  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

                                                     
 
  
                                                                            
                                                    
68 
əsasən, Cənubi Atlantika portuqalların nəzarəti altına keçir, 
ispanlar  isə  yalnız  Kanar  adalarında  öz  hegemonluqlarını 
saxladılar. 21 iyun 1481-ci ildə Roma papasının “Aeterna 
Regis” bullasına əsasən, İspan kralları Ferdinand Araqonlu 
və  İzabella  Kastiliyalı  Portuqaliyanın  xeyrinə  Kanar 
adalarından cənubda yerləşən bütün məlum olan və məlum 
olmayan torpaqlardan imtina edirdilər. Yəni, ispan gəmiləri 
kəşfiyyat  işləri  ilə  bağlı  Şimal  yarımkürəsinin  28-ci 
paralelindən aşağı enməməliydilər.  
 
 
 
          
Alonso Sançes de Uelva və  
              Xristofor Kolumb 
 
Nəzəri olaraq Florida yarımadasının yarısı, Antil adaları, 
Meksika,  Cənubi  Amerika  bütünlüklə  Portuqaliyanın 
tabeliyinə  keçir.  Məhz  “Aeterna  Regis”  qüvvəyə  minən-
dən  sonra  tarixçilər  qeyd  edirdilər  ki,  1481-ci  ilə  qədər 
Amerika  qitəsi  portuqal  dənizçiləri  tərəfindən  kəşf  edilmiş 
və  bu  kəşfi  münasib  vaxta  kimi  gizlin  saxlamağı  lazım 
bilmişdilər.  Bu  fikri  XVI  əsrin  bütün  səlnaməçiləri  – 
Bartolome  de  las  Kasas,  Fransisko  Lopes  de  Qomara, 
Qonsalo  Fernandes  de  Ovyedo-i-Valdes  müdafiə  edirdilər, 


                                                     
 
  
                                                                            
                                                    
69 
peruan  səlnaməçisi  Qorsilaso  de  la  Veqa  (Estremaduralı 
idalqonun və ink şahzadəsinin oğlu), hətta portuqal şkiperi 
Alonso  Sançes  de  Uelvanı  həmin  kəşfi  həyata  keçirən  bir 
dənizçi  kimi  onun  adını  dəqiqliklə  göstərir.  Bundan  əlavə 
Jorj  Blon,  Fransisko-de-Qomara  Alonso  və  başqaları 
Uelvanın X. Kolumbla görüşdüyünü də bildirirlər. 
Tarixi  mənbələrdə  X.  Kolumbun  1478-ci  ildə 
Portuqaliyaya  növbəti  gəlişi  göstərilir  və  o,  bir  neçə  illiyə 
Madeyra  adalarında  məskunlaşır.  Genuyalı  dənizçi  orada 
gələcək həyat yoldaşı Felipa da Perestrella ilə tanış olur və 
1479-cu ildə onunla evlənir. X. Kolumb üçün həmin nigah 
göydən  düşmə  olur.  Onun  daxil  olduğu  evin  sahibləri 
vaxtilə  şahzadə  Enrike  Dənizsəyyahının  və  ondan  sonra 
gələn  kralların  təşkil  etdikləri  ekspedisiyalarda  yaxından 
iştirak  etmişdilər.  Felipanın  atası  əslən  Lombardiyadan  idi 
və  iyirmi  il  əvvəl  dünyasını  dəyişmişdi.  O,  cavanlıqda 
Portuqaliyanın  dəniz  səyahətləri  sayəsində  göstərdiyi 
xidmətlərinə görə şahzadə Enrikenin əyanları sırasına qəbul 
edilmiş  və  Portu–Santu  adasının  qubernatoru  (X.  Kolumb 
evlənəndə  isə  Felipanın  qardaşı  həmin  adanın  qubernator 
vəzfəsinə yiyələnir) vəzifəsinə təyin edilmişdi. 
Venetsiyalı  tacir  və  dəniz  səyyahı  Alvize  da  Kadamos-
tonun  söylədiyinə  görə  X.  Kolumbun  qayınatası  tanınmış 
müstəmləkəçi sahibkar olmuşdu. Portuqal dəniz səyyahları-


                                                     
 
  
                                                                            
                                                    
70 
nın Atlantik okeanındakı müxtəlif səyahətlərinə dair bir çox 
sənədlər  Kolumbun  əlinə  keçir.  Adı  çəkilən  okeanın  qərb 
hissəsinin  tədqiqi  ilə  bağlı  layihənin  hazırlanmasında, 
həmin sənədlər müəyyən mənada yardımçı olmuşdu.  
X.  Kolumb  praktiki  naviqasiya  üzrə  ilk  məktəbini  elə 
Portu-Santuda  keçir  və  oradan  Azör  adalarına  səyahət 
edəndən  sonra  dənizçilik  elminin  kursunu,  1482  və  ya 
1483-cu 
ildə  Afrikanın  Qvineya  körfəzinə  gedən 
ekspedisiyalarda  başa  çatdırır.  Qaynaqlarda  göstərilir  ki, 
Qvineya  sahillərinə  üzərkən  X.  Kolumb,  qaynının  onun 
haqqında  Portuqaliya  kralına  göndərdiyi  təqdimatına 
əsasən,  iki  gəminin  komandanı  təyin  edilir  və  o,  həmin 
səyahət  zamanı,  Diyeqo de Azanbujun Qvineya körfəzinin 
sahillərində saldırdığı San-Jorji-da-Mina fortuna kimi gedib 
çıxır.  
Təxminən  1484-cü  ildə  Nyebla  qraflığının  Uelva 
məntəqəsindən  olan  Alonso  Sançes  Uelvalı  sahibi  olduğu 
böyük olmayan bir gəmisi ilə İspaniyadan Kanar adalarına 
müəyyən  mallar  daşıyırdı.  Kanar  adalarında  meyvə 
doldurub  Madeyraya  aparır,  oradan  isə  şəkər  və  mürəbbə 
yükü  ilə  İspaniyaya  gedirdi.  Belə  bir  üçkünc  marşrutu  ilə 
üzən  Alonso  Sançes  Kanar  adalarından  Madeyraya 
gedəndə,  yolda  gözlənilmədən  şiddətli  qasırğa  ilə  üzləşir. 
O,  müqavimət  göstərməkdə  aciz  olduğu  üçün  həmin 


                                                     
 
  
                                                                            
                                                    
71 
qasırğanın  əhatəsində,  28  və  ya  29  gün  getdiyini  bilmə-
dən...  okeanda  naməlum  bir  adaya  yan  alır.  Güman  edilir 
ki,  bu  indiki  Santo-Dominqo  adlandırılan  ada  idi.  Kanar 
adalarında  başlanan  qasırğa  (şərq  küləyinin)  solanonun 
istiqamətilə  hərəkət  etdiyindən  və  Santo-Dominqo  həmin 
enlikdə yerləşdiyindən belə qənaətə gəlmək olur.
1
  
Bir  dəfə  tale  Portu-Santunun  sahilinə  qəzaya  uğramış 
gəmini  çıxarır.  Bir  neçə  sağ  qalmış  dənizçinin  arasında 
tamamilə zəifləyib əldən düşmüş şturman Kolumbun diqqə-
tini  özünə  cəlb  edir.  Matrosun  biri  sayaqlamış  vəziyyətdə 
aramsız  mahnı  oxuyan  rəngarəng  quşların  mahnılarından, 
naməlum heyvanlardan və qaradərili adamlardan danışırdı. 
Gəmi  isə  qərbdən  gəlib  sahilə  çırpılmışdı.  Diqqətlə  qulaq 
asan Xristofor Kolumb həmin an can verən şturmanı evinə 
aparmaq  üçün  göstəriş  verir.  O,  bacardıq  qədər  şturmanın 
qulluğunda  durur  və  onun  adının  Alonso  Sançes  de  Uelva 
olduğunu  öyrənir.  Özünə  gələn  dənizçi  başına  gələn 
odisseyanı Kolumba danışır. Fırtına zamanı onlar Qaranlıq 
dənizində (həmin dövrdə Atlantik okeanını belə adlandırır-
dılar  –  R.  D.)  azır  və  gəlib  məftunedici  bir  adaya  çıxırlar. 
Sançes  öz  xilaskarına  xəritədə  adanın  harada  olduğunu 
                                                 
      
1
 Горсиласо де ла Вега. Текст воспроизведен по изданию, История 
государства Инков. Л. «Наука». 1974. стр. 16-17. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə