G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə29/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

 
 
94 
 
 
Afrikanın uzunluğu və hövzəsinin sahəsinə görə fərqlənən digər çayı Nigerdir. 
Çay axını boyunca quraqlıq ərazilərdən keçir, ona görə də böyük suvarma əhəmiy-
yətinə malikdir. Bu məqsədlə bəndlər və suvarma kanalları tikilmişdir. Bu problemin 
həllində su anbarları böyük rol oynayır. 
Afrikada yerləşən göllərin əksəriyyəti materikin şərqindədir. Onlar Şərqi Afrika 
tektonik qırılma zonasında yaranan ensiz və uzun çökəkliklərdə yerləşir. Bu göllər 
dərin və dik sahillərə malikdir. Buna misal olaraq dünyada dərinliyinə görə Baykal-
dan sonra ikinci, Afrikanın isə ən dərin gölü Tanqanika (1435 m) və ondan cənubda 
yerləşən Nyasanı göstərmək olar.  
Platformanın əyilmə zonasında yaranan, Afrikanın sahəsinə görə ən böyük, lakin 
nisbətən  dayaz  (80  m-ə  qədər)  gölü  Viktoriyadır.  Buradakı  göllərin,  demək  olar, 
hamısı şirinsuludur.  
Saxaranın  cənubunda  nəhəng  hamar  çökəklikdə  Çad  gölü  yerləşir.  O,  geoloji 
keçmişdə Böyük Səhrada mövcud olmuş böyük bir gölünün qalığıdır. Gölün dərinliyi 
7 m-dir. Quraqlıq dövründə onun sahəsi 2 dəfə azalır, lakin yağışlar yağan zaman yeni-
dən artır. Afrika səhralarında yeraltı suların rolu çox böyükdür. Onlardan içməli su 
kimi və suvarma məqsədilə istifadə olunur. 
 
 
 
1. Afrikanın iri çaylarını və göllərini fiziki 
xəritədə tapın, onalrı kontur xəritədə qeyd 
edin. 
2. Aşağıda göstərilən su anbarlarını 
xəritədə tapın və cədvəldə tamamlayın: 
 
Su 
anbarları 
Hansı çayın 
üzərində 
yerləşir 
Hansı dövlətin 
(dövlətlərin) 
ərazisindədir 
Volta 
 
 
Nasir 
 
 
Viktoriya  
 
 
Kaborra 
Bassa 
 
 
Kariba 
 
 
 
 
 
 
3. Konqo çayı üzərində su anbarlarının olmamasını nə ilə əlaqələndirmək olar? 
 
4. Afrikanın fiziki xəritəsindən istifadə edin. Nil çayının səciyyəvi xüsusiyyətlərini bildirən 7 sual 
yazın. Cədvəl şəklində tərtib edərək cavab üçün sinif yoldaşlarınızla mübadilə aparın. 
Nümunə. 
Suallar 
Cavablar 
1.  ... mənbəyi haradan başlayır? 
 
2... 
 
3... 
 
4... 
 
5... 
 
6... 
 
7... 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1 
2 
3 
5 
4 
LAYİHƏ


 
 
 
95 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
A
VSTRALİYANIN DAXİLİ SULARI 
 
 
• Cәhrayı Hiller gölü – Avstraliyanın cənub sahili ya-
xınlığındakı adada yerləşir. Göl vaxtilə okeana bitişik ol-
muş, sonradan ayrılmışdır. Göldə suyun rəngi tünd-çəh-
rayıdır. Gölün suyunu stəkana tökdükdə belə onun rəngi 
dəyişmir. Suya çəhrayı rəngi oradakı bakteriya və mikros-
kopik su yosunlarının həyat fəaliyyəti nəticəsində yaranan 
maddələr verir. Əvvəllər göldən duz çıxarırdılar. Hazırda 
isə göl görməli təbiət abidəsi kimi turistləri cəlb edir. 
Müzakirә edin: 
  
 
Avstraliya iqliminin quraq olması materikdə çay və göllərin az olması ilə nəticə-
lənir.  İl ərzində bütün Avstraliya ərazisindən okeana cəmi 350 km
3
 su axır (dünya 
çaylarının ümumi axınının  1%-dən az). 
 
 
Avstraliyanın səhra və yarımsəhralarında daimi axara malik çay  yoxdur. Lakin 
orada quru çay dərələri  var. Onlar  qısamüddətli  yağışlardan sonra  su  ilə  dolurlar. 
Avstraliyada dövri olaraq su axan dərələrə “kriklәr” deyilir. Mərkəzi düzənliklərdə 
onlardan ən məşhuru Kuper-krikdir. 
Avstraliyanın ən böyük çay sistemi Murrey (Marri) – Darlinqdir. Bu çaylar Bö-
yük Suayırıcı silsilədən başlayaraq ovalıq tərəfə axır və Avstraliya körfəzinə tökülür. 
Murrey uzunluğuna görə Darlinqdən qısadır. Lakin sistemin əsas çayı Murreydir. 
Çünki Murrey Darlinqdən kifayət qədər bolsuludur.  
Murrey-Darlinq çay sisteminə daxil olan çayların qidasını Böyük Suayırıcı dağ-
larına düşən yağış və qar suları təşkil edir. Ona görə də çayların ən bol sulu vaxtı 
yazın sonunda olur. Su anbarları və bəndlər tikilənə qədər Murrey çayının daşması 
fəlakətli xarakter alırdı. Bu zaman çaylar böyük miqdarda çöküntü materialları gə-
tirirdi. Dərə boyunca toplanan materiallar tirələr şəklində uzanaraq qolların əsas çaya 
tökülməsinə  mane  olurdu.  Hazırda  Murrey  və  onun  bütün  qolları  çay  çökün-
tülərindən təmizlənmişdir. Çayların üzərində tikilən su anbarlarının sayı çoxdur.  
Qışda  Murrey  çayında    suyun  səviyyəsi  xeyli  aşağı  düşür,  lakin  bütün  il  ərzində 
fasiləsiz axın davam edir. Murrey-Darlinq çay sistemi böyük təsərrüfat əhəmiyyətinə 
malikdir.  Onların  suyundan  Murrey  düzənliyinin  münbit,  lakin  quraq  torpaqlarının 
suvarılmasında  istifadə  edilir.  Burada  taxıl,  meyvə,  üzüm,  tərəvəz  və  s.  yetişdirilir. 
60
10
30
Avstraliyada daxili suların hövzәlәr üzrә paylanması (%-lә)
Axarsız hövzə
Sakit okean hövzəsi
Hind okean hövzəsi
 
Mәtn vә şәkil üzrә iş
26 
1. Verilən məlumatlardan istifadə edərək Hiller gölünün axarlı və ya 
axarsız olduğunu müəyyən edin. 
2. Asiyada və Şimali Amerikada bu gölün oxşarı olan hansı göllər vardır? 
Hiller gölü. Avstraliya 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə