likasmın baş naziri istefa verdikdə, səhhətinə görə öz
səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə
Azərbaycan Respublikası . Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir.
III.
Bu maddənin ikinci hissəsində göstərilən səbəblərə
görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikası Milli Məclisi sədrinin icra etməsi
mümkün olmadıqda Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa
vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.
Maddə
106.
Azərbaycan
Respublikası
Prezidentinin toxunulmazlığı
Azərbaycan
Respublikasının
Prezidenti
toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası
Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.
Maddə
107.
Azərbaycan
Respublikası
Prezidentinin vəzifədən kənarlaşdırılması
I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən
kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının
Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan
Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən
rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi
qarşısında irəli sürülə bilər.
- 3 5 3 -
II.
Azərbaycan
Respublikası
Milli
Məclisinin
deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında
Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaş-
dırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir
həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
III.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən
kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının
Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay
ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar
qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə
qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
Maddə
108.
Azərbaycan
Respublikası
Prezidentinin təminatı
I.
Azərbaycan Respublikasının Prezidenti və onun
ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası
Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi
mühafizə xidmətləri təmin edir.
II.
Əvvəllər Azərbaycan Respublikasının Prezidenti
seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə
müəyyən edilir.
354
-
Maddə 109. Azərbaycan Respublikası Prezidenti
nin səlahiyyətləri
Azərbaycan Respublikasının Prezidenti;
1)
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkiləri təyin edir;
2)
Azərbaycan Respublikasının dövlət büdcəsini
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim
edir;
3)
dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;
4)
Azərbaycan Respublikası Milli Məclisinin razılığı
ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin
edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad
edir;
5)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına
sədrlik edir;
6)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
istefası haqqında qərar qəbul edir;
7)
Azərbaycan Respublikasının dövlət büdcəsində icra
hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində
mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
8)
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin
qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının aktlarını ləğv edir;
9)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi,
Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan
Respublikasının apelyasiya məhkəmələri hakimlərinin
-
355
-
vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının
Milli
Məclisinə
təqdimatlar
verir;
Azərbaycan
Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə
təyin edir; Azərbaycan Respublikasının Baş prokuromnu
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə
təyin və vəzifədən azad edir;
10)
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə
Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi
barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat
verir; Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə
Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası
Mərkəzi Bankının sədrini təyin edir;
11)
Azərbaycan Respublikasının hərbi doktrinasını
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;
12)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;
13)
Azərbaycan
Respublikası
Prezidentinin
Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;
14)
Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə
müvəkkilinin
seçilməsi
haqqında
Azərbaycan
Respublikası Milli Məclisinə təqdimat verir;
15)
Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis
edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə
təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə
və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin
edir və geri çağırır;
16)
xarici dövlətlərin diplomatik nümayəndələrinin
etimadnamə və övdətnamələrini qəbul edir;
-
356
Dostları ilə paylaş: |