  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə39/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   34   35   36   37   38   39   40   41   42

                                                     
 
  
                                                                            
                                                    
160 
nümayiş  etdirərək,  ölənə  qədər  həmin  sirri  daxilində 
saxlamağa məcbur olmuşdu.    
Bu  məsələdə  portuqallar  Kabraldan  çox  Pireyraya 
minnətdar  olmalıdırlar.  Məhz  onun  səyahətindən  sonra 
Braziliya  sahillərinin  hansı  uzunluqda  yerləşdiyi  bəlli  olur 
və  Portuqal  krallığı  Braziliya  kimi  böyük  bir  tikəni 
ispanların əlindən almağa müvəffəq olurlar. 
                           
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   


                                                     
 
  
                                                                            
                                                    
161 
                         Rəy 
 
“Braziliyanın müəmmalı kəşfi” əsəri bəşəriyyətin Böyük 
coğrafi  kəşflər  dövrünün  (XV-XVII  əsrlər)  əvvəlinə  -  çox 
maraqlı, ziddiyyətli,  qaranlıq məqamları ilə dolu olan zaman 
kəsiyinə həsr olunub. O vaxt böyük dəniz dövlətləri (İspaniya, 
Portuqaliya,  Hollandiya,  Fransa,  İngiltərə  və  s.)  arasında 
Atlantik  və  Hind  okeanlarında  hegemonluq  uğrunda  çox 
gərgin  mübarizə  gedirdi.  Demək  olar  ki,  Yerin  bütün 
hissələrinə  tez-tez  ekspedisiyalar  bir  məqsədlə  göndərilirdi: 
rəqib  ölkələri  qabaqlamaq  və  yeni  torpaq  və  əraziləri  kəşf 
etməyə çalışırdılar. 
Amerikanın  və  Afrikaya  dəniz  yolunun  kəşfi,  yeni  tor-
paqların  müstəmləkələşdirilməsi,  xammal  və  əmtəə  mübadi-
ləsinin  getdikcə  artması  bütövlükdə  ticarətin,  dənizçiliyin, 
manufakturan  inkişafına  təkan  verərək  metropoliyaların 
varlanmasına şərait yaradırdı. Buna görə Hindistanın və Çinin 
zəngin sərvətləri avropalıları çox cəlb edirdi. 
Məlumdur ki, antik və orta əsr dövrlərinin elmləri arasında 
əlaqə  var:  orta  əsr  antik  coğrafi  biliklərə  əsaslanır.  Orta 
əsrlərdə  dini  təsəvvürlərdə  də  Dünya  okeanı  konsepsiyası 
əsasında bütün  okean və dənizlərin bir-biri ilə əlaqəli olması 
fikri qəbul edilmişdir. 
Erkən və Orta əsrlər (IX-XVI ə.) əslində elmin tənəzzülü, 
dini  təsəvvürlərin  hakim  mövqe  tutması  dövrüdür.  Bununla 


                                                     
 
  
                                                                            
                                                    
162 
belə,  bu  mərhələdə  də  səyahətlər  nəticəsində  coğrafi  kəşflər 
və  biliklərin  toplanması  davam  edirdi,  səyyahların  və 
alimlərin  səyləri  nəticəsində  onlara  məlum  ərazilərin  coğrafi 
təsvirlərini,  sxem  və  xəritələrini  yaratmaq  mümkün  olmuş-
dur.  Yeni  davamlı  gəmilər  hazırlanması  ilə  yanaşı,  dəniz 
xəritələrinin  tərtibi  və  gəmiçilik  cihazlarının  (səma  qlobusu, 
astrolyabiya,  qladştok,  kompas  və  s.)  kəşfi  dənizçilərə  daha 
uzaq ərazilərə səyahət təşkil etməyə imkanlar verirdi. 
Orta  əsrlərdə  elmin  inkişafına  yunan  alimi  Klavdi 
Ptolemey  (II  ə.)  böyük  təsir  göstərmişdir.  Səkkiz  kitabdan 
ibarət  “Coğrafiya”  əsərində  Ptolomey  coğrafiyanın  öyrəndi-
yi  sahələri  gösərmiş,  xəritə  tərtib  edilməsi  üsullarını,  onun 
üçün  kartoqrafik  proyeksiyaları  vermiş,  coğrafiyanın 
xəritəşünaslıq  və  ölkəşünaslıq  kimi  iki  sahədən  ibarət  olma-
sını  qeyd  etmişdir.  Onun  digər  kitablarında  8  minə  qədər 
məntəqə və  ərazilərin koordinatları,  27 xəritə əlavə verilmiş-
dir.  Onlardan  biri  bütün  məlum  ərazilərin  xəritəsidir. 
Ptolemeyin xəritəsində Eratosfenin xəritəsinə nisbətən Afrika 
və Asiyada daha geniş ərazilər, onların sahilləri isə daha dəqiq 
təsvir olunur. Yerin əyriliyi nəzərə alınır, dərəcə toru çəkilir. 
Orta  əsrlərdə  ərəb  ölkələrində  coğrafiya  inkişaf  edirdi, 
səyahətlər  nəticəsində  müxtəlif  ölkələr  haqqında  zəngin 
məlumatlar  toplanırdı.  Bu  səyyahlardan  VII  əsrdə  yaşamış 
Übeyd  İbn  Şərqiyyəni,  IX-X  əsrlərdə  yaşamış  İbn  Ruslanı, 
Əl-Məsudini,  XIV  əsrdə  ortalarında  yaşamış  İbn-Bəttutəni 
qeyd  etmək  olar.  Ərəb  səyyahı  Əl-Məsudi  X  əsrdə  Ön 


                                                     
 
  
                                                                            
                                                    
163 
Asiyanın,  Mərkəzi  Asiyanın,  Qafqazın,  Şərqi  Afrikanın, 
İndoneziyanın,  Çinin  təbiəti,  tarixi  və  xalqları  haqqında  əsər 
yazmışdır. O inanırdı ki, Hind və Atlantik okeanları arasında 
əlaqə  mövcuddur.  Mərakeşli  İbn-Bəttutə  Böyük  Səhranı  iki 
dəfə  keçmiş,  Afrikanın  şərq  sahillərində  olmuş,  Volqa  çayı 
boyu  Bulqar  şəhərinə  qədər  getmişdir.  Bundan  sonra  Bəttutə 
Ön  Asiyada,  Mərkəzi  Asiyada,  Hindistanda,  Hind-Çində  və 
Çində  olmuşdur.  1498-ci  ildə  Vasko  da  Qama  bu  ərazilərə 
gələrkən ərəblər Hindistan, Hind-Çin ölkələri və Çin ilə geniş 
ticarət əlaqələrinə malik olmuşlar. 
1271-1292-ci  illərdə  Çin,  Hindistan  və  Hind-Çində  olan 
Marko  Polo  bu  ərazilər  haqqında  Avropaya  ilk  dəfə 
məlumatlar  gətirmişdir.  Bu  ölkələrdə  zəngin  təbii  sərvətlər, 
xüsusilə  ədviyyat  olması  barədə  səyyah  öz  kitabında  yazır. 
Venetsiyalı  Konti  Nikolo  da  bu  dövrdə  (1424-1444)  Hindis-
tan,  Hind-Çin,  İndoneziya,  Seylonda  olmuş,  bu  ölkələr 
haqqında zəngin məlumatlar vermişdir.  
XV  əsrin  ikinci  yarısında  (1466-1471)  Hindistana  səyahət 
edən  rus  taciri  Afanasi  Nikitin  bu  təsəvvürləri  daha  da 
genişləndirdi. 
Beləliklə, tarixi mənbələrin öyrənilməsi bir nəticəyə gətirib 
çıxarır: orta əsrlər dövründə avropalılar əmin idilər ki, Avropa 
və  Hindistan  yaxındırlar,  bu  səbəbdən  Atlantik  okeanından 
keçməklə gəmi səfəri praktiki cəhətdən realdır. 
Yuxarıda qeyd olunan səyahətlər onu göstərir ki, artıq XV 
əsrin  ikinci  yarısında  qərb  istiqamətində  dəniz  yolu  ilə 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə