G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə33/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

 
 
 
105 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
 
1. 
Xәritә-sxemdә tәsvir edilәn 
çayları müәyyәnlәşdirin. 
a) Çayların keçdiyi ölkələri 
sadalayın. 
b) Çaylardan istifadəyə dair 
nümunələr gətirin. 
 
 
2. Xәritә-sxemdә hansı kanalların tәsvir olunduğunu 
müәyyәnlәşdirin vә cәdvәli tamamlayın. 
 
 
 

Kanal
ın ad
ı 
Suvar
ılan düz
n
lik
l

1
 
2
 
3
 
4
 
3.  Şәkillәrdә tәsvir edilәn hidroloji obyektlәrin adını deyin.  
a)  Hidroloji obyektlәrin qısa coğrafi sәciyyәsini yazın. 
b)  Coğrafi obyektlәr tәsәrrüfat mәqsәdilә necә istifadә olunur? 
 
 
4. Kontur xәritәdә göstәrilәn әn iri su elektrik 
stansiyalarını sadalayın. Son illәr tikilәn, lakin 
xәritәdә  göstәrilmәyәn  SES-lәr  hansılardır? 
Fikrinizi әsaslandırın. 
 
5. Amu-dәrya vә Kolorado çaylarının üç 
oxşar vә fәrqli cәhәtlәrini ayrı-ayrılıqda ya-
zın. 
 
6. Dünyanın iqlim xәritәsinә әsasәn 10 çaya 
aid mәlumatları cәdvәlә yazın. 
Çaylar Materik 
Okeanlar 
Sakit Atlantik Hind 
Şimal Buzlu 
 
 
 
 
 
 
 
 
Ü m u m i l ә ş d i r i c i   t a p ş ı r ı q l a r
 
1
2
3


6
Dunay 
 
LAYİHƏ


 
 
 
106 
 
 
 
 
 
 
 
 
 
Ş
İMAL MATERİKLƏRİNİN  BİOEHTİYATLARI VƏ ÖLKƏLƏRİN  
İQTİSADİ İNKİŞAFINDA ONLARIN ROLU  
 
 
 
Şimal materiklərinin insan təsirinə daha çox məruz qalan təbii zonaları, əsasən, 
dəyişmişdir. Bu, əhalinin daha sıx məskunlaşdığı – Şərqi  Çin, Şərqi Avropa, Dekan, 
Mərkəzi düzənliklər və ABŞ-ın Atlantiksahili  ərazilərində müşahidə olunur. Təbii 
zonalardan  meşә, meşә-çöl vә çöllәr, codyarpaqlı  hәmişәyaşıl meşә  vә kolluqlar, 
savanna, seyrәk vә musson  meşәlәri  daha çox mənimsənilmişdir. Bu, təbii zonaların 
yerləşdiyi ərazilərdə relyefin mənimsənilmə üçün yararlı, iqliminin əlverişli olması, 
29 
Avrasiya və Şimali Amerika materiklərinin təbii zonalarını müqayisə edin. 
Müzakirә edin:  
1. Materiklərdə hansı təbii zona daha böyük sahə tutur? 
2. Şimali Amerikada hansı təbii zona meridian boyunca uzanır? 
3. Avrasiyada hansı təbii zonalar enlik boyunca tam zolaq təşkil etmir? 
4. Hansı təbii zona Avrasiyada olduğu halda, Şimali Amerikada yoxdur?  
 
Xәritә-sxem üzrә iş
Şimal materiklərinin təbii zonaları  
BİOEHTİYATLARIN 
MÜXTƏLİFLİYİ  VƏ 
ONDAN İSTİFADƏ 
LAYİHƏ


 
 
 
107 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


torpaqların münbitliyi, ərazinin bioloji ehtiyatlarının zənginliyilə əlaqədardır. Bioloji 
ehtiyat – insanların istifadə edə biləcəyi bitki və canlı aləmə deyilir.  
Bitki ehtiyatlarına oduncaq tədarük etmək üçün meşələr, biçənək və otlaqlar, 
göbələk və yosunlar və eyni zamanda, qida (qoz, fındıq və s.) və dərman (müalicə 
üçün bitki yarpaqları, kökləri və s.) məqsədilə istifadə olunan ağac və kollar daxildir. 
Avrasiyanın meşələrində bitən müalicəvi yabanı giləmeyvələr, Şimali Amerikada isə 
qayınağacından alınan şirə sənaye əhəmiyyətinə görə dünyada məşhurdur.  
 
Canlı orqanizmlərə isə xəz və ov üçün nəzərdə tutulan heyvanlar, eləcə də,  balıq 
və quşlar aiddir. Şimal materiklərinin meşələrində məskunlaşan qiymətli xəzə malik 
olan canlılar – sincab, gəlincik, su samuru, tülkü, dələ, dovşan və s. yüngül sənayedə 
mühüm xammal bazası rolunu oynayır. Meşələrdə ağac koğuşlarında olan  yabanı 
arı  balı  qiymətli  qida  məhsulu  olmaqla  yanaşı,  müalicəvi  xüsusiyyətə  malikdir. 
Bioloji ehtiyatlar tükənən, lakin bərpaolunan ehtiyat növüdür. Onlar ən qədim za-
manlardan  insanların  istifadəsindədir.  Əhalinin 
sayının artması adambaşına düşən bioloji ehtiyat-
ların  təmin  olunmasında  problemlərin  yaranma-
sına gətirib çıxarır. Lakin bioehtiyatların miqdarı-
nı artırmaq və onları bərpa etmək mümkündür.  
Çöl vә meşә çöllәr  mülayim iqlim qurşağının 
cənub  hissəsində  geniş  yer  tutan  təbii  zonadır. 
Avrasiyanın  çölləri  paralel  istiqamətində  Şərqı 
Avropa ölkələri, Rusiyanın cənubunu, Qazaxıstan, 
Monqolustan və Çinin şimalını əhatə edir. Şimali 
Amerikanın  çölləri  isə  meridian  istiqamətində 
ABŞ  və  Kanadanın  mərkəzi  hissəsində  yerləşir. 
Çöl  zonası  bitkiçilik  (xüsusilə  də  taxılçılıq)  və 
heyvandarlığın  (əsasən,  maldarlıq)  inkişafı  üçün 
geniş imkanlara malikdir.  
Codyarpaqlı  hәmişәyaşıl meşә  vә kolluqlar  – 
Cənubi Avropanın Aralıq dənizi sahilləri və Şimali 
Amerikanın subtropik iqlim qurşağında Sakit okean sahilində yayılmışdır. Bu zonanın 
iqlimi  əkinçilik,  heyvandarlıq  üçün  əlverişlidir.  İstisevən  portağal,  naringi,  limon, 
feyxoa, zeytun, üzüm və s.-nin becərilməsi üçün imkan daha böyükdür. 
 
• Rusiyada və Çində bitən “jenşen” bitkisini “hə-
yat  kökü” adlandırırlar. Bu, təkcə bitkinin xarici 
görünüşünün insan bədəninə bənzəməsi ilə əla-
qədar deyil. Jenşendən təbabətdə geniş istifadə 
olunur. 
• Portağal – Aralıq dənizi sahilində ən geniş yayılan bitkilərdən biridir. Bu 
bitki  öz  görkəmi  ilə  ətrafa  gözəllik  verir.  Cənubi  Avropa  ölkələrinin  əksə-
riyyətində  gəlinlərin  örpəyində  portağal  çiçəyinin  olması  milli  ənənələrlə 
bağlıdır. Bu bitki ABŞ-da Florida və Kaliforniya ştatlarında becərilir. 
• Şimal tülküsü – qiymətli xəzə  
malik olan, tundra və meşə-tundrada 
ən mühüm sənaye əhəmiyyətli hey-
vandır. Onları artırmaq üçün bu zo-
nada yerləşən ölkələrdə (Kanada, 
Rusiya, Norveç və s.) fermalar 
yaradılmışdır.     
 
Müzakirә edin:  
– Fermalarda xəzdərili heyvanların 
yetişdirilməsinin üstün cəhətləri nə-
dir? 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə