  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə37/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   34   35   36   37   38   39   40   41   42

                                                     
 
  
                                                                            
                                                    
151 
Lakin  bəzi  tarixçilər  Alkasovasdakı  bağlanan  müqavi-
ləni  əsas  tutaraq  bəyan  edirlər  ki,  guya  portuqal  dəniz 
səyyahları  1479-cu  ilə  kimi  28-ci  paraleldən  aşağıda  və 
Atlantik okeanının qərb hissəsində yerləşən torpaqları kəşf 
etmiş,  sadəcə  olaraq  onu  hüquqi  cəhətcən  rəsmiləşdirirlər. 
Deməli,  papa  IV  Sikstin  bullası  ilə  yuridik  olaraq  həmin 
ərazilər  Portuqaliyanın  tabeliyinə  keçir.  Əgər,  elə  olsaydı, 
onda illər, əsrlər keçəndən sonra həmin səyyahın adı dünya 
ictimaiyyətinə bəlli olardı.  
7.  Tarixi  qaynaqlarda  göstərilir  ki,  başqa  səyyahlarla 
yanaşı  Duarti  Paşeku  Pireyra  Atlantikanın  o  biri  tayındakı 
torpaqlarda  olubdur.  Bu  bir  qədər  inandırıcı  görünə  bilər. 
Ona görə ki, Kabrala Hindistana gedən zaman yolda “Bra-
ziliyanın  kəşfinin”  rəsmiləşdirilməsi  tapşırığı  verildiyin-
dən,  yolda  heç  bir  gözlənilməz  hadisələrlə  üzləşməsinlər 
deyə, həmin sahilləri  yaxşı tanıyan adam lazım idi. Bu isə 
Pireyra sayılırdı.  
Pireyra  ömrünün  bir  neçə  ilini  Atlantik  okeanın  şərq 
hissəsində,  sonra  isə  orta  hissəsində  üzərək,  həmin  akva-
toriyada  naməlum  adaların  axtarışı  ilə  məşğul  olmuşdu. 
Mənim  fikrmcə,  Pireyra  gizli  tapşırıq  nəticəsində  gedib 
Braziliya  sahillərinə  çıxmışdır.  Sadəcə  dəqiqləşdirmək 
lazımdır ki, neçənci ildə?  
 


                                                     
 
  
                                                                            
                                                    
152 
 


                                                     
 
  
                                                                            
                                                    
153 
Pireyra  bu  haqda  təxminən  1505-1508-ci  illər  arasında 
yazdığı  “Esmeraldo  de  Sita  Orbis”  (“Yerin  vəziyyəti 
barəsindəki zümrüd”) əsərində, özünün, Kabraldan hələ 6 
il  əvvəl  Atlantikanın  o  biri  tayında  yerləşən  torpaqlarda 
olmasını göstərmişdir. Orijinal sənədlər olmasa da, Pireyra-
nın  Kabraldan  əvvəl  Braziliya  sahillərinə  yan  alması  çox 
inandırıcı səslənir.  
8.  Roma  papalarının  dünyanın  bölüşdürülməsilə  bağlı 
bullalarını nəzərdən keçirəndə başa düşdüm ki, portuqallar 
Braziliya  sahillərinə  məhz  1494-cü  ilin  əvvəlində  gedib 
çıxıblar. 
  
Xristofor  Kolumb  Yeni  Dünya  sahillərinə  olan  birinci 
səyahətini  15-i  mart  1493-cü  ildə  başa  çatdırır.  Bu  o 
deməkdir ki, ispanlar gözləmədikləri halda Atlantik okeanı-
nın  qərb  hissəsində  yerləşən  torpaq  ərazilərinə  sahib  çıxa 
bilərlər.  İspan  monarxlarının  təkidi  ilə,  Yeni  Dünya 
sahillərinin  kəşfinin  üstündən  heç  iki  ay  keçməmiş,  Roma 
papası  VI  Aleksandrın  mayın  4-ü  1493-cü  ildə  verdiyi 
“İnter  caetera”  bullası  portuqalları  şok  vəziyyətinə  salır. 
Sənədə  əsasən,  Azör  adalarından  100  liq  qərbdə  yerləşən 
bütün  ərazilər  Kolumbun  səyahəti  nəticəsində  yuridik 
olaraq  ispanların  tabeliyinə  keçir.  Belə  bir  bölgü  ilə 
razılaşmaq, portuqalların atlantikadakı fəaliyyətini minimu-
ma endirirdi.  


                                                     
 
  
                                                                            
                                                    
154 
Kral  II  Juan  boş-boşuna  vaxt  itirmək  fikirində  deyildi. 
İspanların  xəbəri  olmadan  məxfi  ekspedisiyanın  hazırlan-
masına  start  verilir.  1493-cü  ili  başa  vurmamış  portuqal-
ların ekspedisiyası səyahətə çıxmalı idi.  
İlkin vaxt həmin bölgüyə münasibət bəsləmək istəməyən 
Portuqaliya bir ildən sonra öz narazılığını bildirir və təzyiq 
nəticəsində  Roma  papasından  demarkasion  xətti  daha  270 
liq  qərb  tərəfdə  göstərilməsini  tələb  edir.  VI  Aleksandrın 
iştirakı  ilə  hər  iki  krallığın  nümayəndələri  1494-cü  ildə 
Tordesilyas  şəhərində  görüşür  və  iyunun  7-də  bağlanan 
növbəti  müqaviləyə  əsasən,  demarkasion  xətt  Azör  adala-
rından  370  liq  (həmin  adalardan  2200  km.  qərbə)  qərbdə 
göstərilir.  Tordesilyas  müqaviləsinə  görə  demarkasion 
xəttdən  şərq  tərəfdəki  bütün  ərazilər  Portuqaliyanın,  qərb 
tərəfdəki ərazilər isə İspaniyanın tabeliyinə keçir.    
Tordesilyasdakı  müqaviləni  ispanlardan  çox  portuqalla-
rın  qələbəsi  adlandırmaq  olar.  Ona  görə  ki,  1493-cü  ildə 
ispanların təklifi ilə demarkasion xətt Azör adalarından 100 
liq  qərbdə,  portuqalların  təkidilə  Yer  kürəsinin  iki  krallıq 
arasında  bölüşdürülməsini  bildirən  demarkasion  xətt  Azör 
adalarından 370 liq qərbdə müəyyən edilir.  
Papa  VI  Aleksandrın  1493-cü  ilin  dekabr  ayında 
buraxdığı  dördüncü  bullası  portuqal  nümayəndələrini  pis 
vəziyyətdə  qoyur,  məhz  ondan  sonra  onlar  çevik  addım 


                                                     
 
  
                                                                            
                                                    
155 
atmağı qərara alırlar. Cənubu Amerika sahillərinə ekspedi-
siya  göndərilməsi  gündəmə  gəlir.  Onsuz  da  onlar,  Kolum-
bun  kəşf  etdiyi  əraziyə  ikinci  dəfə  yola  düşməsindən  hali 
idilər.  
9. Qış fəslində Şimal yarımkürəsində səyahətlərdə iştirak 
etmək  təhlükəli  olduğundan  çox  güman  ki,  1493-cü  ilin 
dekabrında Pireyra ekvatordan aşağıda Braziliya sahillərinə 
doğru kurs götürmüşdü. O, istədi-istəmədi güçlü və böyük 
okean çayı ekspedisiyanı nəzərdə tutulan məntəqəyə aparıb 
çıxarır.  Pireyra  bir  xəritəşünas  kimi  həmin  sahil  zolağının 
konturlarını  çəkir,  oranın  enlik  və  uzunluq  koordinatlarını 
müəyyənləşdirir. O, artıq vaxt itirmədən geriyə qayıdır.   
Elə  bu  səbəbdən  sahil  zolağını  yoxlamağa  imkan 
tapmayan  Pireyra  elə  zənn  edir  ki,  qarşılaşdığı  torpaq 
ərazisi  materik  yox,  hansısa  bir  adadır.  Axı,  Kolumb  da 
birinci  səyahətindən  geri  qayıdan  kimi,  okeanda  çoxsaylı 
adalar qrupunun kəşf etdiyini bəyan etmişdi. 
Çox  güman  ki,  Pireyra  1494-cü  ilin  birinci  rübündə 
Lissabona  qayıdır.  Koordinatlar  baxımdan  mən  bir  neçə 
variantı  nəzərdən  keçirəndə  belə  bir  nəticəyə  gəldim  ki, 
Pireyra  təxminən  indiki  San-Luis  və  Belen  şəhərləri 
ərazisində  1

c.  en  dairəsi  və
 
42
0
-43
0
  qərb  uzunluğunda 
sahilə çıxmışdı. San-Luisin yerləşdiyi quru torpaq yarmada-
da yerləşdiyindən o, adalar qrupu ilə üzləşdiyini zənn edir.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə