  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə134/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   127   128   129   130   131   132   133   134   135

                                                     

 

  



                                                                            

                                                    

530 

Kolumbiyada San-Xuan çayının mənsəbində qalanda B.Ruis 



briqantinaya  başçılıq  edərək,  Ekvadorun  sahillərini  kəşf 

etmişdi  və  ispanlardan  ilk  adam  idi  ki,  Cənubi  Amerikanın 

sahilində ekvator xəttini yuxarıdan aşağıya keçmişdi. 

126.  Ruko  -  Piçinça  vulkanının  bir  başı.  Ruko  sönmüş 

vulkandır  və  Quaquaya  nisbətən  Kitoya  yaxın  bir  yerdə 

yerləşir.  Bir  çox  hallarda  başı  qarla  örtülü  olur  və  bunun 

sayəsində Kitoda hətta yayda da möhkəm isti olmur. 

127.  Ruminyaui  -  «Kitu  krallığının»  sonuncu  hökmdarı. 

Ataualpa  ispanlara  əsir  düşəndən  sonra  «Kitu  krallığında» 

konkistadorlara  qarşı  kəskin  müqavimət  (1533-1534) 

göstərmiş hindu rəhbəri. 

128.  «Saqqallılar»  -  hindular  Avropadan  gələnləri  belə 

adlandırırdılar. 

129.  San-Migel-de-Piyura-F.Pisarro  tərəfindən  1532-ci 

ildə  Peruda  saldırdığı  yaşayış  məntəqəsi.  Bu  ilk  yaşayış 

məntəqəsi  idi  ki,  materikin  içərisində  salınmışdır.  İndiki 

Piyura şəhəri. 

130. San-Xuan çayı - Kolumbiyanın qərbində yerləşən və 

Buenaventura  körfəzindən  şimalda  Sakit  okeana  tökülür. 

Paskual de Andoqoya 1522-ci ildə kəşf edib. 

131.  Sardiniya  adası  -  Aralıq  dənizində,  Apenin 

yarımadasından  qərbdə  ada.  İtalyanın  ərazisidir.  Sahəsi  24 

min km

2

. Relyefi əsasən dağlıqdır. 




                                                     

 

  



                                                                            

                                                    

531 

132.  Sebastyan  (1554-1578)  -  1557-1578-ci  illərdə 



Portuqaliyanın kralı. Onun hakimiyyət dövrü ölkənin iqtisadi 

və  siyasi  böhranla  üst-üstə  düşür.  Döyüşkən  katolik  sayılan 

Sebastyan yezuitlərdən tərbiyə almışdır və hakimiyyət faktiki 

olaraq  onların  əlinə  keçmişdir.  Mərakeşdə  başlanan  sülalə 

davasından  istifadə  edən  cavan  kral  Şimali  Afrikada  öz 

müstəmləkələrini  möhkəmlətməkdən  və  genişləndirməkdən 

ötrü  Mərakeşə  yürüş  edir.  1578-ci  ilin  avqustun  4-də 

Əlkəsərkivir  yaxınlığında  baş  verən  döyüşdə  portuqallar 

darmadağın  edilir,  Sebastyan  özü  isə  həlak  olur.  Onun 

övladının  olmadığından  istifadə  edən  II  Filipp  1581-ci  ildə 

Portuqaliyanı İspaniya ilə uniyaya təhkim edir. 

133.  Seviliyadan  «Hindistana»  gəmilər  yola  düşürdü  - 

Amerika sahilləri nəzərdə tutulur. 

134.  Qay  Yuli  Sezar  (e.ə.  100-44)  -  Romanın  tanınmış 

dövlət  və  siyasi  xadimi,  məşhur  sərkərdəsi,  bacarıqlı  natiq, 

yazıçı. E.ə. 73-cü ildə hərbi tribun, 68-ci ildə kvestor, 65-ci 

ildə edil seçilmişdi. Siyasi vəziyyətini möhkəmləndirmək və 

konsul seçilmək üçün e.ə. 60-cı ildə Qney Pompey və Mark 

Krass  ilə  ittifaqa  girmişdi  (1-ci  triumvirat).  E.ə.  59-cu  ildə 

konsul  seçilib.  Qalliya  yürüşlərində  (e.ə.  58-51)  o,  bu  gün 

Alp  dağları  arası  Qalliyanı  işğal  edə  bilmişdi.  Romada 

vətəndaş müharibəsində (e.ə. 

49-45) Pompeyin və siyasi müttəfiqlərinin qoşunlarını darmadağın edən Sezar diktator səlahiyyətindən (e.ə. 49, 48-46, 45-ci illərdə, 44-cü ildən ömürlük), konsul (47-ci ildən beş, 44-cü ildən on illiyə) və daim tribun (e.ə. 48-

ci  ildən)  hakimiyyətindən  və  s.  səlahiyyətlərdən  istifadə 




                                                     

 

  



                                                                            

                                                    

532 

edirdi.  Əslində  o,  monarx  idi  (lakin  idarəçiliyin  Roma 



respublikasının formalarını saxlayırdı). 

135.  Seylon  -  1972-ci  ildən  Şri-Lanka.  Əvvəllər  Portu-

qaliyanın  müstəmləkəsi  idi.  Hindistanın  cənubi-şərqində 

yerləşir. Sahəsi 66 min km.

2

 Paytaxtı Kolombo şəhəri. 



136. Səlcuqilər dövləti - Yaxın Şərqdə ən qüdrətli orta əsr 

feodal dövlətlərindən biri (1038-1157). X əsrin 1-ci yarısında 

oğuz  və  digər  türk  tayfalarının  hərbi-siyasi  birliyi  yarandı. 

Səlcuqilər  Türküstandan  Aralıq  dənizinə,  Zaqafqafziyadan 

Fars  körfəzinədək  geniş  bir  ərazini  əhatə  edən  Səlcuqilər 

dövlətinin əsasını qoyurlar. 1034-cü ildə Qəznəvilər əleyhinə 

çıxan  Səlcuqilər  1038-ci  ildə  Nişapuru  ələ  keçirib  öz 

dövlətlərini  yaradırlar.  Səlcuqun  nəvəsi  Toğrul  bəy  (1038-

1063)  bu  dövlətin  ilk  sultanı  olur.  XI  əsrin  2-ci  yarısında 

Orta  Asiya,  Zaqafqaziya,  İran,  İraq,  Suriya,  Kiçik  Asiya  və 

Ərəbistan yarımadası Səlcuqilər dövlətinin tərkibində idi. 

137. Səfəvilər dövləti - orta əsr feodal dövləti (1501-1736) 

Azərbaycan, Şərqi Gürcüstan, İran, Cənubi Türkmənistan və 

indiki  Əfqanıstan  (Bəlx  vilayəti  istisna  olmaqla),  bəzi 

dövrlərdə  İraqi-Ərəb  və  s.  əraziləri  əhatə  edirdi.  Əsasını  I 

Şah İsmayıl (Xətai) qoymuşdur. Dövləti səfəvilər nəsli idarə 

edirdi. I Təhmasibin dövründə (1524-1576) Böyük Moğollar 

dövləti  ilə  yaxın  münasibətləri  yarandı.  Osmanlı  sultanı  I 

Süleyman  dəfələrlə  (1534-1535,  1548,  1554)  Azərbaycana 



                                                     

 

  



                                                                            

                                                    

533 

yürüş  etdi.  Avropa  dövlətləri  Osmanlılarla  mübarizədə 



Səfəvilər  dövlətinə  qüvvətli  müqtəfiq  kimi  baxırdılar  və 

Venetsiya, Almaniya, Macarıstan, İspaniya, Portuqaliya və s. 

dövlətlər  Səfəvilərlə  diplomatik  əlaqə  yaratmışdı.  Roma, 

İspaniya və Venetsiya elçiləri Səfəvilər dövlətini müharibəyə 

cəlb etməklə Osmanlıların iki cəbhədə mübarizə aparmasına 

çalışırdılar. 

138.  Sikalpa  vadisi  -  Ekvadorun  paytaxtı  Kitonun 

yerləşdiyi ərazi. 

139.  Siciliya  -  Aralıq  dənizində  ən  böyük  ada.  İtalyanın 

tərkibindədir.  Sahəsi  25460  km

2

.  Apenin  yarımadasından 



cənubda yerləşir və Messina boğazı ilə ondan ayrılır. 

140.  Solomon  adaları  -  Sakit  okeanda  Melaneziyada 

arxipelaq.  Yeni  Qvineyadan  şərqdədir,  7  iri  ada  (Bugenvil, 

Quadalkanal, Santa-İsabel, Maloita, San-Kristobal, Şüazöl və 

Nyu-Corciya)  və  bir  sıra  kiçik  adadan  ibarətdir.  Sahəsi  40,4 

min km


2

-dir. 


141. Ernan de Soto - 1532-ci ildə F.Pisarro ilə birlikdə İnk 

imperatoru  Ataualpanın  həbsində  iştirak  edib.  1539-cu  ildə 

«Yeddi  Şəhərlər»  ölkəsini  axtarıb  tapmaq  üçün  böyük  bir 

dəstə ilə Florida  yarımadasından  şimal istiqamətində yürüşə 

başlayıb.  1540-cı  ildə  Atlantik  okeanına  tökülən  Oltamaxo, 

Savanna  çaylarını  və  Appalaç  dağlarının  başlanğıcını  kəşf 

edir. Gələn ildə Tennesi, Missisipi, Arkanzas, Kaneydian və 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə