  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə132/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   127   128   129   130   131   132   133   134   135

                                                     

 

  



                                                                            

                                                    

522 

85. Korsika adası - Aralıq dənizinin şimalında ada. Sahəsi 



8,7 min km

2

. Fransaya tabedir, əhalisi əsasən korsikalılardan 



ibarətdir. 

86.  Kotopaxi  vulkanı  -  And  dağlarında  püskürən  vulkan. 

Hündürlüyü 5897-m-dir. 

87. Koçoski - Ekvadorun dağlıq ərazisində yaşayan kiçik 

hindu tayfası. 

88.  “Kuskodakı  uzunqulaqlar”  -  İnklərin  sarayında  imti-

yazlı əyanlar. Bu təbəqəyə əsasən hərbi rəislər aid idi. Adətə 

görə  ink  əyanları  qulaqlarından  qızıldan  düzəldilmiş  iri 

halqalar asırdılar. Bunun nəticəsində uzun  müddətdən  sonra 

qulaqlar uzunlaşırdı. 

89.  “Günəşin  qızları”  -  “Kitu  krallığında”  sarayda 

saxlanı-lıb xüsusi tərbiyə alan yüksək təbəqəyə məxsus olan 

qızlar.  Həmin  qızlar  gələcəkdə  hökmdarın  ən  yaxın 

adamlarına ərə gedirdilər. 

90.  La-Manş  -  İngiltərə  ilə  Fransa  arasında  boğaz. 

Atlantik okeanı tərəfində boğazın eni 180 km., Şimal dənizi 

tərəfdə Pa-de-Kale (Duvr) boğazında 32 km-dir. 

91. Langedok - Fransanın cənubunda tarixi əyalət. Sahəsi 

27,8 min km

2

. Fransızca “dil”, “uzun yer” mənasındadır. 



92.  Las-Penyas  kvartalı  -  Quayakil  şəhərinin  əsası  qoyu-

landa  San-Karlos  və  Plançado  fortları  tikiləndən  sonra  bu 

kvartal mülki əhalinin yaşadığı ilkin yaşayış ərazisi sayılırdı. 



                                                     

 

  



                                                                            

                                                    

523 

93.  Hersoq  Fransisko  Lerma  (1552-1623)  -  İspaniyanın 



siyasi  xadimi,  kral  III  Filippin  birinci  naziri.  Sərbəst  haki-

miyyəti  zamanı  (1598-1618)  ispan  mütləqiyyətinin  böhranı 

baş vermişdir. 

94. Ernando de Luke - Panamada varlı kilsə rahibi olmuş-

dur. Perunun fəth edilməsi üçün Fransisko  Pisarro ilə ittifaq 

yaradır və həmin yürüşə xeyli sərmayə qoyur. 

95.  Maiya  -  dilləri  bir-birilərinə  oxşar  olan  indiki  Meksi-

kanın,  Qvatemalanın  və  Hondurasın  ərazisində  yaşayan 

hindu  tayfalarının  qrupu.  III-X  əsrlərdə  maiyalıların  əsas 

yaşayış  məntəqələri  Usumasinta  çayı  boyu,  Qvatemalanın 

şimalında  və  Hondurasın  qərbində  yerləşirdi  indiki  Tikal, 

Kopan,  Vaşaktun,  Pyedras-Neqras,  Yaşçılan  və  başqa 

məntəqələrdə idi. 

1527-ci  ildə  Yukatanda  maiyalıların  ispanlara  qarşı 

qəhrəmancasına  başladıqları  müqaviməti  on  illərlə  davam 

edir.  Axırıncı  müstəqil  yaşayış  yeri  Tayyasal  1697-ci  ildə 

ispanlar  tərəfindən  tutulur.  İşğalçılar,  əsasən  də  katolik 

ruhaniləri  maiyalıların  mədəniyyət  abidələrini  darmadağın 

edirlər.  Nəticədə,  indiki  maiyalılar  ulu  babalarının  qədim 

mədəniyyətini unudublar. 

96. Manta - Ekvadorun sahil kənarında yaşayan iri Hindu 

tayfası. 




                                                     

 

  



                                                                            

                                                    

524 

97.  Marsel  -  Fransanın  cənubunda  şəhər.  Aralıq  dənizi 



sahilində  yerləşir.  Qədimdə  (e.ə.  VI  əsrdə)  yunanların 

Messaliya adı ilə müstəmləkəsi olub. Əsası qoyulma tarixi də 

həmin dövrə təsadüf edir. 

98.  Marşall  adaları  -  Ekvatordan  şimalda  Sakit  okeanda, 

Mikroneziyanın  tərkibində  adalar  arxipelaqı.  Bir  neçə  yüz 

mərcan  adalarından,  atollardan  və  riflərdən  ibarətdir  və  1 

mln.km

2

. ərazidə yerləşir (5°-15° şm.en dair. 160°-173° şərq 



uzunluqları arasında). 

99.  Hersoq  Medina  -  Sidoniya  -  1588-ci  ildə  “Məğlub-

edilməz armadanın” komandanı. İspaniyanın tanınmış qrandı 

olmasına  baxmayaraq  öz  hərbi  səriştəsizliyi  ilə  ispan  dəniz 

donanmasını məğlubiyyətə uğratmışdı. 

100.  Gerqard  Merkator  (latınlaşdırılmış  Kremer)  (1512-

1594)  -  məşhur  fələməng  xəritəşünası.  Luven  universitetini 

qurtarandan  sonra  o,  dəqiq  optik  cihazların  ixtirası  və 

xəritələrin tərtibatı ilə məşğul idi. 1544-cü ildə dini təqiblər 

zamanı həbsə alınır, 1552-ci ildə Duysburqa mühacirət edir. 

Merkator  çoğrafi  fəaliyyəti  zamanı  Avropa  ölkələrinin 

xəritələr  toplusunu  tərtib  edir  və  həmin  toplu  onun 

ölümündən sonra (1595) “Atlas” adı altında çap olunur. 

101. Mərakeş - Afrikanın şimal-qərbində ölkə. Sahəsi 440 

min km

2

. Paytaxtı Rabat. Əhalisi ərəblərdən ibarətdir. 




                                                     

 

  



                                                                            

                                                    

525 

102.  Xərəzmşah  Məhəmməd  -  Xəzər  dənizinin  şərq 



sahillərindən başlamış ta ki, monqol ərazilərinə kimi nəhəng 

dövlətin  hökmdarı  olmuşdu.  Monqol  hökmdarı  Çingiz  xan 

1219-cu  ildə  Xərəzm  dövlətinə  hücum  edir  və  bir  il 

müddətinə  nəhəng  dövləti  ələ  keçirir.  Monqol  hücumlarına 

tab  gətirməyən  Məhəmməd  şah  oğlu  Cəlaləddin  ilə  birlikdə 

İrana qaçmağa məcbur olur. 

103.  Molukk  adaları  -  İndoneziyada,  Malayziya  arxipe-

laqının  şərq  hissəsində  adalar  qrupu.  Sulavesi  və  Yeni 

Qvineya  adaları  arsındadır.  Sahəsi  83,7  min  km

2

.  Ən  iri 



adaları Halmahera, Seram, Buru. Şimaldan cənuba, cənubdan 

şimala  doğru  1300  km.  məsafədə  uzanır.  Əsas  şənəri  və 

limanı Ambondur. 

104.  Moriskilərin  üsyanı  (1568-1572)  -  İspaniyada  ərəb-

lərin hegemonluğuna son qoyulandan sonra (1492) bu ölkədə 

qalan  və  xristianlığı  zor  gücünə  qəbul  etdirilən  ərəbləri 

moriskilər  adlandırırdılar.  Qranadanın  və  Əndəlisin  moris-

kiləri 1568-ci ildə üsyan qaldırırlar. II Filipp xüsusi edikt ilə 

əsgərlərinə  yerli  əhalini  qırmağa  icazə  vermişdir.  Bunun 

nəticəsində bir çox yerlərdə əhali tamamilə qırılmışdır. 1572-

ci ildə üsyan xüsusi qəddarlıqla yatırdılır və Qranadanın sağ 

qalmış moriskiləri yarımadanın başqa yerlərinə köçürülür. 

105.  Diyeqo  Nikuesa  -  «Qızıl  Kastiliyanın»  (Panamanın 

və  Kosta-Rikanın  Qəraib  dəniz  sahili)  ilk  1508-ci  ildən 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə