  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə38/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   34   35   36   37   38   39   40   41   42

                                                     
 
  
                                                                            
                                                    
156 
Mənim  fərziyyəmə  görə  Pireyra  özü  üçün  tanış  olan 
Qvineya  sahllərinə  yaxın  bir  yerdə  Cənubi-Passat 
cərəyanının vasitəsilə qərbə yola düşür və Cənubi Amerika 
materikinin  astanasında,  iki  yerə  bölünən  Qviana  və 
Braziliya  cərəyanları  ilə  rastlaşır.  Şimala  doğru  üz  tutan 
Qviana cərəyanı Pireney yarımadasının yerləşdiyi enliklərə 
qalxdığından  o,  həmin  cərəyanı  seçir  və  təxminən  1

c.  en 
dairəsinə kimi  yol qət edir. Həm də vaxt itirməmk baxım-
dan oradan Avropaya qayıtmaq daha münasib idi.  
Portuqallar Braziliya sahillərini kəşf etməklə istədikləri-
nə nail olurlar. Lakin onlar ağıllarına belə gətirə bilməzdilər 
ki, aşkarladıqları torpaq materikdir.  
Artıq  6  ildən  sonra  Pedru  Kabralın  başçılığı  altındakı 
ekspedisiya  Yaşıl  Burun  adalarından  üzü  cənuba  doğru 
hərəkət  edəndə,  onlar  birbaşa  Cənubi-Passat  cərəyanının 
köməyi  ilə  qərbə  doğru  üz  tutmuş,  lakin  materikə 
yaxınlaşanda  bu  dəfə  şimala  doğru  yox,  cənub  istiqamə-
tində  hərəkət  edən  Braziliya  cərəyanının  suları  ilə  sahil 
zolağına yaxınlaşmışdılar. Həmin səyahət zamanı portuqal-
ları  bircə  şey  maraqlandırırdı,  Afrika  ilə  əks  tərəfdə 
yerləşən  torpaq  ərazisi  nə  irilikdədir?  Bütün  bunlara 
baxmayaraq, ispanlara nisbətən onlar hələ də dərk etmirdi-
lər ki, yan aldıqları sahil zolağı böyük materikə məxsusdur. 
Ona  görə  ki,  onlar  həmin  ərazini  kifayət  qədər  tədqiq 


                                                     
 
  
                                                                            
                                                    
157 
etmədiklərindən  bu  faktı  müəyyənləşdirə  bilməmişdilər. 
İspanlar  isə  Amazonka  çayının  mənsəbini  kəşf  edəndən 
sonra  anlamışdılar  ki,  Tordesilyas  müqaviləsinə  əsasən 
təyin  edilmiş  demarkasion  xətdən  şərq  tərəfdə  qalan  ərazi 
materikdir.  Onların  fikirincə,  Amazonka  kimi  elə  bir  bol 
sulu çay yalnız materik boyda ərazidən keçə bilər. 
Bir  sözlə,  Duarti  Pireyranın  sayəsində  Portuqaliya 
krallığı  nəhəng  bir  əraziyə  sahib  olur.  Halbuki  həmin 
ekspedisiya əvvəlki səyahətlər kimi uğursuzluqla nəticələn-
səydi,  onlar  Atlantik  okeanında  kəşf  etdikləri  adalarla 
kifayətlənməliydilər.  
10. Lazımi məlumatlara malik olan portuqallar, 1494-cü 
ildə  Tordesilyasda  guya  Braziliyanın  varlığından  bixəbər 
kimi ədalətli bölgü olsun deyə, demarkasion xəttin 50

qərb 
uzunluğuna qədər çəkilməsini tələb edirlər. 
Pireyranın  ekspedisiyanın  səyahət  zamanı  əldə  etdiyi 
nəticələrdən  xeyli  razı  olan  kral  II  Juan  növbəti  danışıqlar 
üçün öz diplomatlarını təlimatlandırmışdı.  
Roma  papasının  iştirakı  ilə  ispanlarla  danışıqlar  elə 
aparılmalıydı  ki,  portuqallar  heç  kimi  şübhələndirmədən 
ədalətli  bölgü  kimi  demarkasion  xəttin  Azör  adalarından 
100  liq  yox,  370  liq  qərb  istiqmətində  keçirilməsinə  nail 
olmalıydılar.  Bu  xətt  Kolumbun  kəşf  etdiyi  torpaqlardan 
xeyli sağ tərəfdə, üzü Avropaya yaxın bir yerdə yerləşirdi. 


                                                     
 
  
                                                                            
                                                    
158 
Kolumbun  birinci  səyahəti  zamanı  baş  verən  kəşfin 
nəticələri portuqal nümayəndələrinə xeyir verir. İş ondadır 
ki,  genuyalı  admiralın  kəşf  etdiyi  adalar  65
0
-70

qərb 
uzunluğunda,  Pireyranın  sahilə  yan  aldığı  ərazi  42
0
-43

uzunluğunda yerləşirdi. Əldə olunan kəşflərin arasında 25
0
-
30
0
-lik bufer zonası əmələ gəlirdi və portuqallar bunu əsas 
tutaraq əmin idilər ki, ispanlar demarkasion xəttin 50
0
 qərb 
uzunluğuna  qədər  çəkilməsinə  heç  bir  etiraz  bildirməyə-
cəklər.  
 
 


                                                     
 
  
                                                                            
                                                    
159 
7-i  iyun  1494-cü  ildə  Tordesilyas  müqaviləsi  bağlanır. 
Məlum olduğu kimi həm şimal və cənubu, həm də şərq və 
qərbi  bildirən  demarkasion  xətt  Azör  adalarından  370  liq 
qərbə,  46

30
/
  çəkilir  və  Braziliya  avtomatik  olaraq  Portu-
qal  taxt-tacının  mülkiyyətinə  çevrilir.  İndiki  Braziliyanın 
ucqar  qərb  hissəsindən  başqa  Amerika  qitəsi  bütünlüklə 
ispan  krallarının  tabeliyinə  keçir.  Lakin  buna  baxmayaraq, 
bu  ispanların  tam  qələbəsi  sayılmırdı.  Bununla  da,  Yeni 
Dünya sahillərinin siyasi coğrafiyası yaranır və bu da Roma 
papasının möhürü ilə möhkəmlənir.   
Beləliklə,  portuqallar  Roma  papası  VI  Aleksandr 
Borcianın  vasitəsilə  ispanlara  kələk  gələrək,  Braziliya 
ölkəsinin  əldə  edilməsinə  nail  oldular.  Belə  bir  ədalətsiz 
bölgü  ispanların  haqlı  zəhmətlərinin  üstündən  xətt  çəkirdi. 
Ona  görə  ki,  rəsmi  olaraq  ilk  dəfə  Braziliya  sahillərinə 
ispan  dəniz  səyyahları  –  Visente  Pinson  və  Diyeqo  Lepe 
qədəm  qoymuşdular.  Lakin  onlara  nisbətən  Pireyra  bu 
məsələdə  böyük  dönüş  yaratmışdı.  Kral  II  Juana  hava-su 
kimi  lazım  olan  torpaq  aşkarlanan  kimi  təcrübəli  kapitan, 
ispanlarla növbəti danışıqlara başlanmamışdan əvvəl özünü 
Avropaya  çatdıra  bilmişdi.  Bu  azmış  kimi  o,  Tordesilyas 
danışıqlarında  bilavasitə  iştirak  etmiş  və  Roma  papasının 
vasitəsilə ispanların aldadılmasında mühüm rol oynamışdır. 
Bundan  əlavə  Pireyra  Portuqal  kralına  öz  sədaqətini 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə