G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

 
 
II
 bölmə 
CƏMİYYƏT VƏ 
İQTİSADİYYAT 
2
 
V   
•  
Qədim və müasir sivilizasiyalar  

 
 
VI  
 
•  
Dünya əhalisinin müxtəlifliyi  

 
 
VII   
•  
İqtisadiyyat və onun inkişaf xüsusiyyətləri 
 
• 
 
 
 
 
LAYİHƏ


 
 
128 
 
 
 
 
 
 
 
S
İVİLİZASİYALARIN TARİXİ-COĞRAFİ İNKİŞAFI 
 
 
 
Sivilizasiya (lat. – “dövlət”, “vətəndaşlıq”) – insan cəmiyyətinin inkişaf səviyyə-
sini  göstərir.  Oxşar  dil,  din,  adət-ənənə,  əxlaqa  malik  olan  xalqlar  sivilizasiyanın 
müxtəlif mərhələsindədir. Müxtəlif xalq və ya ölkələr bu mərhələni fərqli zaman-
larda qət edir; məsələn, Qədim Misir və Şumer sivilizasiyalarının tarixi daha erkən 
dövrlərə təsadüf edirsə, Mərkəzi Afrika, Cənubi-Amerika və Cənub-Şərqi Asiyanın 
bəzi yerli qəbilələri hələ də sivilizasiya mərhələsinə qədəm qoymamışdır. Müharibə, 
epidemiya, təbii fəlakət və digər səbəblər sivilizasiyaların inkişafını ləngidə bilər.  
36 
Anlayışları cəmiyyətin tarixi inkişafına uyğun olaraq qruplaşdırın və cədvəli tamamlayın: 
dulusçuluq, odlu silah, yığıcılıq, dәmir qılınc, daş silah, maldarlıq, qәbilә, ovçuluq, 
әkinçilik, manufaktura, heyvanlara sitayiş, kağız istehsalı. 
Sivilizasiyadan qabaq 
Sivilizasiya mərhələsi 
... 
... 
... 
... 
Müzakirә edin: 
– Sivilizasiya mərhələsi cəmiyyətin inkişafında hansı dəyişikliklərə səbəb olmuşdur?  
  
Mәtn vә şәkil üzrә iş
 
 
 
 
Qəbilələr  sivilizasiyadan əvvəl 
yaranan ilk insan birlikləridir.
 
İlk dövlətlərin yaranması, sinifli cəmiyyətin 
formalaşması ilə bəşəriyyət sivilizasiya 
mərhələsinə qədəm qoydu.
 
QƏDİM VƏ MÜASİR 
SİVİLİZASİYALAR 
 
5
LAYİHƏ


 
 
129 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
Tədqiqatçılar Yer üzərində 21 fərqli sivilizasiyanın mövcud olduğunu bildirirlər. 
Hazırda isə  özünəməxsus  xüsusiyyətlərə  malik  olan  Qәrb, Şәrq, Konfutsi, Yapon, 
Hind, Slavyan-pravoslav, Latın Amerikası vә Afrika sivilizasiyaları və s. mövcuddur. 
Sivilizasiyalar əbədi deyildir. Tarixən yüksək inkişaf səviyyəsinə malik olmuş güclü 
sivilizasiya  tədricən  zəifləyib  məhv  olur,  zəif  sivilizasiyanın  yerində  isə  daha 
güclüsü yarana bilər. Məsələn, vaxtilə yüksək sivilizasiyaya malik olan qədim İraqda 
hazırda ağır həyat şəraiti hökm sürür. Orta əsrlərdə əyalət kimi tanınan Avropa isə 
müasir dövrdə yüksək Qərb sivilizasiyasının mərkəzinə çevrilmişdir.  
Müasir dövrdə dünyada ən güclü olan sivilizasiyalar Şərq və Qərb sivilizasiya-
larıdır. Qərb sivilizasiyası Qərbi Avropa, Amerika və Avstraliyada formalaşmışdır. 
Bu sivilizasiya yeniliklərə meyilliliyi, həmçinin elm  və texnikanın yüksək inkişaf 
sürəti ilə səciyyələnir. Cənub-Qərbi Asiya və Şimali Afrikada yayılan Şərq sivili-
zasiyası isə daha çox ənənələrə sadiq olması ilə səciyyələnir. 
Adətən, sivilizasiyalar müəyyən təbii landşaft – çay, dəniz, dağ, səhra və çöl da-
xilində  formalaşır.  Yarandığı  landşaftdan  kənara  keçdikdə  sivilizasiyanın  inkişafı 
zəifləyir.  Misir  sivilizasiyası  Nil  çayı  sahilində,  Finikiya  sivilizasiyası  Aralıq  də-
nizinin şərq sahilində, İnk, Astek və Mayya sivilizasiyaları And və Kordilyer dağ-
larında, Ərəb sivilizasiyası Cənub-Qərbi Asiyanın və Şimali Afrikanın səhralarında, 
Türk sivilizasiyası isə Mərkəzi Asiyanın çöl landşaftında formalaşmışdır.  
Müzakirә edin: 
1. Ən qədim sivilizasiya mərkəzləri hansı ərazilərdə yayılmışdır? 
2. Eramızdan əvvəl III minillikdə mövcud olan sivilizasiyalar hazırda hansı ölkənin ərazisindədir?  
3. Çin sivilizasiyası hansı minillikdə meydana gəlmişdir? 
Qәdim sivilizasiya mәrkәzlәri
e.ə. IV minillik
e.ə. III minillik
e.ə. II minillik
e.ə. I minillik
 
Sivilizasiyalar 
 
  
Xәritә üzrә iş
LAYİHƏ


 
 
130 
 
Yaşadıqları təbii şərait xalqların həyat tərzinə güclü təsir edir. Məsələn, ərəblərin 
geyim, qida, yaşayış şəraiti, adət-ənənələri səhra landşaftına uyğunlaşmışdır. Səh-
radan kənarda yaşayan ərəblər də yerli xalqlara uyğunlaşaraq onlar arasında “ərimiş” 
– yəni, assimilyasiyaya məruz qalmışlar.  
 
Sivilizasiyalar tarixboyu bir-birini dəyişdirmiş və yeniləşdirmişdir. Onların bir-
birinə  təsiri  müxtəlifdir.  Əgər  Böyük  Coğrafi  kəşflərdən  sonra  avropalılar  “Yeni 
dünya”ya səpələnərək Qərb mədəniyyətini yayırdılarsa, hazırda bunun əksi baş verir. 
Müxtəlif sivilizasiya areallarından – Çin, Koreya, Vyetnam, Afrika, Latın Amerika-
sı,  Yaxın  Şərq  və  digər  ölkələrdən  Avropaya  gələn  miqrantlar  öz  milli  mədəniy-
yətlərini qorumaqla yanaşı, Qərb ənənələrini qəbul edirlər. 
 
 
 
• Slavyan-pravoslav sivilizasiyası meşə 
landşaftı daxilində formalaşmışdır. Slav-
yan evi, məişət əşyaları, şifahi xalq 
ədəbiyyatı, əsasən, meşə ilə bağlı olur. 
  
• Qәrb sivilizasiyasının  formalaşmasında 
dənizlər mühüm rol oynamışdır. Məhz buna görə 
də bu sivilizasiyanın müasir sərhədləri Avro-
padan xeyli uzaqda  yerləşən Şimali Amerika, 
Avstraliya, Yeni Zelandiyanı əhatə edir.  
• 38 metr hündürlüyü, 1145 ton çəkisi olan 
İsa peyğəmbərin abidəsi Rio-de-Janeyro-
dakı dağın zirvəsindədir. Abidə Braziliya və 
Rio-de-Janeyronun simvolu hesab edilir. 
Avropalılar Cənubi Amerikanı kəşf edənə 
qədər orada yaşayanlar yerli dinlərə ina-
nırdılar. İndi isə əhalinin böyük hissəsi 
xristian katoliklərdir
.  
 
• Londondakı “Çin şəhəri”nə (China Town) 
dünyanın böyük  şəhərlərinin əksəriyyətində 
də rast gəlmək olar. Bu “şəhər”-məhəllələrdə 
çinli mühacirlər yaşayır, küçələrdə Çin mu-
siqisi eşidilir, insanlar Çin dilində danışır, 
reklamlar heroqliflərlə yazılır, pıştaxtalarda 
isə Çin malları satılır. 
Müzakirә edin:  
– Şəkillərdə hansı sivilizasiyaların bir-birinə təsiri əks olunmuşdur?  
  
Mәtn vә şәkil üzrә iş
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə