G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə15/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

 
 
51 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


 
P
RAKTİK DƏRS. 
SAAT QURŞAQLARI 
  
Yer kürəsi öz  oxu ətrafında 24  saat müddətində tam  dövr  edir  (360° :  24  =  15°). 
Nəticədə hər biri 15°-dən ibarət  olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində 
vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu 
vaxt qurşaq vaxtı adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç me-
ridianı keçən saat qurşağı sıfırıncı (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. 
Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru 
artır. 
 
 
 
Qonşu qurşaqlar arasında vaxt fərqi 1 saatdır. Şərqdə  yerləşən qurşaq qərbdə-
kindən  1  saat  irəli  olur.  Saat  qurşaqlarının  sərhədi  qurşağın  ortasından  keçən  (bu 
meridianlar 15-ə tam bölünən rəqəmlərlə ifadə olunur) orta meridiandan şərqə və 
qərbə doğru 7°30' arasında olur.  
12 
Saat qurşaqlarının sərhədi əksər hallarda meridianlar üzrə aparılmır. Dövlət və ya vilayət daxilində
vaxtdan səmərəli istifadə məqsədilə qurşaqlar sərhədi müvafiq dövlətlər və ya vilayətlərin inzibati 
sərhədinə əsasən çəkilir.   
Müzakirә edin:  
1.  Hansı ölkələrdə vaxt  saat qurşaqlarına uyğun deyil?  
2. Hansı ölkələrdə daha çox saat qurşaqları vardır?  
3. ABŞ ərazisi neçə saat qurşağında yerləşir?  
4. Hansı ölkənin ərazisi bir neçə saat qurşağı daxilində yerləşməsinə baxmayaraq vahid saat tətbiq 
edilir? 
  
Xәritә üzrә iş
LAYİHƏ


 
 
 
52 
 
 
 
Saat qurşaqlarına əsasən orta meridianı təyin etmək üçün saat qurşağının nömrəsi 
15-ə vurulur. Cavab 180°-dən böyük olarsa, məntəqə Qərb yarımkürəsində yerləşir. 
Məntəqənin yerləşdiyi coğrafi uzunluğu müəyyən etmək üçün alınan rəqəm  360°-
dən çıxılır.  
 
Məsələ həllinə aid nümunələr 
  A mәntәqәsi  III,  B mәntәqәsi isə XX saat qurşağının orta meridianı üzərində yerləşir.  
Müәyyәn edin: – A və B məntəqələri hansı coğrafi uzunluqda yerləşir? 
İzahı: Saat qurşaqlarına əsasən məntəqənin coğrafi uzunluqlarını təyin etmək üçün 
yerləşdiyi saat qurşağını 15°-yə vurmaq tələb olunur. Alınan cavab 180°-dən böyük 
olduqda, rəqəm 360°-dən çıxılır və məntəqənin Qərb  yarımkürəsində yerləşməsi qeyd 
olunur. 
Hәlli:_–_A_mәntәqәsinin'>Hәlli: 
– A mәntәqәsinin yerləşdiyi coğrafi uzunluq: 3 × 15 = 45° ş.u 
– B mәntәqәsinin yerləşdiyi coğrafi uzunluq: 20 × 15 = 300;  360 – 300 = 60° q.u. 
  A mәntәqәsindә saat 10:00-dır. Məntəqə III saat qurşağında yerləşir. B mәntәqәsi isə IX 
saat qurşağındadır. B məntəqəsində saat neçədir? 
İzahı: Qurşaqlar arasında vaxt fərqini  təyin etmək üçün saat qurşaqlarının nömrələri 
arasında fərq müəyyən edilir. Məntəqələr eyni yarımkürədə olarsa, onların yerləşdiyi 
saat  qurşaqlarının  nömrələri  çıxılır,  fərqli  olduqda  isə  toplanır.  Məntəqələr  müxtəlif 
yarımkürələrdə olduğu halda isə Qərb yarımkürəsindəki saat qurşağının nömrəsi 24-dən 
çıxılır və şərqdəki ilə toplanır. 
Hәlli:  
1. Saat qurşaqları arasındaki fərq: 9 – 3 = 6 saat 
2. B məntəqəsi A-dan şərqdə yerləşdiyinə görə B-də vaxt irəlidir: 10 + 6 = 16 saat.  
  K mәntәqәsindә saat 15:00-dır. Məntəqə V saat qurşağında yerləşir. D mәntәqәsi isə XXI 
saat qurşağındadır. Məntəqələr arasında qurşaq vaxtı fərqini və D məntəqəsində günün vaxtını tapın: 
1. Saat qurşaqları arasındakı fərq: (24 – 21) + 5 = 8. 
2. D məntəqəsi qərbdə olduğuna görə orada vaxt daha geridədir: 15 – 8 = 7 saat. 
 
Məntəqənin hansı saat qurşağında yerləşdiyini tapmaq üçün onun coğrafi uzun-
luğu 15°-yə bölünür. Əgər qalıq 7,5°-dən çox olarsa, cavabın üzərinə 1 əlavə olunur. 
Məsələn, Bakı şəhəri 50° ş.u.-da yerləşir. Bakının hansı saat qurşağında yerləşməsini 
müəyyən etmək üçün: 50° : 15° = 3. Qalıq 7,5°-dən az olduğuna görə Bakı şəhəri III 
saat qurşağındadır. 



Coğrafiya vә Riyaziyyat 
 
•  XII  saat  qurşağının  or-
tasından  keçən  180°-lik 
meridian üzrə beynəlxalq 
təqvim vaxtının dəyişil-
məsi xətti (a) keçir. 
a
LAYİHƏ


 
 
53 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Məntəqə Qərb yarımkürəsində yerləşirsə, onun coğrafi uzunluğu 15°-ə bölünür. 
Əgər qalıq 7,5°-dən çox olarsa, cavabın üzərinə 1 əlavə olunur və alınan cavab 24-dən  
çıxılır.  
Məsələn, A məntəqəsinin coğrafi koordinatları 35°
 
c.e. və  83° q.u.-dur. Məntə-
qənin hansı saat qurşağında olduğunu təyin etmək üçün 83° : 15° = 5. Qalıq 7,5°-dən 
çox (8) olduğuna görə 5 + 1 = 6. A məntəqəsi Qərb yarımkürəsində yerləşdiyinə görə 
24 – 6 = 18. A məntəqəsi XVIII saat qurşağındadır. 
 
Məsələ həllinə aid nümunə 
  T mәntәqәsindә (50° şm.e. 70 ş.u.) saat 16:00 olduğu vaxt, K mәntәqәsindә (40° şm.e 95° 
q.u.) qurşaq vaxtını təyin edin. 
Hәlli:  T məntəqəsinin yerləşdiyi saat qurşağı:  
70° : 15° = 4 (qalıq 10) 4 + 1 = 5. (V) 
K məntəqəsinin yerləşdiyi saat qurşağı: 95° : 15° = 6;   24 – 6 = 18°. (XVIII) 
Saat qurşaqları arasındakı fərq: (24 – 18) + 5 = 11. 
K məntəqəsində vaxt: 16 – 11 = 5
00
 saat. 
 
 
 
 
1. VII və XI saat qurşaqlarının orta meridianlarını təyin edin.   
2. IV və XIX saat qurşaqlarının orta meridianları arasında coğrafi uzunluq fərqini təyin 
edin.  
3. A məntəqəsi V saat qurşağının orta meridianından 5° qərbdə yerləşir. O hansı coğrafi 
uzunluqdadır?   
4. Ekvator xətti üzərində yerləşən A məntəqəsi III saat qurşağının orta meridianından 
20°  şərqdə,  B  məntəqəsi  isə  XX  saat  qurşağının  orta  meridianından  20°  qərbdə  yer-
ləşirsə, məntəqələr arasında coğrafi uzunluq fərqini tapın. 
5. Astanada (IV saat qurşağı) qurşaq vaxtı ilə saat 12:30-dur, Tokioda (IX saat qurşağı) 
saat neçədir? 
6. Nyu-York şəhəri 73° q.u.-da yerləşir. Onun hansı saat qurşağında yerləşdiyini tapın. 
7. Məntəqələrin yerləşdiyi saat qurşaqlarını təyin edin. 
 
 
8. A məntəqəsində (20° c.e 130° ş.u.) qurşaq vaxtı ilə saat 20:00 olarsa, B məntəqəsində 
(40° şm.e  53° q.u.) qurşaq vaxtını hesablayın.  
9.  Bakı şəhərində qurşaq və yerli vaxt arasında fərqi tapın.  
10. Hansı məntəqələrdə yerli və qurşaq vaxtı arasında vaxt fərqi yoxdur? 
 
 

Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə