G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə45/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

 
 
140 
 
 
D
EBAT DƏRS.  
AZƏRBAYCAN: AVROPA, YOXSA ASİYA?
 
 
Azərbaycan  öz  ərazisinə  görə  kiçik  bir  ölkədir.  Burada  formalaşmış  bir  mə-
dəniyyət  mövcud  olub  ki,  o  da  özünü  insanlarıın  həyat  tərzində,  məişət  və  incə-
sənətində xüsusilə qabarıq göstərir. Avropa və Asiyanın qovşağında yerləşən Azər-
baycan Respublikasında zaman-zaman Şərq və Qərb ənənələrinin vəhdəti yaranmış-
dır. Müasir dövrdə Azərbaycanın Avropa, yoxsa Asiya ölkəsi olması haqqında fərqli 
fikirlər mövcuddur. 
 
39 
– Azərbaycana aid olan şəkillərdən hansılar Şərq, hansılar isə Qərb təsirinin təzahürüdür? 
İçərişəhər qapıları
Bakı şəhər İcra Hakimiyyətinin 
binası
Təzəpir məscidi
Lüteran kilsəsi
Xalq çalğı alətləri ansamblı 
“Nəfəs alətləri” orkestri
  
Şәkil üzrә iş
 
LAYİHƏ


 
 
141 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
 
Azərbaycanın Avropa, yoxsa Asiya ölkəsi olmasına dair aşagıdakı mülahizələrlə 
tanış olun və öz mövqeyinizi müəyyənləşdirin. Əlavə dəlillər gətirərək debatda işti-
rak edin. 
 

Azәrbaycan Qәrbә üzünü tutmalıdır: 
– 
Ölkәdә әn qәdim zamanlardan qeyri-
müsәlman xalqlar rahat yaşamış, heç 
bir tәzyiqә mәruz qalmamışlar. 
 
– 
Azәrbaycanda Avropa sivilizasiyasının 
tәrkib hissәsi olan demokratiya, insan 
haqları,
 intellektual potensial, elmi-
mәdәni yenilik vә texnologiyaları, 
çox-
partiyalılıq prinsiplәri mәnimsәnil-
mişdir. 
 
– 
Azәrbaycan dövlәti vә cәmiyyәti 
Qәrb 
dünyasına daha yaxındır. Müasir 
azәrbaycanlılar dünyagörüşünә görә 
Avropaya meyillidirlәr.  
 
II 
Azәrbaycan  Şәrq dövlәtidir: 
– 
Coğrafi mövqeyinә görә Şәrqin mәrkәz bölgәsi 
olan Azәrbaycan, islam ölkәlәri ilә  dini vә 
mәdәni birliyә malikdir. O, islam 
sivilizasiyasının bir parçasıdır.
 
–  Azәrbaycan şәrq dövlәti olmaqla möhkәm ailә 
strukturlarını saxlamaq imkanına malikdir, bu 
isә sosial problemlәrin qarşısını almağa imkan 
verir.  
–  Azәrbaycanın Şәrqә üzünü tutması qәdim tarixi 
köklәrә malik olan ölkәlәr ilә mәdәni, iqtisadi 
әlaqәlәrin güclәnmәsinә imkan verә bilәr.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mәtn üzrә iş
 
Debat
 
1. Siz Azərbaycanın gələcəyi üçün  ən mütərəqqi 
inkişaf yolunu necə təsəvvür edirsiniz? 
?
LAYİHƏ


 
 
142 
 
 
T
ARİXİ-COĞRAFİ  REGİONLARIN MÜASİR VƏZİYYƏTİ
 
 
Aralıq dәnizi  və  ya  Mediterrana  3  qitəni  əhatə  edən    tarixi  regiondur.  Sahəsi               
4 mln. km
2
-ə qədər olan bu ərazi oxşar coğrafi xüsusiyyətlərə malikdir. Dənizsahili 
ərazilərdə isti və quru yay, mülayim və rütubətli qış müşahidə olunur. 
 
 
 
 
 
40 
• Bizim eraya qədər Aralıq dənizinin sahilləri qədim 
məskunlaşma mərkəzlərindən biri olmuşdur. Re-
gion daxilində ərazilərin iqtisadi inkişaf səviyyəsi 
təqribən eyni idi. 
• XX əsrədək müxtəlif tarixi vaxtlarda bu region 
imperiyalar arasında hərb meydanına çevrilmiş-
dir. Regionda Qədim Roma, Bizans, Ərəb, Os-
manlı imperiyalarının mədəniyyət izləri hələ də 
qalmaqdadır.  Sonradan müxtəlif dinlərin yayıl-
ması regionda yaşayan əhalinin həyat tərzində 
kəskin fərqlərin yaranmasına səbəb oldu. 
Müzakirә edin:  
– Tarixən eyni inkişaf səviyyəsinə malik olan Aralıq dənizi regionunun inkişafında kəskin 
fərqlərin yaranmasına səbəb nədir? 
• Aralıq dənizi sahili regionları əvvəllər olduğu ki-
mi, müasir dövrdə də əhalinin ən sıx məskunlaş-
dığı regionlardan biridir. Lakin eyni tarixi köklərə
malik olan bu region ölkələri müasir dövrdə iqti-
sadi, sosial, etnik, mədəni, iqtisadi, dil, din fərq-
lərinə görə kəskin seçilir. 
  
Mәtn vә şәkil üzrә iş
LAYİHƏ


 
 
143 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


Aralıq dənizi ən qədim dövrlərdən gəmiçiliyin inkişafı ilə seçilmişdir. Uzun müd-
dət  regionun  hər  tərəfində  inkişaf  səviyyəsi  təqribən  eyni  olmuşdur.  Regiondakı 
tikililər  memarlıq  baxımından  oxşar  olmuşdur.  Ticarət  əlaqələri  regionun  hər  tə-
rəfində  güclü  satış  bazarlarının  yaranmasına,  istehsal  alətlərinin,  kənd  təsərrüfatı 
məhsullarının mübadilə edilməsinə  şərait yaratmışdır.  
Baş verən hakimiyyət dəyişiklikləri, irimiqyaslı müharibələr, yaranan dini fərqlər 
regionun  inkişafının  zəifləməsinə,  yəni  ölkələrin  tәnәzzülә  uğramasına  səbəb  ol-
muşdur. Hazırda Aralıq dənizi sahilində iqtisadi-siyasi, sosial fərqlərinə görə – Cә-
nubi Avropa, Cәnub-Şәrqi Avropa, Cәnub-Qәrbi Asiya  Şimali Afrika olmaqla 4 
region mövcuddur.   
  
 
 
Cәnubi Avropa ölkәlәri  –  İtaliya,  İspaniya,  Yunansıtan,  Monako,  San-Marino 
iqtisadi inkişaf səviyyəsinə görə regionun ən qabaqcıl ölkələridir. Mineral ehtiyat-
larla zəif təmin olunmasına baxmayaraq, bu regionda sənayenin müxtəlif sahələri, 
xüsusilə də avtomobilqayırma, cihazqayırma, yüngül və yeyinti sənayesi güclü inki-
şaf etmişdir. Şərabçılıq bu ölkələrin ənənəvi sahələrindən biridir. Əkinçilik, xüsusilə 
də  sitrus  meyvəçiliyi,  zeytun  və  üzümçülük  geniş  yayılmışdır.  Ölkələr  turizmdən 
xeyli miqdarda gəlir əldə edir.   
Şimali Afrika ölkәlәri – Əlcəzair, Misir, Liviya və Tunis əhalinin həyat səviyyə-
sinə görə aşağı – yəni, geridә qalmış ölkələrdir. Lakin bu ölkələr iqtisadiyyatın inki-
şafına görə Afrikanın digər ölkələrindən daha irəlidədir. Bu onların Avropa regionu-
na yaxınlığı ilə izah olunur.    
Şimali Afrika ölkələri zəngin neft-qaz ehtiyatlarına malik olub dünya bazarına 
xammal ixrac edir. İqlimin quraq olması əkinçiliyə mane olur; bu regionda heyvan-
darlıq (qoyunçuluq, dəvəçilik) inkişaf etmişdir. 
 
Leptis-Maqna şәhәrinin qalıqları. Liviya. 
Qәdim Romanın memarlıq abidәlәri.  İtaliya.
 
Müxtəlif regionlarda yerləşən tarixi memarlıq abidələrinin qalıqları onların çox oxşar olduğunu əks 
etdirir.   
Müzakirә edin:  
1. Liviya və İtaliyada oxşar memarlıq abidələrinin olmasının hansı tarixi əsası ola bilər? 
2. İtaliyadakı abidələrə ildə yüz minlərlə turist axını olduğu halda, nə üçün Liviyada hazırda bu 
abidələr baxımsızlıqdan məhv olur? 
 
Şәkil üzrә iş
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə