G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə36/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

 
 
 
114 
 
 
P
RAKTİK DƏRS.  
ANTARKTİDA – BİOLOJİ EHTİYATLARLA ZƏİF 
TƏMİN OLUNMUŞ MATERİKDİR  
 
 
 
 
 
 
Antarktidaya dair 1 dekabr 1959-cu ildə imzalanan və 23 iyun 1961-ci ildən qüv-
vəyə  minən  konvensiyaya  görə,  materik  heç  bir  dövlətə  məxsus  deyildir.  Ondan 
yalnız elmi fəaliyyət üçün üstifadə oluna bilər.   
 
TAPŞIRIQ 1. 
 
Antarktidanın coğrafi mövqeyi. Antarktida – üç yarımkürədə yerləşən, sahəsi 14 milyon 
km
2
 olan, üç okeanın suları ilə əhatələnən  cənub materikidir. Materik bütün coğrafi uzun-
luqlarda yerləşir, onun  sahilləri hər tərəfdən şimala istiqamətlənmişdir ki, bu da onun coğrafi 
mövqeyi ilə əlaqədardır.  
Xәritәyә әsasәn müәyyәn edib yazın: 
1.  Antarktida hansı okean və dənizlərlə əhatə olunmuşdur? 
2.  Antarktidanı Cənubi Amerika materikindən hansı boğaz ayırır? 
3.  Xəritədən daha hansı məlumatları almaq olar? 
4.  Antarktidanın coğrafi mövqeyinin özünəməxsusluğuna aid 2 sual yazın. 
 
TAPŞIRIQ 2.   
Antarktidanın  relyefi.  Antarktida  –  cənub  materiklərinin  əvvəllər  daxil  olduğu  Hondva-
nanın tərkib hissəsidir. Materik eyniadlı litosfer tavasında yerləşir, qərb tərəfdən And dağ-
larının davamı kimi Sakit okeanın “Odlu həlqə”sinə daxildir. Antarktidada hələ də vulkanik 
31 
• Antarktida materiki daxil 
olmaqla 48–60 ° c.en-dən 
cənubda yerləşən ərazi An-
tarktika (yunan “anti” – 
“əks” deməkdir) – yəni Yer 
kürəsinin Şimal qütbü 
ətrafının – Arktikanın əksi 
mənasındadır. 
Müzakirә edin: 
– Antarktidanın kəşfi və təbiətinə dair əlavə 
olaraq daha hansı “әn-ləri əlavə edərdiniz?    
Erebus vulkanında güclü partlayış.   
4 dekabr 2014-cü il 
Antarktida:
әn uzaqda olan; 
әn quraq; 
әn soyuq; 
әn küləkli; 
әn böyük buzlaq; 
әn az öyrənilən materikdir. 
Antarktidanın fiziki xәritәsi 
LAYİHƏ


 
 
 
115 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


proseslər (burada fəaliyyətdə olan Erebus vulkanı püskürür) davam edir. Materikin buzaltı 
relyefi (sıra dağlar, platolar, çökəkliklər və s.) mürəkkəbdir.  
1.  Antarktidanın buzaltı relyef formalarını qruplaşdırıb cədvəl şəklində yazın. 
2.  “Antarktidanın buz qatı əriyərsə, onun  relyefi necə olardı?” mövzusunda qısa məlumat verin.  
 
TAPŞIRIQ 3.   
Antarktidanın buz örtüyü. Antarktidanın mərkəzi hissəsi maksimum qalınlığı 4000 m-ə çatan 
qalın  buz  qatı  ilə  örtülüdür.  Yer  kürəsində  mövcud  olan  buz  örtüyünün  90%-i  buradadır. 
Antarktidada buz örtüyünün tarixi 14 milyon ildən artıqdır. Buz örtüyü günbəzi xatırladır. Onun 
qalınlığı Cənub qütbü ətrafında maksimuma çatır, kənarlara doğru isə nazikləşir və sahilboyunda 
nəhəng aysberqlər yaradır. Materikin buz örtüyü şirin su ehtiyatıdır, lakin bu ehtiyatlardan istifadə 
olunmur. Aysberq – suda üzən buz dağıdır. Onun 2/3 hissəsi suyun altında olur. 
 
1. Antarktida buzlaqlarını dünyanın şirin suya ehtiyacı olan ərazilərinə gətirmək üçün hansı 
layihəni verərdiniz?  
2. Antarktida buzlaqlarının əriməsi Yer kürəsində hansı problemlərin yaranmasına səbəb ola bilər? 
Mәsәlә.  
– Aysberqin sudan üstdəki hissəsi 34 m-ə bərabərdir. Onun ümumi qalınlığı nə qədərdir?   
 
TAPŞIRIQ 4.  
Antarktidanın mineral ehtiyatları. Antarktida mineral ehtiyatlarla zəngindir. Bura təkcə 
maqmatik süxurlarda rast gəlinən faydalı qazıntılarla deyil, həm də üzvi mənşəli çökmə sü-
xurlarda mövcud olan daş kömür, neft, təbii qaz ehtiyatları 
ilə də zəngindir. 
1. Antarktida qalın  buz qatı ilə  örtülü olduğu halda bu 
materikdə üzvi mənşəli faydalı qazıntıların olması nə ilə 
əlaqədar ola bilər? 
2. Antarktidanın zəngin mineral ehtiyatlarından niyə 
istifadə olunmur? Buna səbəb nədir?   
 
TAPŞIRIQ 5.  
Antarktidanın iqlimi. Antarktida materikini “Yerin soyuducusu” adlandırırlar. Burada dünyanın 
ən soyuq ərazisi yerləşir. Materikin daxili hissəsində iqlim daha sərtdir. Yayda (yanvarda) –30°C  
“Vostok” stansiyasında –89,2°C) müşahidə olunmuşdur. Yayda materikin səthi günəşdən kifayət 
qədər istilik alır, lakin qar və buz örtüyü  günəş istiliyini əks etdirərək geri qaytarır və ərazi qızmır. 
Materikin mərkəzi ilə sahilləri arasında kəskin təzyiq fərqi vardır.  Cənub qütbündən 60° c.en-ə 
doğru əsən cənub-şərq küləklərinin sürəti saniyədə 65 m-ə bərabər olur və onlar buz hissəcikləri 
ilə müşayiət edilir.  
1. Antarktida hansı iqlim qurşaqlarında yerləşir? 
2. Antarktidanın səthinə qara örtük (kömür tozu, qara qum və s.) çəkilərsə, nə baş verər? 
3. Antarktidada güclü küləklərin baş verməsi nə ilə əlaqədardır? 
 
TAPŞIRIQ 6.  
Antarktidanın üzvi alәmi. Bütün materiklər arasında üzvi aləminə görə ən kasıb materikdir. 
Sahilboyunda buz örtüyü arasında yerləşən Antarktida vahələrində mamır, şibyə və ibtidai 
yosun istisna olmaqla materikdə bitki örtüyü yoxdur. Bu ərazilərin daimi sakini pinqivin-
lərdir. Sahilboyu sularda mavi balina, kaşalot və s.-yə rast gəlinir. Bu ərazilərdə sular plank-
tonlarla zəngindir.
  
Cənub 
LAYİHƏ


 
 
 
116 
 
 
 
Müzakirә edin: 
1. 
Antarktida oazislərinin əsas əlamətləri 
nədir?
 
2.  Antarktidanın bioloji ehtiyatlarla kasıb 
olmasını təsdiq  edən 3 ifadə yazın. 
3.  Antarktidanın bioloji cəhətdən  
kasıblığının iqlim göstəriciləri ilə 
əlaqədar olduğunu izah edin.  
 
TAPŞIRIQ 7.  
Antarktidanın iqtisadi vәziyyәti. Antarktida daimi əhalisi olmayan materikdir. Burada ABŞ, 
Rusiya Federasiyası, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya,Yaponiya və digər ölkələrin 
elmi tədqiqat stansiyalarında müvəqqəti işləyən ixtisaslı kadrlar yaşayır. Son illərdə materik tu-
ristlərin diqqətini cəlb etməyə başlamışdır. Hazırda Antarktidaya ildə 6000-dən çox turist gəlir.  
– Nə üçün Antarktidada turizm və elmi-tədqiqat işləri dekabr, yanvar, fevral aylarında daha 
aktiv olur? 
 
 
 
 
 
 
A
ZƏRBAYCANIN LANDŞAFTI BİOEHTİYATLARIN MƏNBƏYİDİR 
 
 
 
Təbii  komponentlərin  qarşılıqlı  təsirindən  yaranan  eynicinsi  sahələr  təbii  ərazi 
kompleksi yaradır ki, bu, landşaft adlanır (almanca “land” – torpaq + “schaft” – 
əlaqə). Landşaftların ölçüləri (bir neçə km
2
-dən, bir neçə yüz km
2
-ə qədər) müxtəlif 
 
Şәkil üzrә iş
32 
Müzakirә edin: 
1. Təbii kompleksin komponentləri arasında hansı əlaqə müşahidə 
olunur? 
2. Komponentlərdən birinin dəyişməsi digərlərinə necə təsir edə bilər? 
a
b
• Verilən ifadələri şəkillərə uyğun olaraq qruplaşdırın:  
1. Yay aylarında havanın temperaturu + 26–28°C-yə bərabər olur.  
2. Yağıntının miqdarı mümkün buxarlanmadan daha cöxdur.  
3. Torpaqlar qeyri-münbit və açıqrənglidir.  
4. Düz  radiasiya üstündür.  
5. Qış aylarında havanın temperaturu –20°C-yə qədər düşə bilir.  
6. Əkinçiliyin inkişafı suvarma şəraitində mümkündür.  
7. Yay otlaqları kimi istifadə oluna bilər. 


 
 
  
Şәkil üzrә iş
Antarktidada oazis  
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə