Azәrbaycan respublikasinin konstitusiyasi



Yüklə 452,15 Kb.
Pdf görüntüsü
səhifə1/19
tarix24.02.2018
ölçüsü452,15 Kb.
#27565
  1   2   3   4   5   6   7   8   9   ...   19


 

AZӘRBAYCAN RESPUBLİKASININ 

KONSTİTUSİYASI 

 

 

 

 

Azәrbaycan  xalqı  özünün  çoxәsrlik  dövlәtçilik  әnәnәlәrini  davam  etdirәrәk,  “Azәrbaycan 



Respublikasının dövlәt müstәqilliyi haqqında” Konstitusiya aktında әks olunan prinsiplәri әsas 

götürәrәk, bütün cәmiyyәtin vә hәr kәsin firavanlığının tәmin edilmәsini arzulayaraq, әdalәtin, 

azadlığın  vә  tәhlükәsizliyin  bәrqәrar  edilmәsini  istәyәrәk,  keçmiş,  indiki  vә  gәlәcәk  nәsillәr 

qarşısında öz mәsuliyyәtini anlayaraq, suveren hüququndan istifadә edәrәk, tәntәnәli surәtdә 

aşağıdakı niyyәtlәrini bәyan edir: 

- Azәrbaycan dövlәtinin müstәqilliyini, suverenliyini vә әrazi bütövlüyünü qorumaq; 

- Konstitusiya çәrçivәsindә demokratik quruluşa tәminat vermәk; 

- vәtәndaş cәmiyyәtinin bәrqәrar edilmәsinә nail olmaq; 

-  xalqın  iradәsinin  ifadәsi  kimi,  qanunların  aliliyini  tәmin  edәn  hüquqi,  dünyәvi  dövlәt 

qurmaq; 


- әdalәtli iqtisadi vә sosial qaydalara uyğun olaraq, hamının layiqli hәyat sәviyyәsini tәmin 

etmәk; 


-  ümumbәşәri  dәyәrlәrә  sadiq  olaraq,  bütün  dünya  xalqları  ilә  dostluq,  sülh  vә  әmin-

amanlıq şәraitindә yaşamaq vә bu mәqsәdlә qarşılıqlı fәaliyyәt göstәrmәk. 

Yuxarıda  sadalanan  ülvi  niyyәtlәrlә  ümumxalq  sәsvermәsi-referendum  yolu  ilә  bu 

Konstitusiya qәbul edilir. 

BİRİNCİ BÖLMӘ

 

ÜMUMİ MÜDDӘALAR

 

I   f ә s i l  



XALQ HAKİMİYYӘTİ 

M a d d ә   1 .   Hakimiyyәtin mәnbәyi



 

I. Azәrbaycan Respublikasında dövlәt hakimiyyәtinin yeganә mәnbәyi Azәrbaycan xalqıdır. 

II.  Azәrbaycan  xalqı  Azәrbaycan  Respublikası  әrazisindә  vә  ondan  kәnarda  yaşayan, 

Azәrbaycan  dövlәtinә  vә  onun  qanunlarına  tabe  sayılan  Azәrbaycan  Respublikası 

vәtәndaşlarından  ibarәtdir;  bu  isә  beynәlxalq  hüquqla  müәyyәnlәşdirilmiş  normaları  istisna 

etmir. 


M a d d ә   2 .   Xalqın suverenliyi

 

I.  Sәrbәst  vә  müstәqil  öz  müqәddәratını  hәll  etmәk  vә  öz  idarәetmә  formasını  müәyyәn 

etmәk Azәrbaycan xalqının suveren hüququdur. 



II.  Azәrbaycan  xalqı  öz  suveren  hüququnu  bilavasitә  ümumxalq  sәsvermәsi  -  referendum 

vә  ümumi,  bәrabәr  vә  birbaşa  seçki  hüququ  әsasında  sәrbәst,  gizli  vә  şәxsi  sәsvermә  yolu  ilә 

seçilmiş nümayәndәlәri vasitәsi ilә hәyata keçirir. 

M a d d ә   3 .   Ümumxalq sәsvermәsi-referendum yolu ilә hәll edilәn mәsәlәlәr



 

I. Azәrbaycan xalqı öz hüquqları vә mәnafelәri ilә bağlı olan hәr bir mәsәlәni referendumla 

hәll edә bilәr. 

II. Aşağıdakı mәsәlәlәr yalnız referendumla hәll oluna bilәr: 

1) Azәrbaycan Respublikası Konstitusiyasının qәbul edilmәsi vә ona dәyişikliklәr edilmәsi

2) Azәrbaycan Respublikasının dövlәt sәrhәdlәrinin dәyişdirilmәsi. 

III. Aşağıdakı mәsәlәlәr üzrә referendum keçirilә bilmәz: 

1) vergilәr vә dövlәt büdcәsi; 

2) amnistiya vә әfv etmә; 

3) seçilmәsi, tәyin edilmәsi vә ya tәsdiq edilmәsi müvafiq olaraq qanunvericilik vә (vә ya) 

icra  hakimiyyәti  orqanlarının  sәlahiyyәtlәrinә  aid  edilmiş  vәzifәli  şәxslәrin  seçilmәsi,  tәyin 

edilmәsi vә ya tәsdiq edilmәsi. 

M a d d ә   4 .   Xalqı tәmsil etmәk hüququ

 

Xalqın  seçdiyi  sәlahiyyәtli  nümayәndәlәrindәn  başqa  heç  kәsin  xalqı  tәmsil  etmәk,  xalqın 

adından danışmaq vә xalqın adından müraciәt etmәk hüququ yoxdur. 

M a d d ә   5 .   Xalqın vahidliyi



 

I. Azәrbaycan xalqı vahiddir. 

II.  Azәrbaycan  xalqının  vahidliyi  Azәrbaycan  dövlәtinin  tәmәlini  tәşkil  edir.  Azәrbaycan 

Respublikası bütün Azәrbaycan Respublikası vәtәndaşlarının ümumi vә bölünmәz vәtәnidir. 

M a d d ә   6 .   Hakimiyyәtin mәnimsәnilmәsinә yol verilmәmәsi

 

I. Azәrbaycan xalqının heç bir hissәsi, sosial qrup, tәşkilat vә ya heç bir şәxs hakimiyyәtin 

hәyata keçirilmәsi sәlahiyyәtini mәnimsәyә bilmәz. 

II. Hakimiyyәtin mәnimsәnilmәsi xalqa qarşı әn ağır cinayәtdir. 

I I   f ә s i l  

DÖVLӘTİN ӘSASLARI 

M a d d ә   7 .   Azәrbaycan dövlәti



 

I. Azәrbaycan dövlәti demokratik, hüquqi, dünyәvi, unitar respublikadır. 

II. Azәrbaycan Respublikasında dövlәt hakimiyyәti daxili mәsәlәlәrdә yalnız hüquqla xarici 

mәsәlәlәrdә isә yalnız Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdәn 

irәli gәlәn müddәalarla mәhdudlaşır. 



III.  Azәrbaycan  Respublikasında  dövlәt  hakimiyyәti  hakimiyyәtlәrin  bölünmәsi  prinsipi 

әsasında tәşkil edilir: 

- qanunvericilik hakimiyyәtini Azәrbaycan Respublikasının Milli Mәclisi hәyata keçirir; 

- icra hakimiyyәti Azәrbaycan Respublikasının Prezidentinә mәnsubdur; 

- mәhkәmә hakimiyyәtini Azәrbaycan Respublikasının mәhkәmәlәri hәyata keçirir. 

IV.  Bu  Konstitusiyanın  müddәalarına  әsasәn  qanunvericilik,  icra  vә  mәhkәmә 

hakimiyyәtlәri qarşılıqlı fәaliyyәt göstәrir vә öz sәlahiyyәtlәri çәrçivәsindә müstәqildirlәr. 

M a d d ә   8 .   Azәrbaycan dövlәtinin başçısı



 

I.  Azәrbaycan  dövlәtinin  başçısı  Azәrbaycan  Respublikasının  Prezidentidir.  O,  ölkәnin 

daxilindә vә xarici münasibәtlәrdә Azәrbaycan dövlәtini tәmsil edir. 

II. Azәrbaycan Respublikasının Prezidenti Azәrbaycan xalqının vahidliyini tәcәssüm etdirir 

vә Azәrbaycan dövlәtçiliyinin varisliyini tәmin edir. 

III.  Azәrbaycan  Respublikasının  Prezidenti  Azәrbaycan  dövlәtinin  müstәqilliyinin,  әrazi 

bütövlüyünün  vә  Azәrbaycan  Respublikasının  tәrәfdar  çıxdığı  beynәlxalq  müqavilәlәrә riayәt 

olunmasının tәminatçısıdır. 

IV.  Azәrbaycan  Respublikasının  Prezidenti  mәhkәmә  hakimiyyәtinin  müstәqilliyinin 

tәminatçısıdır. 

M a d d ә   9 .   Silahlı Qüvvәlәr

 

I.  Azәrbaycan  Respublikası  öz  tәhlükәsizliyini  vә  müdafiәsini  tәmin  etmәk  mәqsәdi  ilә 

Silahlı Qüvvәlәr vә başqa silahlı birlәşmәlәr yaradır. 

II.  Azәrbaycan  Respublikası  başqa  dövlәtlәrin  müstәqilliyinә  qәsd  vasitәsi  kimi  vә 

beynәlxalq münaqişәlәrin hәlli üsulu kimi müharibәni rәdd edir. 

III.  Azәrbaycan  Respublikasının  Prezidenti  Azәrbaycan  Respublikası  Silahlı  Qüvvәlәrinin 

Ali baş komandanıdır. 

M a d d ә   1 0 .   Beynәlxalq münasibәtlәrin prinsiplәri



 

Azәrbaycan  Respublikası  başqa  dövlәtlәrlә  münasibәtlәrini  hamılıqla  qәbul  edilmiş 

beynәlxalq hüquq normalarında nәzәrdә tutulan prinsiplәr әsasında qurur. 

M a d d ә   1 1 .   Әrazi



 

I. Azәrbaycan Respublikasının әrazisi vahiddir, toxunulmazdır vә bölünmәzdir. 

II.  Azәrbaycan  Respublikasının  daxili  suları,  Xәzәr  dәnizinin  (gölünün)  Azәrbaycan 

Respublikasına  mәnsub  olan  bölmәsi,  Azәrbaycan  Respublikasının  üzәrindәki  hava  mәkanı 

Azәrbaycan Respublikası әrazisinin tәrkib hissәsidir. 

III. Azәrbaycan Respublikasının әrazisi özgәninkilәşdirilә bilmәz. Azәrbaycan Respublikası 

öz әrazisinin heç bir hissәsini heç bir şәkildә kimsәyә vermir; yalnız Azәrbaycan Respublikası 

Milli  Mәclisinin  qәrarı  ilә  Azәrbaycanın  bütün  әhalisi  arasında  referendum  keçirmәk  yolu  ilә 

Azәrbaycan xalqının iradәsi әsasında dövlәt sәrhәdlәri dәyişdirilә bilәr. 



Yüklə 452,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə