G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

 
 
 
117 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


olur. Lakin əsas odur ki, eyni landşaftın mövcud olduğu ərazi daxilində geoloji özül, 
relyef, iqlim, torpaq örtüyü, bitki və heyvanlar aləmi bir-birinə oxşar olsun. Landşaft 
daxilində  komponentlərin  yaranması  və  onların  inkişaf  tarixi,  adətən,  eyni  olur. 
Azərbaycan ərazisində bir-birindən kəskin fərqlənən landşaftlar mövcuddur. Bu, əra-
zinin relyefinın müxtəlif olması ilə əlaqədardır. İqlimin fərqliliyi bilavasitə torpaq, 
bitki və heyvanlar aləmini formalaşdırır. 
İnsanların landşaftlara təsirinə görə onlar tәbii və antropogen ola bilər.  
Tәbii landşaftlar  insan təsirinə məruz qalmadan yaranan komplekslərdir. Ha-
zırda dünyada və Azərbaycanda belə ərazilər  azdır.  
Antropogen landşaftlar – insanların yaratdığı landşaflardır: su anbarları, yaşayış 
məntəqələri, parklar və s. Belə ərazilər təbii amillərə məruz qalsa da, əvvəlki vəziy-
yətindən kəskin fərqlənir. Bəzən antropogen landşafları “mәdәni landşaftlar” adlan-
dırırlar.  Belə  landşaftlara  yeni  salınan  meşələri  və  əkin  sahələrinı  misal  gətirmək 
olar.    
 
 
 
Hər hansı ərazidə təbii və antropogen landşaftların bir-birinə olan nisbəti ərazinin 
relyef  və  iqlim  şəraitindən  asılıdır.  Məsələn,  Böyük  və  Kiçik  Qafqazın,  Talış  və 
Naxçıvanın yüksək dağlıq ərazilərində təbii landşaftlar, dağətəyi ərazilərdə isə ant-
ropogen landşaftlar üstünlük təşkil edir. Düzənlik olmasına baxmayaraq, Acınohur-
Ceyrançöl, Cənub-Şərqi Şirvan zəif, Samur-Dəvəçi, Qazax-Qarabağ, Lənkəran ova-
lıqları  isə  güclü  mənimsənilmişdir.  Bu,  düzənliklərin  iqlimi,  yeraltı  suların  səthə 
yaxınlığı ilə əlaqədardır.     
Oxşar əlamətlər landşaftları sistemləşdirməyə və  on-
ları  təsnif  etməyə  imkan  verir.  Landşaftların  təsnifatı 
sinif, yarımsinif, tip, yarımtip, növ ardıcıllığı ilə aparılır. 
Azərbaycanda  landşaftlar  iki  sinfə  –  dağ   düzәnlik 
landşaftlarına bölünür. Onları fərqləndirən əsas əlamət 
relyefidir.  Dağlıq  ərazilərdə  yaranan  landşaftlar  alçaq, 
orta və yüksək dağ landşaftları yarımsiniflərinə ayrılır. 
Daha  kiçik  landşaft  vahidləri  rütubət  və  istiliyin  nis-
bətinə,  süxurların  tərkibinə,  torpaq  və  bitki  örtüyünün 
müxtəlifliyinə  görə  landşaft  tiplərinə  və  yarımtiplərinə 
bölünür. Ən kiçik landşaft vahidi növdür. Landşaft növ-
ləri ərazidə süxurun tərkibi, torpaq-bitki örtüyünün müx-
təlifliyi və s. ilə fərqlənən sahələrdir.  
Relyef və iqlim göstəricilərinin müxtəlifliyinə görə 
landşaftlar  zonal, azonal  intrazonal qruplara  bölünür.  Eyni  iqlim  və  relyef 
Müzakirә edin: 
1. Fotoşəkillərdən hansı təbii, 
hansı isə antropogen landşafta 
aiddir? 
2. a və b landşaftlarına insanın 
təsirini müəyyən edin. 


 
Şәkil üzrә iş
• Zonal landşaft, əsasən, dü-
zənliklərdə formalaşır. Belə 
landşaftlar yerləşdiyi təbii 
zonaya və iqlim şəraitinə uyğun 
gəlir.  Məsələn, Kür-Araz  və 
Samur-Dəvəçi ovalıqlarında 
yarımsəhra və quru çöllər ya-
yılmışdır.  
 
Yarımsәhra. Kür-Araz ovalığı  
LAYİHƏ


 
 
 
118 
 
göstəricilərinin  olduğu  ərazidə  bir  landşaftın  daxilində  tamamilə  fərqli  landşaft 
yarana  bilir.  Məsələn,  Kür-Araz  və  Samur-Dəvəçi  yarımsəhraları  daxilində  daha 
kiçik əraziyə malik olan düzənlik meşə landşaftları yaranmışdır: Nabran-Yalamada, 
Şollar  meşələri,  Kür  çayı  boyunca  isə  tuqay  meşələri  və  s.  Belə  landşaftlara 
intrazonal landşaftlar  (“intra”  –  “daxili”  mənasındadır)  deyilir.  Onlar  yerli 
amillərin, xüsusən də yeraltı suların təsiri ilə formalaşmışdır.  
Zonal  landşaftlar  daxilində  azonal landşaftlar  da  ola  bilir.  Azonal landşaftları 
yaradan amil – relyefdir. Dağlıq ərazilər zonallığı pozur və azonallıq yaradır. Mə-
sələn, Böyük Qafqaz (
a
), Kiçik Qafqaz (
b
), Naxçıvanın dağlıq əraziləri (
c
), Talış 
dağları (
d
) və s. azonal landşaftlara aiddir.  
 
 
 
 
 
 
Şəkillərin uyğun gəldiyi 
landşaft tiplərini tapın:   
a) Düzənlik   
b) Dağlıq   
c) İntrazonal   
d) Azonal    
e) Zonal  
f) Antropogen   
g) Təbii 
 
 
 
Şәkil üzrә iş
Azonal landşaft tiplәrinin hündürlüyә doğru dәyişmәsi 
a
 
b
 
c
 
d
 
N-b
S
 
A-ç
S-ç
D-m
 
D-ç
Q-ç
Y
 
D-k
 
Q-d-ç
 
D-m
 
Dz-m
 
N-b
 
S
A-ç
S-ç
D-ç
Q-ç
Y
 
D-k
S
 
A-ç
S-ç
D-m
 
D-ç
Q-ç
N-b  Nival buzlaq   
– Subnival      
 
D-k – Dağ-kserofit bitkilər   
 
A-ç – Alp çəmənləri     
S-ç – Subalp çəmənləri 
D-m Dağ-meşə 
Dz-m – Düzən-meşə   
D-ç – Dağ çölləri 
 
Q-d-ç – Quru dağ çölləri 
Q-ç Quru çöllər 
 
– Yarımsəhralar 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 






LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə