6)
Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə
Azərbaycan
Respublikasının
İnsan
hüquqları
üzrə
müvəkkilinin seçilməsi;
7)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının
təsdiqi;
8)
bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan
Respublikası Prezidentinin fərmanlarının təsdiqi;
9)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə
təyin edilməsinə razılıq verilməsi;
10)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,
Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan
Respublikası apelyasiya məhkəmələri hakimlərinin təyin
edilməsi;
11)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə
təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
12)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin
impiçment qaydasında vəzifədən kənarlaşdırılması;
13)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;
14)
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad
məsələsinin həll edilməsi;
15)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti
üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
16)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyi
3 4 6 -
natı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə
razılıq verilməsi;
17)
Azərbaycan Respublikası Prezidentinin müraciətinə
əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına icazə
verilməsi;
18)
referendum təyin edilməsi;
19)
amnistiya;
20)
bələdiyyələrin hesabatlarının dinlənilməsi.
II.
Bu maddənin 1-5-ci bəndlərində göstərilən
məsələlərə dair 63 səs çoxluğu ilə qanunlar, qalan məsələlərə
dair isə bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa,
eyni qaydada qərarlar qəbul edilir.
III.
Bu Konstitusiyada Azərbaycan Respublikası Milli
Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə,
Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə
əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli
Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə
dair də qərarlar qəbul edilir.
IV.
Bu maddənin birinci hissəsinə Konstitusiya
qanunu ilə əlavələr edilə bilər.
Maddə 96. Qanunvericilik təşəbbüsü büququ
I.
Azərbaycan Respublikasının Milli Məclisində
qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa
məsələləri Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası
Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının
Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə,
Azərbaycan Respublikasının seçki hüququ olan 40 min
vətəndaşına, Azərbaycan Respublikası
- 3 4 7 -
Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə mənsubdur.
II.
Azərbaycan
Respublikası
Prezidentinin,
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşının,
Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü
qaydasında Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə
təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.
III.
Belə qanun və ya qərar layihələrində dəyişikliklər
qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin
razılığı ilə edilə bilər.
IV.
Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ
olan 40 min vətəndaşının, Azərbaycan Respublikası
Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim
etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.
V.
Qanun və ya qərar layihəsini Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali
Məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.
VI.
Azərbaycan Respublikasının seçki hüququ olan
40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan
istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII.
Qanun və qərar layihələri əsaslandırılmalı və
onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.
3 4 8 -
Dostları ilə paylaş: |