ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

 
52 
«...(Bu)  sənə  nazil  etdiyimiz  kitabdır  ki,  xalqı 
qaranlıqlardan  işıqlığa  (nura)  tərəf,  (həmçinin) 
onların  Pərvərdigarının  fərmanına  (və)  bəyənilmiş 
və bacarıqlı Allahın yoluna gətirəsən.»
57
 
Qur`anda təhrifə yol verilibmi? 
Qur`ani-Kərimin təhrif (yə`ni Qur`ana hansısa bir 
sözün  əlavə  olunması  və  ya  azadılması)  haqda 
müsəlmanların  əqidəsi  belədir  ki,  Qur`anda  heç  bir 
təhrifə  yol  verilməmişdir.  Әlimizdə  olan  Qur`an 
Peyğəmbərmizə  nazil  olan  bütöv  Qur`andır.  Bunu 
bir  çox  tanınmış  alimlərmiz  açıq-aşkar  söyləmişdir. 
O cümlədən: 
1. Şeyx Səduq ibni Babaveyh (rə); 
2. Şeyx Әbu Cə`fər Tusi (rə); 
3. Әləməlhuda Seyyid Murtəza (rə); 
4. Məşhur təfsirçi Təbərsi (rə); 
5. Kaşiful-ğita kitabının müəllifi Şeyx Cəfər (rə); 
6. Әllamə Behbəhani (rə); 
7. Qadətuna  kitabının  müəllifi  Ayətullah  Milani 
(rə); 
8. Nəcəf  hövsəsinin  tanınmış  ustadı  Mərhum 
Ayətullahul-üzma Seyyid Әbul Qasim Хoyi və sair... 
Bu  barədə  Qur`anın  iki  ayəsini  dəlil  olaraq 
sizin üçün gətiririk. 
                                                 
57
 İbrahim surəsi, ayə 1 


 
53 
«
 َنوُظِفاََلْ ُهَل اَّمِإَو َر كِّذلا اَن لَّزَ م ُن َنَ اَّمِإ
»
 
«Şübhəsiz ki, Qur`anı biz nazil etdik və sözsüz 
ki,  biz  də  onu  (hər  cür  təhrifdən  və  təbdildən) 
qoruyub saxlayacayıq!»
58
 
«
   ُهءاَج اَّمَل ِر كِّذلاِب اوُرَفَك َنيِذَّلا َّنِإ
 
 ٌزيِزَع ٌباَتِكَل ُهَّمِإَو

 َّل
 ِه يَدَي ِ ينَ ب نِم ُلِِاَب لا ِهيِت أَي 
  نِم  َلَو
 
 َ ت ِهِف لَخ
 ِز  ن
 ٍديَِح ٍ يِكَح  نِّم ٌلي
»
 
«Özlərinə  Qur`an  gəldiyi  zaman  onu  yalan 
hesab  edənlər  (mütləq  cazalarına  çatacaqlar).  O 
(Qur`an), şübhəsiz ki, çox dəyərli və qiymətli bir 
kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa 
bilməz  (Şeytan  onun  bir  sözünü,  bir  hərfini  belə 
dəyişə  bilməz).  O,  hikmət  sahibi  və  şükrə  tə`rifə 
layiq  olan  (bütün  işləri  bəyənilən)  Allah 
tərəfindən nazil edilmişdir».
59
 
Qur`an haqqında olan ümumi 
mə`lumatlar 
Әziz Qur`an aşiqləri! Qur`an haqqında olan bə`zi 
ümumi  məsələləri  əldə  etmək  istədikdə  aşağıdakı 
verilmiş sualların cavabına diqqət yetirə bilərsiz: 
1) Sual: Qur`an neçə surədən ibarətdir? 
Cavab: Qur`an 114 surədən təşkil tapmışdır. 
2) Sual: Qur`an neçə cüz (hissə)-dən ibarətdir? 
Cavab: Qur`an 30 cüzdən ibarətdir. 
                                                 
58
 əl-Hicr surəsi, ayə 9 
59
 Fussilət surəsi, ayə 41-42 


 
54 
3) 
Sual
Qur`an 
neçə 
hizbdən 
(hissənin 
qismindən) təşkil tapır? 
Cavab: Qur`an 120 hizbdən ibarətdir. 
4) Sual: Qur`anın neçə ayəsi vardır? 
Cavab: Qur`anın 6236 ayəsi vardır. 
5) Sual: Qur`ani-Kərim neçə hərfdən ibarətdir? 
Cavab: Qur`ani-Kərim 323671 hərfdən ibarətdir. 
6)  Sual:  Qur`ani-Kərim  neçə  kəlmədən  təşkil 
tapır? 
Cavab:  Qur`ani-Kərim  77807  kəlmədən  təşkil 
tapmışdır. 
7)  Sual:  Qur`ani-Kərimdə  neçə  dəfə  Qur`an 
kəlməsi gəlmişdir? 
Cavab:  Qur`ani-Kərimdə  70  dəfə  Qur`an  kəlməsi 
gəlmişdir. 
8)  Sual:  Qur`ani-Kərimdə  ən  böyük  ədəd 
hansıdır? 
Cavab: Qur`anda ən böyük ədəd 100000-dir ki, əs-
Saffat  surəsinin  147-ci  ayəsində  gəlmişdir.  (37-ci 
surə) 
9) Sual: Qur`anda ən çox işlədilmiş hərf hansıdır? 
Cavab:  Qur`anda  ən  çox  işlədilmiş  hərf  əlif(
أ

hərfidir. 
10) Sual: Qur`anda ən az işlədilmiş hərf hansıdır? 
Cavab
Qur`anda  ən  az  işlədilmiş  hərf  za
  (
ظ

hərfidir. 


 
55 
11)  Sual:  Qur`anda  işarə  olunmuş  ən  gözəl  və 
üstün gecə hansıdır? 
Cavab: Qur`anda işarə olunmuş ən gözəl və üstün 
gecə “Qədr” gecəsidir. 
12)  Sual:  Qur`anda  buyurulmuş  ən  gözəl  ay 
hansıdır? 
Cavab:  Qur`anda  buyurulmuş  ən  gözəl  ay 
“Ramazan” ayıdır. 
13) Sual: Qur`anda olan ən gözəl surə hansıdır? 
Cavab:  Qur`anda  olan  ən  gözəl  surə  “Yasin” 
surəsidir. (36-cı surə). 
14) Sual:Qur`anın ən böyük surəsi hansıdır? 
Cavab:  Qur`anın  ən  böyük  surəsi  “əl-Bəqərə” 
surəsidir  ki,  bu  surə  286  ayədən  ibarətdir.  (2-ci 
surə). 
15) Sual: Qur`anın ən kiçik surəsi hansıdır? 
Cavab:  Qur`anın  ən  kiçik  surəsi  “əl-Kovsər” 
surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci 
surə). 
16) Sual: Qur`anda ən böyük ayə hansıdır? 
Cavab:  Qur`anda  ən  böyük  ayə  “əl-Bəqərə” 
surəsinin 282-ci ayəsidir. (2-ci surə). 
17) Sual: Qur`anda ən kiçik ayə hansıdır? 
Cavab:  Qur`anda  ən  kiçik  ayə  (Muqəttə`ə 
hərflərindən əlavə) 
 ِناَتَّمآه دُم “Mudhammətan” ayəsidir 
ki,  ər-Rəhman  surəsinin  64-ci  ayəsi  hesab  olunur. 
(55-ci surə). 
18) Sual: Qur`anda ilk surə hansıdır? 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə