  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə41/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   34   35   36   37   38   39   40   41   42

                                                     
 
  
                                                                            
                                                    
168 
kralı  I  Manuelin  məxfi  tapşırığı  ilə  həmin  səhvə  yol  varmiş, 
yəni nəzərdə tutulan kursdan yayınmışdır? 
Ramiz Dəniz belə nəticəyə gəlir ki, Kabralın ekspedisiyası, 
gəmiləri idarə edən peşəkar dənizçilər kral I Manuelin verdiyi 
məxfi  tapşırığı  yerinə  yetirmişdilər.  Yəni,  bi  ekspedisiyanın 
heyəti  nəyin  bahasına  olursa  olsun,  Atlantik  okeanın  qərb 
sahillərində  yerləşən  portuqallara  məlum  olan,  lakin  dünya 
icimaiyyətindən  gizlin  saxlanılan  torpaqların  varlığını 
rəsmiləşdirmək idi. 
Tarixi  mənbələrdə  göstərilir  ki,  Kabralın  ekspedisiyanın 
iştirakçısı Duarti Pireyra Atlantikanın o biri tayındakı torpaq-
larda  olubdur.  Pireyra  gizli  tapşırıq  nəticəsində  1494-cü  ildə 
ilk dəfə Braziliya sahillərinə gedib çıxmışdır. Yazıçı-tədqiqat-
çının  araşdırmaları  da  bunu  təsdiqlədi.  Deməli,  Pireyra 
Kabraldan  6  il  əvvəl  Braziliya  sahillərinə  çatmışdır  və  ora 
aparan yolu da tanıyırdı. 
Braziliyanın  sahillərinə  çatan  Duarti  Pireyra  həmin  sahil 
zolağının konturlarını çəkib, oranın koordinatlarını təyin edir. 
Lakin  kralın  tapşırığını  yerinə  yetirməyə  tələsən  və  bu 
səbəbdən  sahil  zolağını  yoxlamağa  imkan  tapmayan  Pireyra 
elə  zənn  edir  ki,  qarşılaşdığı  torpaq  materik  yox,  hansısa  bir 
adadır. Bu səhvi 6 ildən sonra P. Kabral bir daha təkrarlayır. 
Portuqallar  istədiklərinə  nail  olurlar,  lakin  onlar  bilmirlər  ki, 
aşkarladıqları torpaq materikdir. 
Lazımi məlumatları əldə edən portuqallar, guya Braziliya-
nın varlığından bixəbər kimi ədalətli olsun deyə, demarkasion 


                                                     
 
  
                                                                            
                                                    
169 
xəttin  50
0
  q.  uz-na.  qədər  çəkilməsini  tələb  edirlər.  İspan 
nümayəndələri əmin idilər ki, qərbdəki torpaqlardan xəbərsiz 
olan  portuqallar  Atlantikadan  bir  qədər  artıq  su  hövzəsinə 
yiyələnmək  istəyirlər.  İspanlar  artıq  münaqişə  yaranmasın 
deyə,  heç  kimə  lazım  olmayan  okean  sularını  portuqallara 
güzəştə  getməyə  etiraz  etmirlər.  Burada  portuqalların  həm 
bəxti gətirmiş, həm də Kolumbun birinci səyahəti onlara xeyir 
vermişdi. Belə ki, onun hesabatında 65

və 70

q. uz-dan. şərq 
tərəfdə yalnız okean suları göstərilirdi. 
1494-cü  ildə  bağlanan  Tordesilyas  müqaviləsinə  görə 
demarkasion  xətti  Azor  adalarıdan  270  liq  qərbə  doğru  (46

30

q.u.)  çəkilir  və  Braziliya  avtomatik  olaraq  portuqal  taxt-
tacının  mülkiyyətinə  çevrilir.  Beləliklə,  portuqallar  Roma 
papası  VI  Aleksandrın  vasitəsilə  ispanlara  kələk  gələrək 
Braziliyanın əldə edilməsinə nail olurlar. 
Əsərin  müəllifi  düzgün  olaraq  qeyd  edir  ki,  belə  bir 
ədalətsiz  bölgü  ispanların  haqlı  zəhmətlərinin  üstündən  xətt 
çəkirdi. Ona görə ki, rəsmi olaraq ilk dəfə Braziliya sahilləri-
nə  ispan  dəniz  səyyahlar  –  Visente  Pinson  və  Diyeqo  Lepe 
qədəm qoyduqları üçün (1500-cü ilin yanvar-fevral ayları) bu 
kəşf onların adı ilə bağlanmalıdır. 
XV  əsrdə  təşkil  olunan  dəniz  səyahətlərinin  aqibəti  və 
müvəffəqiyyət  qazanması  bəzi  hallarda  təsadüfdən  asılı 
olurdu.  Məsələn,  kral  II  Juan  Kolumbun  təklifini  qəbul 
etsəydi,  onda  Amerikada  yerləşmiş  keçmiş  müstəmləkələrin 
əksəriyyətində portuqal dilində danışacaqdılar. Yaxud, Ameri-


                                                     
 
  
                                                                            
                                                    
170 
kanı  Portuqaliyanın  xidmətində  olan  F.  Van  Olmen  kəşf  edə 
bilsəydi, onda qərbin tarixi tamamilə başqa cür olardı. 
Tarixdə  baş  vermiş  maraqlı  təsadüflərdən  biri  də  dörd 
məşhur  səyyahın  hər  birinin  eyni  fikir  söyləməsidir:  X. 
Kolumb, D. Pireyra, C. Kabot və P. Kabral Amerika sahillə-
rinə  çıxanda  oranın  Şərqi  Asiya  olduğunu  zənn  etmişdilər. 
Səyahətini  X.Kolumbdan  5  il  sonra  (1497-ci  ildə)  başlamış 
Con  Kabot  yeni  materik  torpağına  ondan  tez  ayaq  basmışdır 
çünki  Kolumb  Cənubi  Amerikanı  üçüncü  səfərində,  yəni, 
1498-ci ildə kəfş etmiş, lakin sahilə çatmamışdır.  
Əsərin  müsbət  cəhətlərindən  biri  də  verilmiş  illüstrativ 
(şəkillər,  xəritə-sxemlər,  xəritə  üzərində  demarkasion  xətti, 
qədim  və  yeni  xəritələrin,  qlobusun  təsvirləri  və  s.)  .  Həmin 
illüstrasiyalar  oxucunun  diqqətini  cəlb  edir  və  böyük  maraq 
doğurur. 
Yazıçı-tədqiqatçı Ramiz Dəniz öz əsərində coğrafi kəşflər 
tarixinə, dəniz səyahətləri nəticəsində əldə olunmuş biliklərə, 
böyük  səyyahların  fəaliyyətinə  tənqidi  münasibət  göstərmək-
lə,  həm  də  elmin,  o  cümlədən,  xəritəşünaslığın  inkişafına  da 
toxunur. Əsərdə müəllif Martin Behaymın düzəltdiyi qlobusda 
(1492) Amerika qitəsinin təsvir olunmadığına aydınlıq gətirir 
və  həmin  qlobusun  açılmış  vəziyyətdə  maketinin  təsvirini 
verir. 
Florentsiyalı  alim  Paolo  Toskanelli  1474-cü  ildə  tərtib 
etdiyi  məşhur  dünya  xəritəsinə  görə  Avropada  böyük  şöhrət 
qazandı. Toskanelli Portuqal kralı V Alfonsa Yerin kürə şəkil-


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə