  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə25/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

                                                     
 
  
                                                                            
                                                    
102 
verildiyindən,  yolda heç bir gözlənilməz hadisələrlə üzləş-
məsinlər  deyə,  həmin  sahilləri  yaxşı  tanıyan  adam  lazım 
idi. Bu isə Pireyra sayılırdı.  
Tanınmış gəmi kapitanı, tədqiqatçı və xəritəşünas Duarti 
Paşeku  Pireyra  (1469-1533)  XV  əsrin  80-ci  illərin  ikinci 
yarısından sonra Afrikanın qərb sahillərindəki ekspedisiya-
larda iştirak etmiş və 1488-ci ildə Prinsip adası yaxınlığın-
da qəzaya uğramışdı və bir neçə dənizçi ilə birlikdə, Ümid 
burnundan vətənə qayıdan Bartolomeu Diaşın ekspedisiyası 
tərəfindən  xilas  olunmuşdu.  Bundan  sonra  o,  Afrika  sahil-
lərinə  marşrutu,  coğrafi  koordinatları  və  sahil  konturları 
kodlaşdırılmış,  missiyası  məxfi  saxlanılan  bir  neçə 
ekspedisiyalarda iştirak etmişdi. 
Pireyra  ömrünün  bir  neçə  ilini  Atlantik  okeanın  şərq 
hissəsində,  sonra  isə  orta  hissəsində  üzərək,  həmin  akva-
toriyada  naməlum  adaların  axtarışı  ilə  məşğul  olmuşdu. 
Hələlik  böyük  torpaq  ərazisindən  söhbət  gedə  bilməzdi. 
Ona görə ki, həmin dövrdə üç materik məlum olduğundan 
adi  dənizçilər  ağıllarına  belə  gətirə  bilməzdilər  ki,  böyük 
okeanda dördüncü və ya beşinci materik də ola bilər. Yəni, 
XV  əsrin  sonunda  okean  sularını  fəth  edən  dənizçilər  Yer 
kürəsinin  indiki  şəkildə  böyük  olduğunu  təsəvvür  etmir-
dilər.  Lakin  Pireyra  gizli  tapşırıq  nəticəsində  gedib  Brazi-


                                                     
 
  
                                                                            
                                                    
103 
liya  sahillərinə  çıxmışdır.  Sadəcə  dəqiqləşdirmək  lazımdır 
ki, neçənci ildə?  
 
                
 
                Duarti Paşeku Pireyra (1469-1533)
 
 
Pireyra  bu  haqda  təxminən  1505-1508-ci  illər  arasında 
yazdığı  “Esmeraldo  de  Sita  Orbis”  (“Yerin  vəziyyəti 
barəsindəki zümrüd”) əsərində, özünün atlantikanın o biri 
tayında  yerləşən  torpaqlarda  olmasını  göstərmişdir.  Həmin 
əsər çıxarılmış surət olduğundan alimlər tərəddüd qarşısın-
da  qalırlar.  İş  ondadır  ki,  beş  hissədən  (“kitablar”)  yalnız 


                                                     
 
  
                                                                            
                                                    
104 
üçü  və  dördüncünün  bir  parçası  portuqal  kitabxanalarında 
aşkarlanır  və  ilk  dəfə  1892-ci  ildə  çap  edilib  ictimaiyyətin 
ixtiyarına verilir. 
Həmin  kitabda  müəllif  Atlantik  okeanının  o  tayındakı 
torpaqların  mövcudluğu  barəsində  məlumatlar  verir  və 
qeyd  edir  ki,  o,  ilk  dəfə  həmin  torpaqlarla  hələ  Kabralın 
ekspedisiyasından təxminən altı il əvvəl tanış olmuşdu.
1
 
Bunu  əsas  götürərək,  1494-cü  ildə,  bəlkə  hələ  də  əvvəl 
Cənubi  Amerikanın  kəşfini  Pireyranın  adına  yazmaq  istə-
yirlər. Pireyranın Cənubi Amerikanın kəşfi barəsində Pirey-
ra  da  Silvanın  “Braziliyanın  Portuqal  müstəmləkəçiliyi-
nin tarixi” əsərinin I cildindəki böyük məqaləsində göstəri-
libdir.
2
  J.Roşa-Pombunun  fikrinə  görə  “Kabraldan,  hətta 
Kolumbdan  da  əvvəl  Amerika  qitəsinə  gedib  çıxan  ilk 
portuqal  dəniz  səyyahının  adını  çəkmək  lazım  gəlsə, 
portuqallar  kifayət  qədər  öz  səyyahlarının  namizədliyini 
irəli  sürə  bilərlər.”  Başqa  adlar  yox,  elə  Pireyranın  adının 
üstündə dayansaq bir çox mətləblərin üstünü açmaq olar. 
Orijinal sənədlər olmasa da, Pireyranın Kabraldan əvvəl 
Braziliya  sahillərinə  yan  alması  çox  inandırıcı  səslənir. 
Burada konkret tarix də göstərilir – 1494-cü il. Apardığım 
                                                 
        1
 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-
ческих открытий, II том. Москва, “Просвещение”. 1982. стр.55 
        2
 Portu, 1923 il, portuqal dilində. 


                                                     
 
  
                                                                            
                                                    
105 
araşdırmalar  nəticəsində  mən  də  belə  qənaətə  gəldim  ki, 
Pireyra ilk dəfə Braziliya  sahillərinə gedib çıxıbdır. Bəzən 
mürəkkəb  görünən  işin  açılması  üçün  sadə  üsullardan 
istifadə etməli olursan. Bu sadə üsul nədən ibarətdir?  
Bu məsələni araşdıran zaman mən, birdəfəlik Alkasovas 
müqaviləsinin  qaranlıq  görünən  təfərrüatlarına  aydınlıq 
gətirəcəm. Axı, bəzi alimlər bildirirlər ki, portuqallar 1480-
ci ilə qədər Braziliyanın varlığından hali idilər, məhz buna 
görə  də  onlar  Roma  papasından  o  cür  əlverişli  maddələr 
əldə edə bilmişdilər.   
İlk növbədə mən, Roma papalarının XV əsrdə dünyanın 
bölüşdürülməsilə  bağlı  bullalarını  nəzərdən  keçirməyi 
özüm  üçün  məqsəd  qoydum.  Məhz  ondan  sonra  başa 
düşdüm  ki,  portuqallar  Braziliya  sahillərinə  məhz  1494-cü 
ilin əvvəlində gedib çıxıblar.  
Şimal  yarımkürəsində  Atlantik  okeanını  şərqdən  qərbə 
qət  etmək  üçün,  1000  km.  enində  olan  Kanar  cərəyanının 
akvatoriyası  ən  perspektivli  yol  sayılır.  Ona  görə  ki,  20

qərb uz. şimaldan cənuba doğru Afrika sahilboyu ilə 30

ş. 
en dairəsindən 10

ş. en dairəsinə kimi, saniyədə 10-30 sm. 
hərəkət  edən  okean  çayı  yavaş  olsa  da,  ekvatora 
yaxınlaşmaq üçün gəmilərə yardım edir. 
Kanar cərəyanının 
orta  dərinliyi  500  metrdir.  Məlumdur  ki,  Kolumb  özünün 
transatlantik  səyahəti  zamanı  məhz  Kanar  cərəyanından 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə