Maddə 97. Qanunların imzalanmaq üçün təqdim
olunması müddəti
I,
Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində
Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün
təqdim edilir.
II.
Təcili elan olunan qanun layihəsi Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi
gündən 24 saat ərzində təqdim edilir.
Maddə 98. Azərbaycan Respublikası Milli
Məclisinin aktlarının qüvvəyə minməsi
Qanunun
və Azərbaycan Respublikası Milli
Məclisinin qərarının özündə başqa qayda nəzərdə
tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə
minir.
VI
fəsil. İCRA HAKİMİYYƏTİ
Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət
Azərbaycan Respublikasında icra hakimiyyəti
Azərbaycan Respublikası Prezidentinə mənsubdur.
Maddə
100.
Azərbaycan
Respublikasının
Prezidentliyinə namizədlərə aid tələblər
Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan
Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan,
seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır
cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında
öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı ol
- 3 4 9 -
mayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan
Respublikasının Prezidenti seçilə bilər.
Maddə 101. Azərbaycan Respublikası Prezidenti
seçkilərinin əsasları
I.
Azərbaycan Respublikasının Prezidenti ümumi,
bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və
gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
II.
Azərbaycan
Respublikasının
Prezidenti
səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu
ilə seçilir.
III.
Bu səs çoxluğu səsvermənin birinci dövrəsində
toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü
səsvermənin ikinci dövrəsi keçirilir, İkinci dövrədə ancaq
birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox
səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən
sonra gələn iki namizəd iştirak edir.
IV.
Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu
toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti
seçilmiş sayılır.
V.
Müharibə
şəraitində
hərbi
əməliyyatların
aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin
keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası
Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonu-
nadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun)
keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən qəbul edilir.
VI.
Bu maddənin tətbiqi qaydası qanunla müəyyən
edilir.
- 3 5 0 -
Maddə 102. Azərbaycan Respublikası Prezidenti
seçkilərinin yekunları
Azərbaycan Respublikası Prezidenti seçkilərinin
yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün
ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
rəsmən elan edir.
Maddə
103.
Azərbaycan
Respublikasının
Prezidenti seçilmiş şəxsin andı
I.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş
şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin
yekunları haqqında məlumatın elan olunduğu gündən
başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi
hakimlərinin iştirakı ilə belə bir and içir: «Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən
Azərbaycan
Respublikasının
Konstitusiyasına
əməl
edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü
qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm».
II.
And içdiyi gündən Azərbaycan Respublikasının
Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Maddə
104.
Azərbaycan
Respublikası
Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi
I. Azərbaycan Respublikasının Prezidenti istefa
verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək
qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə
tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıl- dıqda
vaxtından əvvəl vəzifədən getmiş sayılır.
- 3 5 1 -
II.
Azərbaycan Respublikasının Prezidenti istefa
verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini
Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə
əmin
olduğu
təqdirdə
Azərbaycan
Respublikasının
Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul
edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti
istefa verdiyinə görə vəzifədən getmiş sayılır.
III.
Azərbaycan
Respublikasının
Prezidentinin
səhhətinə görə ÜZ səlahiyyətlərini icra etmək qabiliyyətini
tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan
Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
müraciət edir. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə
qəbul edir. Əgər Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi bu Ikktı təsdiq etməzsə, məsələ bununla bitmiş
sayılır.
Maddə
105.
Azərbaycan
Respublikasının
Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası
I.
Azərbaycan Respublikasının Prezidenti vaxtından
əvvəl vəzifədən getdikdə üç. ay ərzində növbədənkənar
Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu
halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək
Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini
Azərbaycan Respublikasının baş naziri icra edir.
II.
Bu müddət ərzində Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respub-
- 3 5 2 -
Dostları ilə paylaş: |