbәsidir. O, 
maqmatik vә metamorfik süxurlardan ibarәt olur. Bünöv-
rәdә süxurlar qırışıq formada olur. Burada filiz faydalı 
qazıntılar mövcuddur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Platformalara uyğun gələn relyef formaları nəhəng ölçülərə malik düzənliklərdir. 
Şimali Asiyada yerləşən Qәrbi Sibir vә Sibir platforması üzərindəki geniş düzən-
liklər (Qərbi Sibir ovalığı və Orta Sibir yaylağı) milyonlarla kv. km əraziləri əhatə 
edir. Şərqi Sibirin mütləq hündürlüyü daha yüksəkdir; hündürlüyü 2000 m-ə çatan 
Verxoyansk silsiləsi burada yerləşir.  
Asiyada digər platforma Cənub-Qərbi Asiyadakı Әrәbistan platformasıdır. Ərə-
bistan  yarımadasında  yerləşən  bu  platformanın  səthi  ekzogen  proseslərin  –  fiziki 
aşınma və küləyin təsirinə çox məruz qalmışdır. Bu ərazilər üçün eol relyef formaları 
səciyyəvidir.  
Cənub-Qərbi Asiyada Türkiyə ərazisində Pont və Tavr (Toros), İran ərazisində 
Zaqros və Elburs dağları uzanır. Türkiyə və İranda bu dağ sistemləri nəhəng Anadolu 
və İran yaylalarının ətrafında yerləşir. İranda ən hündür zirvə Dəmavənd (5610 m) 
eyni  zamanda  Asiyada  ən  hündür  vulkan  zirvəsi  sayılır.  Türkiyədə  isə  ən  yüksək 
zirvə Ağrıdağdır (5165 m). 
 
 
 
Sipәr (qalxan). Platformaların bәzi 
sahәlәrindә üst çökmә süxur qat olmur 
vә burada dәrinlikdәki daha möhkәm 
kristallik bünövrә Yer sәthinә  çıxır. 
Belә sahәlәr  sipәr (qalxan) adlanır. 
Sipәrlәrdә filiz faydalı qazıntılar sәthә 
yaxın olduğuna görә, onları çıxarmaq 
daha asan başa gәlir.  
Platformanın tәrkib hissәlәri 
Platformanın daxili quruluşu 
LAYİHƏ


 
 
22 
 
Afrika–Әrәbistan platformalarının hәrәkәti 
Vaxtilə Ərəbistan platforması Afrika ilə bitişik olmuşdur. Tektonik hərəkətlər qırılmalar yaratmış, bu 
isə çat üzərində Qırmızı dənizin yaranmasına səbəb olmuşdur. Hazırda Afrika və Ərəbistanın Qırmızı 
dəniz sahilləri bir-birindən uzaqlaşır. 
 
 
Mәrkәzi Asiyanın relyefində hündür dağ sistemləri üstünlük təşkil edir. Himalay, 
Kunlun, Pamir, Hindquş, Tyan-Şan dağlarının ən uca zirvələrinin hündürlüyü 7000 
m-dən yüksəkdir. Mərkəzi Asiyadakı bir çox dağ adları “şan” sözü ilə qurtarır (yerli 
dildə “dağ”), məsələn, Kun-Lun Şan silsiləsi, Tyan-Şan və s. dağları. Dağların ara-
sında Təklə-Məkan, Tarim kimi geniş çökəkliklər yerləşir. Asiyanın ən alçaq əra-
zilərindən  biri  olan  Turfan  çökəkliyi  də  (–155  m)  buradadır.  Himalay  dağlarının 
şimalındakı geniş Tibet yaylası Çinin zəif məskunlaşmış əlverişsiz ərazisidir. Yayla 
sıra dağlarla əhatələnmişdir.  
 
 
 
 
 
• Yak vә ya Tibet öküzü. Yakın vətəni 
Tibetdir. O, Asiyanın yüksək dağlıq zona-
larında əsas kənd təsərrüfat heyvanı hesab 
edilir. Ondan qoşqu vasitəsi kimi də istifadə 
edilir. Yerli xalqlar yakın südündən və 
ətindən istifadə edir, yakın yunundan parça 
və geyimlər hazırlayırlar. 
Müzakirә edin:  
– Tibetdə digər təsərrüfat sahələrinin 
inkişaf etdirilməsinə hansı amillər mane 
olur?  
Toqquşma sərhədi 
Ayrılma sərhədi            
Tavaların hərəkət istiqaməti 
(1,9 sm/il)
(4,9 sm/il)
(2,0 sm/il)
• Pamir dağlarının ən hündür zirvəsi Çində Konqur zirvəsidir (7719 m).  Taci-
kistan ərazisində isə Pamirin ən yüksək nöqtəsi İsmayıl Somoni piki hesab 
edilir (7495 m). Bu zirvə əvvəllər “Kommunizm piki” adlanıb.  
Mәtn vә şәkil üzrә iş
LAYİHƏ


 
 
23 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
 
• Şerplәr – Nepalda, Himalay dağlarının ən 
yüksək  hissələrində  məskunlaşmış  xalqdır. 
Şerplərin  ənənəvi  məşğuliyyəti,  Comolun-
qma zirvəsinə qalxan alpinistlərə və səyahətə 
gəlmiş  turistlərə  bələdçilik  etmək,  onların 
yükünü daşımaqdır. 
 
Müzakirә edin:  
– Şerplərin əkinçiliklə məşğul olmamasının 
səbəbi nədir? 
 
Şәrqi Asiyada Sakit okean sahilində ovalıqlar üstünlük təşkil edir. Bunlardan ən 
böyüyü platforma üzərində yerləşən Böyük Çin düzənliyidir. Bu düzənlik Yantsızı 
və  Xuanxe  çaylarının  gətirdiyi  allüvial  çöküntülərlə  örtülmüşdür.  Böyük  Çin  dü-
zənliyi  Çində  əhalinin  ən  çox  məskunlaşmış  hissəsidir.  Regionun  şimalında  orta 
yaşlı Böyük və Kiçik Xinqan dağları yerləşir. Regionun şərq hissəsi Sakit okean və 
Avrasiya litosfer tavalarının toqquşduğu sərhəddədir. Bu zonada yerləşən qövsvarı 
adalarda (Yapon, Kuril) tez-tez zəlzələlər baş verir, vulkan və qeyzerlər püskürür, 
sunamilər yaranır.  
 
 
• 2011-ci ilin martın 11-də Sakit okeanda 9 ballıq 
zəlzələdən sonra yaranan nəhəng sunami dalğa-
sının hündürlüyü 35 m-ə çatmışdır. Fəlakət 
nəticəsində Yaponiyada 15 min nəfərdən çox 
insan həlak olmuş, 5070 nəfər itkin düşmüşdür. 
Ölkəyə dəyən ziyanın miqdarı 300 mlrd. ABŞ 
dollarına yaxın olmuşdur. Faciə kütləvi dağıntı-
lara, xüsusilə “Fukusima-1” Atom-Elektrik 
Stansiyasının zədələnməsinə səbəb olmuşdur. 
Qəza nəticəsində radiasiya axını yaranmış, quru 
və okean sahili zona radioaktiv çirklənməyə 
məruz qalmışdır.
 
 
Müzakirә edin:  
– Yaponiyada baş verən faciənin aşağıdakı cəhətlər üzrə nəticələrini müzakirə edin:  
А) sosial (əhali, onun fəaliyyəti və həyat şəraiti ilə əlaqədar)  B) ekoloji;  С) iqtisadi.
 
 
Cәnub-Şәrqi Asiya Hind-Çin yarımadası və Zond adalarını (Malayya arxipelaqı) 
əhatə edir. Yarımadada dağlar  meridional istiqamətdə uzanaraq Cənub-Şərqi Asiya 
ölkələrindən Myanma, Tailand, Laos və Vyetnamı kəsib keçir. Dağlar arasında Me-
konq düzənliyi yerləşir.  
Sahəsinə görə dünyada müvafiq olaraq ikinci və üçüncü adalar hesab edilən Yeni 
Qvineya  və  Kalimantan  (Borneo)  adaları  da  Cənub-Şərqi  Asiyadadır.  Bu  region 
materik və okean tavalarının toqquşduğu sərhəddə yerləşir. Ona görə də, tektonik və 
seysmik cəhətdən çox fəaldır.  
 
Mәtn vә şәkil üzrә iş
 
Mәtn vә şәkil üzrә iş
 
Yaponiya sahilindә sunami.  
Mart, 2011-ci il. 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə