G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə47/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   62

 
 
148 
 
XX əsrin sonunda inkişaf etməkdə olan ölkələrdən bəziləri iqtisadiyyatlarında  
yeni  modellər  tətbiq  edərək  dünyanın  yeni  iqtisadi  güc  mərkəzlərinə  çevrildi. 
Bunlardan ən mühümü Çin Xalq Respublikasıdır. Çin özünəməxsus iqtisadi model 
yaratmışdır. Ölkədəki əksər müəssisələrə dövlət nəzarət edir. 2014-cü ildə dünyada 
istehsal olunan məhsul və göstərilən xidmətlərin həcminə görə Çin 6-cı yeri tutur. 
Müasir  dövrdə  Çini  “Dünya emalatxanası”  adlandırırlar.  Dünyanın  tanınmış 
şirkətləri Çin iqtisadiyyatına böyük həcmdə sərmayə qoyur. Onlar öz müəssisələrini 
burada yerləşdirməkdə maraqlıdırlar. Buna səbəb ölkədəki zәngin xammal və kifayət 
qədər  ucuz işçi qüvvәsidir.  Bu  amillər  Çin  məhsullarının  istehsal  və  daşınma 
xərclərinin xeyli aşağı olmasına imkan verir. Məhsulların ucuz olmasının digər sə-
bəbi isə işçilərin әmәkhaqqının – yəni onların gördükləri işin müqabilində ödənilən 
xərclərin az olmasıdır.  
Hazırda iqtisadçılar əhalinin milli gəlirlərinə və iqtisadiyyatın müxtəlif sahələri-
nin inkişafına görə ilk 20 sırada olan ölkələri dünyanın “güc mərkəzləri” (“G–20”) 
hesab edir. Avstraliya, Braziliya, CAR, Argentina kimi ölkələrin güc mərkəzlərinə 
çevrilməsi  onların  zəngin  xammal  ixracatçısı  olması,  dəniz  nəqliyyatının  məhsul 
mübadiləsində fəal iştirak etməsi, kənd təsərrüfatının intensivləşdirilməsi ilə əlaqə-
dardır.  
 
  
1.  Xəritə-sxemdən istifadə edərək “G–20”-yə daxil olan ölkələrin adını yazın. 
(Qeyd. Xəritə-sxemdə 6 rəqəmi Avropa Şurasına daxil olan ölkələri bildirir) 
 
2. Çin Xalq Respublikasında gəlirlərin kəskin şəkildə artması nə ilə əlaqədardır? 
ÇXR və Rusiya Federasiyasında gəlirlərin dəyişməsi. 
 
 
3. Cədvəldəki rəqəmlər əsasında diaqram qurun və təhlil edin. 
İqtisadi güc  mərkəzləri 
Adambaşına düşən gəlir  (ABŞ dolları ilə) 
ABŞ 
22 049 
Avropa Birliyi 
15 497 
Yaponiya 
25 469 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
ABŞ dolları ilə, trln.    Rusiya       Çin 
ABŞ 
Avropa Birliyi 
Yaponiya 
LAYİHƏ


 
 
149 
 
•   V  fəsil  •  
Qədim və müasir sivilizasiyalar


 
Y
ER KÜRƏSİNİN MƏNİMSƏNİLMƏSİ 
 
 
 
Əhalinin  sayının  artması,  insanların  əlverişli  təbii  şəraitə  malik  olan  sürətlə 
mənimsənilmiş, yəni əhalisinin sıxlığı yüksək olan ərazilərdən kənarlara köçməsinə 
səbəb  olur.  Belə  ərazilərdə  mövcud  olan  yeraltı  sərvətlər  tükənmək  üzrə  olur. 
Torpaqlardan  fasiləsiz  istifadə  onun  məhsuldarlığının  azalmasına  gətirib  çıxarır. 
Antropogen  təsir  nəticəsində  ərazinin  tәbii vәziyyәti  pozulur.  Belə  olan  halda  in-
sanlar  yaşayış  üçün  daha  az  əlverişli  olan  yeni mәnimsәnilәn  ərazilərə  köçmək 
məcburiyyətində qalırlar.  
Bu əraziləri mənimsəmək üçün elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbi-
qi tələb olunur. Nəticədə faydalı qazıntıların çıxarılması, yeni müəssisələrin tikilmə-
si, yol və magistralların çəkilməsi daha çox xərc tələb edir və son məhsulun maya 
dəyəri  yüksək olur.   
 
42 
Әhalinin mәskunlaşması 
Xəritə-sxemə əsasən əhalinin məskunlaşma səviyyəsini müəyyən edin və cədvəli tamamlayın. 
№ 
Adı 
Əhalinin sıxlığı (seyrək/sıx) 
Səbəbi 

Böyük Çin düzənliyi 
 
 
… 
... 
 
 
 
 
Xәritә üzrә iş
Əhalinin 
sıxlığı  
(nəfər/km
2

10









Müzakirә edin:
 
– Əhalinin məskunlaşmasına təsir edən əsas səbəblər hansılardır?
 
<2 
2–10 
11–100
 
>100
 
LAYİHƏ


 
 
150 
 
 
 
Yüksәk daglıq әrazilәr  And, Kordilyer, Himalay, Alp, Pamir, Tyan-Şan, Qafqaz 
dağları  zəngin  mineral  ehtiyatlara,  müalicəvi  sulara,  dağ  meşələrinə,  rekreasiya 
ehtiyatlarına malikdir. Lakin ağır texnikanın yüksək dağlıqlara daşınması, çıxarılan 
faydalı qazıntı süxurlarının saflaşdırılması və emal müəssisələrinə çatdırmaq üçün 
nəqliyyat yolları, xüsusilə dəmir yolu xətti  tələb olunur. Meyilliyi 12–15°-dən çox 
olan ərazilərdə isə vaqonların hərəkəti mümkün deyil.  
Yamacların  meyilliliyinin  20–25°  olduğu  ərazilərdə  əkinçilik  fəaliyyəti  üçün 
yamaclarda terraslaşdırma işləri aparılır. Belə ərazilər həm də heyvandarlıq üçün  
yay otlaqları kimi istifadə oluna bilər.  
Sәhra vә yarımsәhralar  –  vegetasiya  müddətində  daha  çox  günəş  istiliyi  tələb 
edən qiymətli bitkilərin – pambıq, qəhvə, kakao, çəltik, şəkər qamışı və s.-nin becə-
rilməsi  üçün  imkan  vardır.  Lakin su  çatışmazlığı  bu  ərazilərin  mənimsənilməsinə 
mane  olur.  Məsələn,  pambığın  becərilməsi  üçün  tələb  olunan  temperatur  şəraiti 
+25...+30°C  olsa  da,  vegetasiya  müddətində  hər  hektara  6000–8000  m
3
  su  tələb 
olunması bu bitkinin yetişdirilməsində problemlər yaradır. Hazırda səhralarda vahə-
şəhərlər  yaradılır,  qumlu  səhralar  əkinçilik  üçün  yararlı  hala  gətirilir,  avtomobil 
yolları çəkilir. Səhrada daim mövcud olan küləklər də  güclü enerji mənbəyidir.   
Rütubәtli hәmişәyaşıl ekvatorial meşә vә cәngәlliklәr – Cənubi Amerika, Mərkəzi 
Afrika və Cənub-Şərqi Asiyada yağıntıların həddən çox olması ərazinin bataqlaşmasına 
səbəb olmuşdur. Bu ərazilərdə keçilməz meşə landşaftı mövcuddur. Zəngin bioloji eh-
tiyatları və yeraltı sərvətləri mənimsəmək üçün ərazilərdə qurutma işləri aparılır. 
Çoxillik  әbәdi buzlaq vә donuşluq zonası  –  ABŞ,  Kanada,  Rusiya  və  Norveçin 
Şimal qütbünə yaxın əraziləri mis, qızıl, almaz, neft, torf ehtiyatları ilə zəngindir. La-
kin donmuş bərk süxur qatı qazıntı işlərini aparmağa mane olur. Qısa yay müddətində 
donuşluğun üst qatı buzdan azad olur, bu yerlər göl bataqlıqlarına çevrilir. Vəziyyət 
  
Xәritә üzrә iş
Müzakirә edin:
– Göstərilən 
məntəqələrdə 
əraziləri 
mənimsəmək üçün 
hansı təklifləri 
verərdiniz?
 
Xəritə-sxemdəki rəqəmləri dəftərinizdə çəkdiyiniz cədvəldə qeyd olunmuş ərazilərə müvafiq xana-
lara yazın.
 
Yüksək  dağlıqlar 
Səhra və yarımsəhralar 
Ekvatorial meşələr 
Çoxillik donuşluq zonası  
 
 
 
 
• 4
• 2
• 1
 
• 8
• 9
• 7
• 5
 
• 6
• 10
• 3
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə