GeçMİŞİ, bugüNÜ ve geleceğİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə29/368
tarix11.04.2018
ölçüsü8,38 Mb.
#37823
1   ...   25   26   27   28   29   30   31   32   ...   368

Azərbaycan Mühacirət Ədəbiyyatında "Qurban Səid" Gizlinləri 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  

“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

və müəllifi barədə geniş müzakirəyə ehtiyac görmürdü. Bir arxiv işçisinin (o 



zaman  mən  AMEA-nın  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  

aspiranturasında  oxuyurdum)  isə  plan  işi  olan  bu  mövzunu  tədqiq  etməyə 

icazə verilmirdi; verilsə belə mənim bu problemə baş vurmağım son dərəcə 

çətin  idi.  Nədən  ki,  problem  haqqında  əlimizdə  nə  geniş  material,  nə  də 

doğru-dürüst  informasiyalar  vardı.  Buna  baxmayaraq  mən  arxivi  işlədikcə 

A.Zamanova  alman  şərqşünası,  tərcüməçi  Əhməd  Şmidedən  gələn  məktub 

və  şəkillərlə  tanış  oldum. A.Zamanov  romanla  S.Yazıçıoğlunun  türk  dilinə 

tərcüməsində tanış olduqdan sonra Almaniyadan Ə.Şmideyə müraciət etmiş 

və  bu  əsərin  müəllifliyi  haqqında  ondan  məlumat  almaq  istəmişdi,  o  isə 

araşdırma  apararaq  A.Zamanova  cavab  ünvanlamışdı.  Sonralar 

Y.V.Çəmənzəninlinin  oğlu  Orxan  Vəzirovun  bu  sətirlərin  müəllifinə 

bildirdiyinə  görə  romanın  müəllifi  məsələsini  "dolaşdıran  lap  əvvəldən 

A.Zamanov"  olmuşdur.  Görünür,  bunu  deyərkən  O.Vəzirov  A.Zamanovun 

Ə.Şmide ilə yazışmalarını nəzərdə tutmuşdu. Ancaq A.Zamanov nə etsin ki, 

həqiqəti öyrənmək cəhdi o zaman Y.V.Çəmənzəminlinin xeyrinə olmamışdı 

(bu  yazışmalar  1974-cü ildə  getmişdir).  Əslində  romanın  müəllifi  ilə  bağlı 

suallar  əsərin  dərc  olunmasından  33  il  sonra  verilməyə  başladı;  Berlində 

rəssamlıq edən Jenia Qraman üstünü  toz basmış və çoxdan unudulmuş əsəri 

təsadüfən  tapıb  almancadan  ingiliscəyə  çevirdikdən  sonra  müəllif  məsələsi 

aktuallaşır.  Türk  yazarı  Semih  Yazıçıoğlunun  əsərin  türk  dilinə  nəşrinə 

yazdığı  “Ön  söz”dən  sonra  romanın  bədii  dəyərindən  daha  çox  müəllif 

məsələsi ilə bağlı tədqiqatlar start götürür (1971). 

   

 Ə.Şmide  S.Yazıçıoğlunun  əsəri  türk  dilinə  çevirisi  ilə  tanış 



olduqdan  sonra  M.Əsəd  bəyin  tərcümeyi-halı  ilə  bağlı  bəzi  məlumatlar 

vermiş,  onun  özünün  və  qəbrinin  bir  neçə  şəklini  də  göndərmişdi. 

Məktublarının birində “Bi r isnadın aqibəti” adlı məqaləsini də əlavə etmişdi. 

Məqaləsinə  bir  türk  atasözü (“Yalançının  mumu  yatsıya  kadar  yanar”)  ilə 

başlayan  müəllif  S.Yazıçıoğlunun  isnadının  iki  qurbanı  (L.Nissimbaum 

(M.Əsəd bəy) və Y.V.Çəmənzəminli) olduğunu bildirir və bir qədər də əsəbi 

şəkildə məsələyə münasibətini bildirərək yazırdı: “19 71 yılında “Hürriyyət” 

yayınları meyanında Qurban Səid deyə bir kimsənin adı altında çıxan “Əli və 

Nino” adlı bir roman diqqətimi çəkdi. Kitabın ön sözündə, bu Qurban Səid 

adının təxəllüs olduğu açıqlanaraq, romanın əsl müəllifinin azərbaycanlı ədib 

Yusif  Vəzir  Çəmənzəminli  olduğu  iddia  edilirdi.  Akabində  eyni  əsərin 

almanca olaraq “Ştern” məcmuəsində tefriqə şəklində yayımlandığını, daha 

sonra 1973-cü ildə kapışılan bir kitab halında görüncə, etiraf etməliyəm ki, 

Azəri  ədəbiyyatının  heyranı  olaraq  bir  azərbaycanlı  yazarın  Qərbdəki  bu 

Sayfa 56 / 847



Bədirxan ƏHMƏDOV

 

U L U S L A R A R A S I   S E M P O Z Y U M  



“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞI” 

(Dil, Folklor, Edebiyat, Sanat, Tarih) 

 

uğuru –kitabın mündəricatı nə olursa olsun-mənə çox cəzbedici gəldi. Çünki 



bu roman eyni zamanda digər bəzi Qərb ölkələrində, bu meyanda İngiltərə 

və  Birləşmiş  Amerikada  da  böyük  tirajlarla  piyasaya  çıxmış  və  bestseller 

olmuşdu”.

17

 



   

Ə.Şmide  S.Yazıçıoğlunun  əsər,  onun  dili  və  müəllifi  ilə  bağlı 

fikirlərinə  istinad  edərək  heç  cür  onunla  razılaşa  bilmir.  Birincisi, 

tərcüməçinin  əsərin  dili  ilə  bağlı  mülahizələri  faktlarla  təsdiq  olunmur, 

yalnız  mülahizə  şəklində  səslənir.  İkincisi,  Y.V.Çəmənzəminlinin  əsərin 

müəllifi  olaraq  verilməsi  Amerikada  yaşayan  Mustafa  Türkəqul  və  Yusif 

Qəhrəmana istinad edilməsi Ə.Şmideyə inandırıcı görünməmişdi. O, əsərin 

yazıldığı  dil  və  müəllifi  haqqında  yazır:  “Yuxarıda  gördüyümüz  kimi,  “Əli 

və Nino” adlı romanın Almancaya  və ya digər bəzi kimsələrin iddia etdiyi 

kimi  ruscadan  almancaya  çevrilmiş  olduğu  irəli  sürülməkdədir.  Türkcə 

nəşrini  oxuduqdan  sonra  almancanı  ələ  aldım.  Özüm  tərcüməçi,  ana  dilim 

almancadır. Almanca mətnin tərcümə deyil, bilavasitə telif olduğu mənə gün 

qədər  aydın  oldu.  Və  üslubunun  mənə  yabançı  olmadığını  hiss  edər  kimi 

oldum. Buna rağmən, əsər yenə Yusif Vəzirin ola bilirdi. Onu həqiqətən bir 

alman dostunun köməyi ilə niyə yazmış olmasın da? Digər tərəfdən Türkəqul 

bir  azəri  orijinalının  mütləq  mövcud  olması  gərəkdiyindən  danışırdı. Yaxşı 

bu  orijinal  haradadır?  Münxendə  kain alman  nəşriyyat  evi  ilə  təmas  qurub 

orijinal  müsveddenin  aqibəti  haqqında  bir  şeylər  bilinib  bilinmədiyini 

sordum.  Oradakı  ilgili  şəxs  mənə  Türkəqul  və  Qəhrəman  adlı 

azərbaycanlıların  iddialarından  xəbərdar  olduğunu,  eyni  zamanda  bir  çox 

kimsələr tərəfindən romanın Lev Nissimbaum isimli, babası musəvi, anası da 

bir azəri müslüman qadını olan, Bakıda doğulmuş vefakat Oktyabr inqilabı 

zamanında Avropaya qaçmış və buralarda Əsəd bəy təxəllüsü altında bir sıra 

kitab müəllifi olan biri tərəfindən yazıldığına inanıldığını söylədi”.

18

 

    



Bundan  sonra  problemlə  yaxından  maraqlanan  Ə.Şmide 

Yuqoslaviyalı  türkoloq  Dr.  Smail  Baliçin  “Der   islam  in  Selbstzeugnissen” 

adlı müxtəsər biblioqrafiyası  ilə tanış olur və orada Əsəd bəyin adı çəkildiyi 

üçün müəllifə məktub yazır. S.Baliç cavabında yazır:”Qurban Səid” Barones 

Elfride  Erenfels  von  Bodmershof  ile  Leo  Nissembaumun  müştərək 

təxəllüsüdür”.

19

 

    



Baliç Erenfels deyincə Ə.Şmidenin ilk ağlına gələn Prof. Ömər von 

Ehrenfels olur və onun yardımı ilə boşanmış zövcəsi Elfriede Ehrenfelse bu 

                                           

17

 AMDƏİ arxivi, F. 526, s. 3, iş. 254, s.2 



18

 Yenə orada, s.5 

19

 Yenə orada, s.6 



Sayfa 57 / 847


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   368




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə