Maddə 90. Azərbaycan Respublikası Milli Məc
lisinin deputatlarının toxunulmazlığı
I.
Səlahiyyət
müddəti
ərzində
Azərbaycan
Respublikası
Milli
Məclisi
deputatının
şəxsiyyəti
toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin
deputatı səlahiyyət müddəti ərzində cinayət başında
yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə
bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında
inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz
qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan
Respublikası Milli Məclisinin deputatı cinayət başında
yaxalanarsa tutula bilər. Belə olduqda Azərbaycan
Respublikası Milli Məclisinin deputatım tutan orqan bu barədə
dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər
verməlidir.
II.
Azərbaycan
Respublikası
Milli
Məclisinin
deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası
Baş
prokurorunun
təqdimatına
əsasən
Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.
Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi
deputatının məsuliyyətə cəlb olunmasına qoyulan
qadağanlar
Azərbaycan Respublikası Milli Məclisinin deputatları
Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə,
sesverməyə və söylədiyi fikrə görə məsulİ
5
^ətə cəlb oluna
bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar
izahat, ifadə tələb edilə bilməz.
3 4 2
-
Maddo 92. Azərbaycan Respublikası Milli
Məclisinin işinin təşkili
Azərbaycan Respublikası Milli Məclisi öz iş qaydasını
müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o
cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və
komissiyalar təşkil edir, hesablama palatası yaradır.
Maddə 93.
Məclisinin aktları
Azərbaycan Respublikası Milli
I.
Azərbaycan Respublikasının Milli Məclisi öz
səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları,
qanunlar və qərarlar qəbul edir.
II.
Azərbaycan Respublikasının Milli Məclisində
Konstitusiya qanunları, qanunlar və qərarlar, bu Konstitusiya
ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.
III.
Azərbaycan Respublikası Milli Məclisinin
deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.
IV.
Qanunlarda və Azərbaycan Respublikası Milli
Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə
orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
Maddə 94. Azərbaycan Respublikası
Məclisinin müəyyən etdiyi ümumi qaydalar
Milli
L Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı
məsələlərə dair ümumi qaydalar müəyyən edir:
3 4 3 -
1)
bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş
hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və
azadlıqların dövlət təminatı;
2)
Azərbaycan Respublikası Prezidentinin seçkiləri;
3)
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər və
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
statusu;
4)
referendum;
5)
məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq;
vəkillik və notariat;
6)
məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;
7)
bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;
8)
fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;
9)
dövlət təltifləri;
10)
fiziki və hüquqi şəxslərin statusu;
11)
mülki hüquq obyektləri;
12)
əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;
13)
mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və
bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət
hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;
14)
ailə münasibətləri, o cümlədən himayəçilik və
qəyyumluq;
15)
maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və
ödənişlər; gömrük işi;
16)
əmək münasibətləri və sosial təminat;
17)
cinayətlərin və başqa hüquq pozuntularının müəyyən
edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin
edilməsi;
18)
müdafiə və hərbi qulluq;
19)
dövlət qulluğu;
20)
təhlükəsizliyin əsasları;
- 3 4 4 -
21)
orazi qumluşu; dövlət sərhədi rejimi;
22)
beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
23)
rabitə və nəqliyyat işi;
24)
statistika, metrologiya və standartlar;
25)
gömrük işi;
26)
ticarət işi və birja fəaliyyəti;
27)
bank işi, mühasibat, sığorta.
n. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən
məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə
dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.
III.
Bu maddənin birinci hissəsinə Konstitusiya
qanunu ilə əlavələr edilə bilər.
Maddə 95. Azərbaycan Respublikası Milli
Məclisinin həll etdiyi məsələlər
I.
Azərbaycan
Respublikası
Milli
Məclisinin
səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:
1)
Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;
2)
Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə
Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin
təsis edilməsi;
3)
inzibati ərazi bölgüsü;
4)
dövlətlərarası
və
Azərbaycan
Respublikasının
qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası
müqavilələrin təsdiq və ləğv edilməsi;
5)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq
edilməsi və onun icrasına nəzarət;
-345
Dostları ilə paylaş: |