G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə10/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

 
 
35 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
 
 
Materikin cənub kənarında parçalanma nəticəsində möcüzəli forma almış qədim 
Əjdaha dağları, ondan şərqə doğru isə qədim Kap dağları yerləşir. Qədim dağlarda 
yerləşən çaylar uzun müddət ərzində süxurları yuyaraq enli çay dərəsi yaradır.  
 
 
 
Afrikanın cənubunda mütləq hündürlüyü yüksək olan hamar platolar geniş yer 
tutur. Bunlardan biri də daha çox səhra adı ilə tanınan Kalaharidir. Kalaharinin sahəsi 
2,5 mln. km
2
-dir. Burada zəncirvarı şəkildə yerləşmiş dyunlar üstünlük təşkil edir. 
Bu,  dünyada  ən  nəhəng  qum  toplanmış  ərazidir.  CAR,  Namibiya  və  Botsvana 
ərazisində yerləşir. 
 
 
Müzakirә edin: 
1.  Litosfer tavaları aralanmaqda davam 
edərsə, Somali yarımadası gələcəkdə 
hansı vəziyyətdə ola bilər? 
2.  Tavaların aralanması nəticəsində 
Qırmızı dənizi Hind okeanı ilə bir-
ləşdirən boğaz genişlənərsə, dəniz 
suyunun duzluluğu necə dəyişər? 
 – tektonik qırılmalar 
Şәrqi Afrika sınma zolağı. Şərqi 
Afrika çatlarının sxemi (1) və 
kosmosdan çəkilmiş təsviri (2).
 
Sxem vә şәkil üzrә iş
Müzakirә edin: 
–  Şəkildəki Kap və Əjdaha dağlarının qədim olduğunu təsdiqləyən iki əlaməti şərh edin. 
 
Şәkil üzrә iş
Әjdaha dağlarının 
hamarlanmış zirvәlәri 
Kap dağlarında enli çay dәrәsi 
LAYİHƏ


 
 
36 
 
 
1. Mətndəki coğrafi adları Afrikanın regionlarına uyğun olaraq yazın, fiziki xəritədə göstərin və 
kontur xəritədə qeyd edin. 
 
Şimali və Qərbi Afrika 
Cənubi və Şərqi Afrika 
  
 
 
 
2. Dərsliyin mətnindən istifadə edərək cədvəli tamamlayın. 
 
Regionlar 
Relyefin xüsusiyyətləri 
Şimali və Qərbi Afrika 
 
Cənubi və Şərqi Afrika 
 
  
 
3. Afrikanın siyasi regionlarının xəritə sxeminə və fiziki xəritəyə əsasən cədvəli tamamlayın.  
 
Region 
Relyef formaları 
Tektonik fəallığı 
 
fəal 
sabit 
Şimali Afrika 
 
 
 
Qərbi Afrika 
 
 
 
Şərqi Afrika 
 
 
 
Mərkəzi Afrika 
 
 
 
Cənubi Afrika 
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
LAYİHƏ


 
 
37 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
  
A
VSTRALİYANIN RELYEFİ 
 
 
Avstraliya, əsasən düzənlik ərazidir. Bu materikdə yüksək cavan dağlar yoxdur. 
Materikin sahil xətləri litosfer tavasının sərhədi ilə üst-üstə düşmür. Ona görə də, 
Avstraliya seysmik cəhətdən daha sabitdir. Materikdə fəaliyyətdə olan vulkan yox-
dur. 
Avstraliyanın böyük hissəsi qədim platformadır. Əvvəllər dağ olmuş ərazilərin  
platformaya çevrilməsi prosesi milyon illəri əhatə edir. Dağlar öz seysmik fəallığını 
itirir, tədricən dağılır, hündürlüyü azalır və onlar düzənliyə çevrilir.  

Ən qədim qırışıq zona 
Qədim qırışıq zona 
Platformanın örtük hissəsi  
––   Litosfer tavalarının sərhədi  
Avstraliyanın fiziki xәritәsi 
Müzakirә edin: 
1. Litosfer  tavasının sərhədi materikin sahil xəttinə 
uyğun gəlirmi?  
2. Hansı hissədə materik litosfer tavalarının sərhədinə 
daha yaxın yerləşir?  
3. Avstraliyada fəal vulkanların və zəlzələ ocaqlarının 
olmamasını necə izah edə bilərsiniz?  
Qərbi  
Şərqi  
Mərkəzi  
Avstraliyanın regionları 
 
Xәritә üzrә iş
Avstraliyanın tektonik xәritә-sxemi 
LAYİHƏ


 
 
38 
 
Bu uzunmüddətli proses nəticəsində Yer qabığının fəal zonaları (geosinklinallar) 
sabit ərazilərə (platformalara) çevrilir.  
 
 
 
 
Materikin  qərb  hissəsində  Avstraliya  platformasının  bünövrəsi  qalxmışdır,  bu-
rada çökmə süxur örtüyü yoxdur və kristallik bünövrə səthə çıxır. Qalxanlar üçün 
filiz  faydalı  qazıntıların  Yer  səthinə  yaxın  yerləşməsi  səciyyəvidir.  Qərbi  Avstra-
liyada böyük miqdarda dəmir filizi, qızıl və nikel çıxarılır. 
Avstraliya  platformasının  əyilmə  zonalarında  çökmə  süxurlar  toplanmışdır. 
Litosfer tavalarının bu hissələrində kristallik bünövrə çox dərində yerləşir.  
 
 
 
Qərbi və Mərkəzi Avstraliyanın relyefində plato və yastı yaylalar üstünlük təşkil 
edir. Onların yaranmasında küləyin (eol) fəaliyyəti və arid-denudasiya prosesi əsas 
rol oynayır.  
Arid-denudasiya (“arid ” – “quraq” deməkdir) quraq iqlim şəraitində xarici amil-
lərin təsiri ilə süxurların parçalanmasıdır. Materikin şimal-qərb və mərkəzində olan  
• Avstraliya mineral xammal istehsalı üzrə dünyanın 
ilk  beş  ölkəsindən  biridir.  Faydalı  qazıntı  hasilatı 
ölkənin  gəlirlərinin  1/3-ni  verir.  Avstraliya  mineral 
ehtiyatlarını  dünyanın  100-dən  çox  ölkəsinə,  əsasən 
Yaponiyaya  ixrac  edir.  Faydalı  qazıntı  yataqlarının 
səthə çox yaxın yerləşməsi ehtiyatların çıxarılmasının
sərfəliliyini artırır. Çünki ehtiyatlar mədənlərdə “açıq 
üsulla” çıxarılır. Bu üsul daha mürəkkəb avadanlıqlar 
tələb edən “şaxta üsulu”ndan ucuz başa gəlir.  
 
Müzakirә edin: 
– Avstraliyanın mineral ehtiyatlar ixracı üzrə 
dünyada qabaqcıl yer tutmasına səbəb nədir? 
Qәrbi Avstraliyada Super Pit qızıl 
mәdәni. Burada qızıl açıq üsulla çıxarılır. 
  
Mәtn vә şәkil üzrә iş
• Uran  ən mühüm radioaktiv element olub nüvə enerjisinin alınmasında
istifadə  olunur.  Ötən  əsrdə  radioaktiv  elementlərdən  nüvə  silahı  kimi
istifadə  edilməyə  üstünlük  verirdilərsə,  hazırda  ondan  sülh  məqsədilə
istifadə olunur: atom-elektrik stansiyaları, atom mühərrikləri, sualtı atom
qayığı və s.  
• Uran filizi tərkibinə görə çox “kasıb”dır. Filizin tərkibində uranın miq-
darı  0,02%-dir.  Uranın  saflaşdırılması,  yəni  filizdən  uran  elementinin
ayrılması onun çıxarıldığı ərazilərdə həyata keçirilir.   
– Mәsәlә:  1 kq uran əldə etmək üçün nə qədər filiz tələb olunduğunu he-
sablayın.  
Müzakirә edin: 
– Uran mədənlərinin mineral ehtiyatın mövcud olduğu ərazilərdə yerləş-
dirilməsini izah edin.  
Uran filizi. 
Avstraliya uran və 
boksit ixracına görə 
dünya liderlərindən 
biridir. 
  
Mәtn üzrә iş
Coğrafiya vә Fizika
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə