G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə14/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   62

 
 
 
48 
 
 
G
ÜNƏŞLİ SAATLARDAN İSTİFADƏ  
 
 
 
Ən qədim dövrlərdə insanlar Günəş istiliyi və işığından istifadə etmişlər. Günəş 
işığı insanların iş qabiliyyətinin və sağlamlığının bərpasında böyük rola malikdir.  
Günəşdən gələn istilik və işıq nəhəng və tükənməyən enerji mənbəyidir. Hazırda 
elm və texnikanın inkişafı bu enerjinin elektrik enerjisinə çevrilməsinə imkan verir. 
Günəş enerjisi Helio Elektrik Stansiyalarında (HES) elektrik enerjisinə çevrilir. Bu 
proses mürəkkəb texnoloji avadanlıq və xeyli vəsait tələb edir.  
Ekoloji cəhətdən təmiz olan bu enerji növünün əldə edilməsi təbii şəraitdən ası-
lıdır. İqtisadi baxımdan onun əldə edilməsi Günəş şüalarının düşmə bucağının daha 
yüksək olduğu enliklərdə sərfəlidir.  
Günəş işığı və enerjisindən istifadə imkanları – kənd təsərrüfatı sahələrinin yer-
ləşdirilməsində,  sənaye  müəssisələrinin,  yolla-
rın, yaşayış evləri və inzibati binaların istisma-
rında əsas götürülür. Adətən, müəssisələrin tikil-
məsində təbii işıqlanma, yəni pəncərələrdən Gü-
nəş  işığının  düşməsi  nəzərə  alınır.  Lakin  əksər 
binalarda süni işıqlanmadan, yəni elektrik işığın-
dan istifadə olunur. Uzun müddət süni işıqlanma 
məkanında olmaq diqqətın zəifləməsinə, iş key-
fiyyətinin aşağı düşməsinə səbəb olur. Günəş işı-
ğından maksimum istifadə, həm də elektrik ener-
jisinə qənaət etməyə imkan verir.  
 
11 
İstanbulun Atatürk hava limanı dünyada  tranzit uçuşların həyata keçirildiyi ən iri aeroportlardan 
biridir.  
Müzakirә edin: 
1. Gecə və gündüz arasında uçuşların sayının bu qədər fərqli olmasını nə ilə əlaqələndirmək olar? 
2. Günün hansı vaxtı səfərə çıxmağa üstünlük verirsiniz? Fikrinizi əsaslandırın. 
  
Şәkil üzrә iş
 
Gündüz uçuşları 
Gecə uçuşları  
• İnsan orqanizmi çox həssas olan bioloji saata malikdir. Orqanizmdə qan 
təzyiqi, bədən temperaturu, həzm sisteminin fəaliyyəti əsasən yuxu rejimi 
ilə tənzimlənir. 
Günәş batareyası ilә işlәyәn piyada yol 
nişanı. Batareyalar gündüz saatlarında günəş 
enerjisini toplayaraq qaranlıq vaxtda ondan 
istifadə edir.  
LAYİHƏ


 
 
49 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
 
 
Gündüz saatlarından daha səmərəli etmək istifadə etmək üçün vaxtın geri və ya 
irəli çəkilməsi ideyası ilk dəfə 1908-ci ildə Böyük Britaniyada həyata keçirilmişdir. 
Hazırda dünyanın 110 ölkəsində bu tədbir tətbiq edilir. Həmin ölkələrin əksəriyyəti 
yuxarı enliklərdə yerləşir. Bu ölkələrdə iş günü ərzində gündüz işığından daha sə-
mərəli istifadə etmək, insanları fəsil dəyişkənliyinə uyğunlaşdırmaq, eyni zamanda, 
elektrik enerjisinə qənaət etmək məqsədilə yay vә qış vaxtlarına keçmək üçün saatın 
əqrəbi müvafiq olaraq 1 saat irəli və 1 saat geri çəkilir.  
Yay və ya qış vaxtına keçid Azərbaycanda Nazirlər Kabinetinin qərarına əsasən 
həyata keçirilir. Bu tədbir ölkədə il ərzində istehsal olunan elektrik enerjisinə 5%  
qənaət edilməyə imkan verir. 
 Ekvatorial enliklərdə gündüz və gecə vaxtları arasında fərq azdır. Gündüz saat-
larının uzunluğunun kifayət qədər olması bu ərazilərdə qiymətli kənd təsərrüfatı bit-
kilərinin  əkilməsinə  imkan  verir.  Yuxarı  enliklərə  doğru  sutkanın  növbələşməsi 
1. Məntəqələrin hansında axşam, hansında 
səhər, hansında günorta, hansında isə gecə-
yarıdır?  
2. Şimal, yoxsa Cənub  yarımkürəsi daha çox 
işıq və istilik alır? 
3. Nə üçün Şimal qütb ətrafı tünd, Cənub qütb 
ətrafı isə açıq  rəngdə təsvir edilmişdır? 
4. Sxemə əsasən Bakıda ilin hansı fəsli 
olduğunu müəyyən edin. 
Yerin Günəş tərəfindən işıqlanan hissəsi
 
Alaqaranlıq
 
Yerin “qaranlıq” hissəsi
1
2
3
 
4
  
Şәkil üzrә iş
 
Xәritә-sxem üzrә iş
Xəritə-sxem əsasında cədvəli tamamlayın. 
“Yay-qış vaxtı”... 
Ölkələr 
... istifadə edilir 
 
...  artıq istifadə edilmir 
 
... heç istifadə edilməmişdir 
 
Ekvatorial və tropik enliklərdə yerləşən bəzi ölkələrdə hesab edirlər ki, saatların əqrəbinin irəli və ya 
geri çəkilməsinə ehtiyac yoxdur.  
Müzakirә edin: 
Aşağıdakı fikirlərdən hansı 
yuxarıdakı fikri əsaslandırır:  
1. Bütün gün ərzində günəş 
işığının olması ilə;  
2. Günəş şüalarının gün ərzində 
yüksək bucaqda görünməsi 
ilə;  
3. Gecə və gündüzün uzunluq-
ları arasında fərqin az olması 
ilə;  
4. Günün gecə saatlarının 
müddətinin qısa olması ilə;  
5. İnsanların sağlamlığında 
problemin yarana biləcəyi ilə.
LAYİHƏ


 
 
 
50 
 
prosesindəki ardıcıllıq pozulur. Sutkanın gecə və ya gündüz vaxtının qeyri-bərabər-
liyi ölkələrin təsərrüfat sisteminə (elektrik enerjisinin ötürülməsində, müəssisələrin 
işıqlandırılmasında, nəqliyyatın tənzimlənməsində və s.-də) təsir edir. Qütbətrafı ərazi-
lərdə  isə  sutkanın  ardıcıl  növbələşməsi  prosesi  tamamilə  pozulur.  Bu  ərazilərdə 
gündüzün uzunluğu 24 saata qədər davam edə bilər.  
 
 
 
 
1. Azərbaycanda yay və qış vaxtına keçid ilin hansı aylarında və günlərində tətbiq edilir? 
2. Hansı saatda əqrəb yay vaxtına, hansı saatda isə qış vaxtına keçidi əks etdirir? 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
(a) 
(b) 
Cədvəldən istifadə edərək Şimal  və Cənub yarımkürələrində gündüzün uzunluğunu əks 
etdirən qrafik qurun. 
İyunun 22-də müxtəlif paralellərdə gündüzün uzunluğu. 
Paralel-
lər (° ilə) 
Şimal yarım-
kürəsində 
gündüzün 
uzunluğu (saat) 
Cənub yarım-
kürəsində 
gündüzün 
uzunluğu (saat) 

12:00 
12:00 
10 
12:35 
11:25 
20 
13:13 
10:47 
30 
13:56 
10:04 
40 
14:51 
9:09 
50 
16:30 
7:30 
60 
18:30 
5:30 
70 
24:00 
0:00 
80 
24:00 
0:00 
90 
24:00 
0:00 
 
 
Dәrsdәn sonra
 
Enlik 
Gündüzün 
uzunluğu 
saat 
(a) ____    (b) ____ 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə