G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə34/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

 
 
 
108 
 
 
 
Şimal materiklərinin musson meşәlәrinin yayıldığı şərq sahilləri əlverişli iqlim 
şəraitinə malikdir. Buranın iqlim şəraitinin əlverişliliyi əhalinin son dərəcə sıx məs-
kunlaşması və təbii kompleksin tamamilə itməsi ilə nəticələnmişdir. Hazırda musson 
meşələrinin  yayıldığı  Çin,  Yaponiya  və  bu  kimi  ölkə-
lərdə  meşələr  çay,  tərəvəz,  qarğıdalı  tarlaları  ilə  əvəz 
olunmuşdur.  Bu  ərazilər  dünyanın  ən  mühüm  çəltik 
zonalarındandır. 
Savanna   seyrәk meşәlәrdәki  qırmızı-qonur  tor-
paqlar ilboyu əkinçilikdə istifadə edilir. Burada əkinçi-
lik qış aylarında suvarma tələb edir. Şimali Amerikanın 
savannaları materikin cənubunda, nisbətən kiçik ərazini 
tutur. Avrasiyada isə Cənubi Asiya, Cənub-Şərqi Asiya 
regionunda savanna zonası geniş yayılmışdır. Buradakı 
ölkələrin əksəriyyətində əhalinin təbii artımı yüksək, iq-
tisadi inkişaf səviyyəsi nisbətən aşağıdır. Əhalinin çox 
hissəsi kənd təsərrüfatında çalışır. Onlar dünyanın mü-
hüm pambıq, qəhvə, çəltik, çay, cut ixracatçılarıdır.    
Ekvatorial meşәlәr zonası Şimali Amerikada yoxdur. Avrasiyanın cənub-şərqin-
də bu zona əhali tərəfindən mənimsənilmişdir; burada çay, çəltik, tərəvəz becərilir. 
Ərazinin xarakterik bitkisi tәbii kauçukdur (heveya).    
Şimal  materiklərinin  qütb  səhralarından  sonra  ən  az  mənimsənilən  əraziləri-
lərindən biri tropik səhralardır. Qütb səhralarının zəif mənimsənilməsinin səbəbləri  
ifrat rütubət, süxurların donmuş vəziyyətdə olması, bitkilərin becərilməsi üçün günəş 
istiliyinin çatışmazlığı sayılırsa, bu, tropik səhralarda əksinədir.  
• Çöl zonası – tamamilə mənimsənilmişdir. 
Bu  zona  mövcud  olduğu  ölkələrdə  ən  mü-
hüm  kənd  təsərrüfatı  rayonudur.  Bu,  ərazi-
lərin düzənlik relyefi, iqlimin əkinçilik üçün 
yararlı  olması  və  münbit  torpaqların  yayıl-
ması ilə əlaqədardır.  
Çöl zonasında, əsasən, taxıl bitkiləri, buğda, 
qarğıdalı,  kətan  və  s.  bitkilər  əkilir.  Günəş 
işığı  və  istiliyinə  tələbatından  asılı  olaraq 
taxılın  müxtəlif  sortları  becərilir.  Xüsusilə
Şimali Amerikada çöl zonasında yüksək me-
xanikləşdirilmiş kənd  təsərrüfatı kompleks-
ləri yaradılmışdır. ABŞ və Kanadanın dün-
yanın  ən  mühüm  taxıl  ixracatçısı  olması 
ABŞ-ın әkinçilik tәsәrrüfatı 
  
Mәtn vә şәkil üzrә iş
Müzakirә edin:  
1. ABŞ-da yazlıq taxılın şimal, payızlıq taxılın isə cənubda əkilməsi nə ilə əlaqədardır?   
2. ABŞ-da pambıq və çəltik torpaqlarının münbit çöl zonasından kənarda əkilməsinin iki səbəbini 
söyləyin.   
3. Avrasiyada çöl zonasında yerləşən və buğda ixracatçısı olan iki ölkənin adını söyləyin.  
onların ərazilərindəki çöl zonasından intensiv istifadə etmələri ilə əlaqəqardır.   
 
• Çәltikçilik çoxlu işçi 
qüvvəsi tələb edən sahədir. 
Çin, Hindistan və 
Tailandda hətta müasir 
dövrdə də çəltiyin 
becərilməsində əl əməyini 
kənd təsərrüfatı texnikası 
əvəz edə bilmir. 
 
Çәltik tarlası. Çin
– Әkin sahәlәri
LAYİHƏ


 
 
 
109 
 
•   IV  fəsil  •  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 


Bu ərazilərdə rütubət çatışmır, günəş istiliyi isə daha çoxdur. Orada yemə daha 
az tələbkar, yunluq istiqamətli qoyunçuluq və dəvəçilik inkişaf etdirilir. 
 
Dağ terraslarında әkilәn çay plantasiyaları. Bu 
ərazilərdə təbii kompleks tamamilə dəyişdirilmişdir.  
 
 
 
 
 
1. Təbii zonalar xəritəsindən istifadə edin və dəftərə yazın: 
a) Şimal Buzlu okeanından Aralıq dənizinə qədər Avropada hansı təbii zonalar yayıl-
mışdır? 
b) Şimali Amerikanın şimalından cənubuna qədər hansı təbii zonalar vardır?  
 
2.  Fiziki və təbii zonalar xəritəsindən istifadə edərək cədvəli tamamlayın: 
Avrasiya 
Şimali Amerika 
Ucqar nöqtələr 
Yerləşdiyi təbii zonalar 
Ucqar nöqtələr 
Yerləşdiyi təbii zonalar 
 
 
 
 
 
           
 
4. Mətndən istifadə edərək cədvəli tamamlayın:  
Təbii zona 
Ölkələr 
Təsərrüfatda istifadəsi 
Meşələr 
 
 
Çöllər 
 
 
Codyarpaqlı meşə və kolluqlar 
 
 
Musson meşələr 
 
 
Savannalar 
 
 
Səhralar  
 
 
Ekvatorial meşələr 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
5•  4•
3•
1•
2• 
5•
• 4 
3• 
1• 
2•
Qanq çayının vadisindә cut plantasi-
yası   cutdan hazırlanmış məhsullar.
 
3. Məntəqələrin hansı təbii zonada yerləşdiyini və  kənd 
təsərrüfatının hansı sahəsinin inkişaf etdiyini müəyyən 
edib yazın. 
LAYİHƏ


 
 
 
110 
 
 
C
ƏNUB  MATERİKLƏRİNİN BİOEHTİYATLARINDAN 
İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ 
 
 
 
 
Antarktida  istisna  olmaqla  cənub  materiklərinin  –  Cənubi  Amerika,  Afrika  və 
Avstraliyanın  ekvatora  yaxın  yerləşməsi  onların  təbii  zonalarında  öz  əksini  tapır. 
Materiklərin oxşar iqlim göstəriciləri – günəşli saatların miqdarının çoxluğu, vege-
tasiya müddətinin uzunluğu və mövsümlər üzrə dəyişməsi  bioloji ehtiyatların növ-
lərində və miqdarında, eləcə də  onların istifadəsində oxşarlıq yaratmışdır.   
Cənubi Amerika və Afrikanın ekvatorial meşələri Avrasiyanın ekvatorial meşə-
ləri ilə müqayisədə çox zəif mənimsənilmişdir. Bataqlıqların geniş yayılması, keçil-
məz meşələr, ifrat rütubətlilik, müxtəlif həşəratlar, tropik xəstəliklər bu ərazilərdə 
əhali  məskunlaşmasına  maneçilik  yaradır.  Burada  daimi  yaşayanlar  yerli  qəbilə-
lərdir.   
Rütubətli ekvatorial meşələrin təbiəti hər zaman tədqiqatçıları, oradakı təbii sər-
vətlər, qiymətli ağac növləri, müalicəvi bitkilər, ilboyu əkinçiliyə imkan verən iqlim 
şəraiti isə sahibkarları özünə cəlb edir.    
30 
Müzakirә edin: 
1. Təbii zonalardan hansılara hər üç materikdə rast gəlinir? 
2. Cənub materiklərinin hansında ekvatorial meşələrə, savanna və seyrək meşələrə, səhralara rast 
gəlinir? 
3. Cənubi Amerika və Afrikada olan hansı təbii zonalar şimal materiklərində də mövcuddur? 
4. Nə üçün Afrika və Avstraliyada səhralar geniş yer tutduğu halda, Cənubi Amerikada onların 
sahəsi çox kiçikdir? 
5. Afrika və Cənubi Amerikada hansı təbii zonalar təkrarlanır? 
  
Xәritә üzrә iş
Cənubi Amerika 
Afrika 
Avstraliya 
Cənub materiklərinin təbii zonaları 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə