ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 
39 
Həddi-büluğa 
çatmış 
müsəlmanın 
Fürui-dinin 
əməllərində,  özü  müctehid  və  ehtiyata  əməl  edən 
olmadığı  təqdirdə  ə`ləm  (yə`ni;  elmi  hamıdan  çox  olan 
və  hamıdan  daha  artıq,  diqqətli  olan)  bir  müctəhidə 
təqlid etməsi vacibdir. 
Həddi-büluğa  çatmağın  isə  üç  əlaməti  vardır.  Onlar 
aşağıdakılardan ibarətdir. 
1)- Hicri-qəməri tarixi ilə oğlanın 15, qızın isə 9 yaşını 
tamamlaması; 
2)-  Cinsiyyət  üzvlərinin  ətrafında  qalın  tüklərin 
bitməsi; 
3)-  Hər  hansı  bir  halda  insandan  spermanın  xaric 
olması. 
Әgər bu üç əlamətdən hər biri insanda görünərsə, 
onun həddi-büluğa çatması mə`lum olar. 


 
40 
ÜÇÜNCÜ FӘSİL 
BÖYÜK GÜNAHLARLA TANIŞLIQ 
Həddi-büluğa  çatan  hər  bir  müsəlmana  vacibdir 
ki,  İslamda  haram  buyurulmuş  əməllərdən,  başqa 
sözlə günahlardan çəkinsin. 
Hörmətli  oxucuların  nəzərinə  çatdırmalıyıq  ki, 
Allah-taala  Öz  yaratdığı  bəndəsinin  hansı  əqidədə 
olduğunu  və  nə  etdiyini  yaxşı  bilir.  O  müqəddəs 
kitabı olan Qur`anda belə buyurur: 
«
  اوُقَّ تاَو
 
 َهَّللا
 َّنِإ
 
 َهَّللا
 
 ِتاَذِب ٌ يِلَع
 
 ِروُدُّصلا
»
 
«Allah  qarşısında  təqvalı  olun!  Şübhə  yoxdur  ki, 
Allah ürəklərdə olanları biləndir.»
39
 
Başqa bir ayədə belə oxuyuruq: 
«
 َّنِإ
 
 َنوُلَع فَ ت اَم ُ َل عَ ي َهَّللا
»
 
«Həqiqətən Allah nə etdiyinizi bilir.»
40
 
Allah-taala  böyük  günahlardan  qorunanlara 
Qur`ani-Kərimdə Cənnət müjdəsi vermişdir:
 
«
  رِّفَكُم ُه نَع َن وَه  نُ ت اَم َرِئآَبَك  اوُبِنَت َتَ نِإ
 
اًيمِرَك ًلاَخ دُّم  ُك لِخ دُمَو   ُكِتاَئِّيَس   ُكنَع
»
 
«Әgər  sizə  qadağan  olunmuş  böyük  günahlardan 
çəkinsəniz,  Biz  də  sizin  qəbahətlərinizin  (kiçik 
                                                 
39
 “əl-Maidə” surəsi, ayə: 7. 
40
 “ən-Nəhl” surəsi, ayə: 91. 


 
41 
günahlarınızın)  üstünü  örtər  və  sizi  şərəfli  bir 
mənzil olan Cənnətə daxil edərik.»
41
 
Bu  kitab  müxtəsər  şəkildə  yazıldığı  üçün  burada 
böyük  günahların  bir  çoxunun  adını  çəkməklə 
kifayətlənirik.  Bu  günahlar  haqqında  Qur`anın 
mübarək 
ayələri, 
həmçinin 
Peyğəmbər 
və 
İmamların  çoxlu    hədisləri  vardır.  Bu  haqda  geniş 
mə`lumat  almaq  istəyən  oxucuları  Şəhid  Ayətullah 
Dəstğeybin  Azərbaycan  dilinə  tərcümə  olunmuş 
«Böyük  günahlar»  kitabına  müraciət  etmələrini 
faydalı bilirik. 
Aşağıda  böyük  günahların,  bir  neçəsini  qeyd 
edirik: 
1)- Şərab içmək; 
2)- Oğurluq; 
3)- Zina (kəbindən kənar, qanunsuz cinsi əlaqə); 
4)-  Qəzf:  (iffətli  qadına  və  kişiyə  zina  və  ya  ləvat 
töhmətini vurmaq; 
5)-  Ləvat  (kişinin  kişi  ilə  cinsi  əlaqəsi)  və 
müsahəqə (qadının qadınla cinsi əlaqəsi); 
6)-  İstimna  (cinsi  əlaqə  olmadan,  spermanın 
gəlməsinə səbəb olan hər hansı bir iş görmək); 
7)- Qumar oynamaq; (məsələn: şahmat, nərd və s.) 
8)- Әskik satmaq (tərəzidə aldatmaq); 
9)- Nahaq yerə şəhadət vermək
                                                 
41
 “ən-Nisa” surəsi, ayə: 31 


 
42 
10)-  Yalan  danışmaq,  eləcə  də  Allah,  Peyğəmbər 
(səlləllahu  əleyhi  və  alihi  və  səlləm),  xanım 
Fatimeyi-Zəhra  (salamullahi  ələyha)  və  12  İmam 
(əleyhimus-salam)-ın  adından  yalan  danışmaq. 
Yə`ni  olanların  buyurmadığı  sözləri  onlara  aid 
etmək; 
11)- Yalandan and içmək; 
12)- İsraf etmək; 
13)- Təkəbbürlük etmək; 
14)- Хəyanət etmək; 
15)- Qeybət etmək; 
16)-Allah-taalanın  vacib  buyurduğu  əməllərdən 
hər hansı birini bilərəkdən tərk etmək
17)- Ata və ananın üzünə qayıtmaq (və ya onlara 
qarşı hörmətsizlik etmək); 
18)- Yetim malını mənimsəmək; 
19)- Sələm (riba). (Faizlə pul və sair şeyləri almaq 
və vermək) 
20)- Rüşvət almaq və vermək; 
21)- Allahın rəhmətindən naümid olmaq
22)- Allaha şərik qoşmaq; 
23)- Adam öldürmək və yaxud cana qəsd etmək
24)-  Qət`i  rəhm  (qohum  əqraba  ilə  ünsiyyəti 
kəsmək); 
25)- Әhdi sındırmaq; 
26)- Haram şey yemək; 
27)- Zalımlara kömək etmək; 
28)- Məzlumlara kömək etməmək


 
43 
29)- Sehr-cadu ilə məşğul olmaq; 
30)- Bilərəkdən vacib olan namazı tərk etmək; 
31)- İmkan olan halda həccə getməmək və ya onu 
tə`xirə salmaq; 
32)- Günaha israr etmək; 
33)- Paxıllıq; 
34)-Bid`ət (yə`ni İslam dinində buyurulmamış hər 
hansı bir əməli İslam dini adı ilə qələmə vermək); 
35)- Nahaqdan hökm vermək; 
36)- Allahın ne`mətlərinə şükr etməmək
37)- Fitnə-fəsad törətmək; 
38)- Böhtan; 
39)- Murdar, qan və donuz əti yemək
40)-Qur`ana, 
məscidlərə, 
müqəddəs 
ziyarətgahlara,  xüsusilə  Kə`bəyə  və  habelə  İmam 
Hüseyn  (əleyhis-salam)-ın  türbətinə  hörmətsizlik 
etmək; 
Qeyd:  İnsan  Allahın  rəhmətindən  naümid 
olmamalı,  Allahın  rəhmətinə  ümid  bəsləməli  və 
etdiyi  günahlardan  peşman  olub  tövbə  etməlidir. 
Çünki  Allah-taala  tövbələri  qəbul  edəndir.  Allah-
taala Qur`ani-Kərimdə bu barədə belə buyurur: 
«
 ٌ يِحَّر ٌروُفَغ َهَّللا َّنِإ َهَّللا اوُرِف غَ ت ساَو
»
 
«Allahdan  bağışlanmağınızı  diləyin.  Həqiqətən, 
Allah bağışlayan və rəhm edəndir.»
42
 
                                                 
42
 “əl-Muzzəmmil” surəsi, ayə: 20 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə