G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə32/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

 
 
102 
 
 
A
ZƏRBAYCANIN SU ANBARLARI VƏ KANALLARI 
 
 
 
1. Respublikada çaylardan  müxtəlif  məqsədlərlə –  suvarma,  məişət,  sənaye  və 
balıqçılıqda istifadə olunur. Bəzi çayların üzərində SES-lər tikilmişdir. Həmçinin su 
idman yarışlarının keçirilməsi üçün müəyyən qurğular quraşdırılmışdır.
  
 
28 
• Milli Olimpiya Mərkəzinin Mingəçevirdə 
yerləşən  “Kür” idman avarçəkmə bazası 
lazımi avadanlıqlarla təchiz edilmişdir. 
İdmançıların və turistlərin Kür sahilində 
yerləşdirilməsi üçün yeni otel tikilmiş, bulvar 
yenidən təmir olunmuş, istirahət və müxtəlif 
əyləncə mərkəzləri yaradılmışdır. İdman 
bazası təkcə dünya miqyaslı yarışların 
keçirilməsi müddətində deyil, əlverişli iqlim 
şəraitinə görə bütün ilboyu idmançların 
məşqləri üçün istifadə edilir. 
Müzakirә edin: 
1. Hansı iqlim xüsusiyyətlərinə görə Kür sahilində yerləşən idman bazası ilboyu məşqlər üçün 
istifadə edilir? 
2. Su anbarı energetika və kənd təsərrüfatında hansı rolu oynayır? 
I Avropa Oyunları – Bakı–2015.  Kanoe 
üzrә yarışlar.  Mingәçevir su anbarı.
 
Respublikanın su anbarları
3
8
7
6
1
4
2
9
 
5
10
11
LAYİHƏ


 
 
 
103 
 
•   III  fəsil  •  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti  


 
 
2. Respublikada su anbarlarının əksəriyyəti suvarma işlərində istifadə olunur. Bu 
məqsədlə  su  anbarlarından  kanallar  çəkilmişdir.  Su  kanallarının  ümumi  uzunluğu 
respublika üzrə 50 min km-ə yaxındır. Suvarılan torpaqların ümumi sahəsi 1,4 mil-
yon hektardan çoxdur. 
Azәrbaycan Respublikasının iri suvarma kanalları
 
№  Kanalın adı 
Başlandığı 
su hövzəsi 
Uzunluq, km-lə 
Suvarılan sahə, 
(min hektarla) 
Suvarıldığı ərazilər 
1. 
Samur -Abşeron   
182 
92 
 
2. 
Yuxarı Qarabağ 
 
175 
85 
Mil, Qazax-
Qarabağ, 
3. 
Yuxarı Şirvan 
 
126 
127 
 
4. 
Baş Mil 
 
38 
64 
 
5. 
Baş Muğan 
 
37  
140 
  
– Azərbaycan Respublikasında iri suvarma kanallarını xəritədə tapın və cədvəli tamamlayın. 
 
3. Azərbaycan ərazisində olan çaylardakı su-elektrik stansiyalarından hazırda is-
tehsal edilən enerjinin miqdarı 2,4 milyard kV/saat-dır. Lakin bu rəqəm 16 milyard 
kVt/saat  ola bilər.  
Ölkənin ən böyük elektrik stansiyaları Kür (Şəmkir SES, Mingəçevir SES, Var-
vara  SES,  Yenikənd  SES),  Tərtər  (Sərsəng  SES)  və  Araz  (Araz  su  qovşağı)  çayı 
üzərində tikilmişdir. 
Orta ölçülü SES-lərin tikintisi də ölkənin iqtisadiyyatında mühüm  rol oynayır. 
Belə stansiyalara Ordubad SES, Taxtakörpü SES misal göstərilə bilər.  
Müzakirә edin: 
1. Cədvəldə adları qeyd olunan iri su anbarları hansı çayların üzərində yerləşir? Cədvəli  
dəftərinizdə tamamlayın. 
Su 
anbarları 









10 
11 
M
ingəçev
ir
 
Yenikənd
 
Şəmkir
 
Vəlvələ 
Araz s

qovşağı
Mil-Muğan 
Ceyranbatan
 
Sərsəng 
Arpaçay
 
Viləş 
Xanbulan-
 
çay s
ah
əs

Tutduğu 
sahə, кm
2
 
625  78 
116  22,5  145  4,5  13,9  13,85  6,30  2,50  24,6 
Hansı 
çayın 
üzərin-
dədir 
 
 
 
 
 
 
 
 
 
 
 
2. Respublikanın bütün su anbarlarının ümumi sahəsi 1070 км

təşkil edir. Su anbarlarının sahəsi
Azərbaycanın ümumi sahəsinin neçə faizini təşkil edir? 
LAYİHƏ


 
 
104 
 
SES-lərın tikintisi baha başa gəlir, bu stansiyaların işində ekoloji cəhətdən təmiz 
olan su mənbələrindən istifadə olunur. Neft-qaz ehtiyatının böyük olmasına baxma-
yaraq, son illər kiçik SES-lərin tikintisinə start verilmişdir. Bu da mazutun qənaətinə 
səbəb olmuş, sel axınlarını nəzarətdə saxlamaq və yeni suvarma sistemlərinin ya-
radılmasına gətirib çıxarmışdır. Kiçik SES-lərə nümunə kimi Balakən (“Balakən-1”), 
Göyçay (“Göyçay-1”), İsmayıllı, Oğuz və Astarada tikilən stansiyaları göstərmək olar.   
Su  anbarları  və  çaylar,  həmçinin  balıqçı-
lığın inkişaf etdirilməsində istifadə olunur. 
Balıq sənayesi heyvandarlıq sahəsinin qol-
larından  birini  təşkil  edir.  Bu  sahə  yeyinti 
sənayesinin ən mühüm sahələrindən biridir.  
Su  anbarlarında  balıqçılığın  inkişafı  əha-
linin  təzə  balıq  ətinə  tələbatını  ödəməklə 
yanaşı,  balıq  konservlərinin  hazırlanması 
üçün  xammal  ehtiyatını  yaradır.  Balıqçılı-
ğın  inkişaf  etdirilməsi  üçün,  ilk  növbədə, 
balıq fermaları yaradılır ki, bu müəssisələr-
də  kürülər  saxlanılır,  sonra  xüsusi  hovuz-
larda  yetişdilir  və  satılır.  Bu  fermalardan 
biri Qəbələ rayonundadır. Fermada alabalıq 
və digər qiymətli balıq növləri yetişdirilir.  
 
 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
İnternet mənbələrindən istifadə etməklə, aşağıdakı plan üzrə Mingəçevir su 
anbarı haqqında məlumat toplayın. 
 
 
Dәrsdәn sonra
 
1.  Üzərində su anbarı quraşdırılan çay 
2.  Su-elektrik stansiyasının tkintisinin 
başlanıldığı və işə salındığı illər 
3.  Sahə, dərinlik 
4.  Bəndin hündürlüyü 
5.  Elektrik stansiyasının gücü 
6.  Su anbarlardan çıxan kanallar 
7.  Su anbarların iqtisadi rolu 
8. 
Su anbarların tikintisi ilə bağlı 
xoşagəlməz hallar
 
Alabalıq yetişdirәn ferma. Qəbələ rayonu 
Mingəçevir SES. Su qovşağı enerji 
təchizatı, su nəqliyyatı, idman oyunları 
üçün və sel daşqınlarına qarşı kompleks 
rolunu oynayır. 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə