  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə42/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

                                                     

 

  



                                                                            

                                                    

155 

yaşamadı. Öz torpaqlarını atıb xaric ölkələrə qaçanları erməni 



adlandırmağa adamın dili gəlmir. 

-  Bəlkə,  Edik  humanist  olduğundan  o,  heç  kimin  qanını 

tökmək istəməyibdir. – deyə rus ziyalısı illər boyu öz həyətin-

də saxladığı ermənini müdafiə etməyə çalışdı. – Necə olsa da 

o,  ailəsi  ilə  birlikdə  uzun  müddət  azərbaycanlılarla  qonşu 

olubdur.  

-  Biz  hamımız  türklərlə  yanyanaşı  yaşamışıq,  lakin  buna 

baxmayaraq  azadlıq  müharibəsində  iştirak  etmək  üçün 

hamılıqla silaha sarıldıq. – deyə zabit iradə ilə dilləndi. 

Erməni zabiti rus ziyalısı ilə söhbət etdiyindən, yaşlı ermə-

nilər  Roberti  əhatəyə  alıb  erməni  dilində  iradlarını  bildirir-

dilər.  Robert  bir  qədər  aralıda  olsa  da  o,  qocaların  iradlarını 

dinləməsinə  baxmayaraq,  eyni  vaxtda  tarixçi  ilə  zabitin 

danışıqlarına  qulaq  asırdı.  Vəziyyəti  sabitləşdirməyə  çalışan 

Sergey aludəliklə dedi: 

- Yoldaş zabit, insan xarakteri cürbəvür olur. Kim cəsarətli, 

fədakar, mərd, qormaz və qətiyyətli, kim isə ehtiyatlı, təhlükə-

dən çəkinən, qan axıtmaq istəməyən, humanist fikirli olur.  

- Humanizm fikirləri, bizdən uzaq olan bir prinsipdir. Ona 

görə  ki,  biz  əsrlər  boyu  bizə  pislik  edən  bir  millətə  qarşı 

müharibə aparırdıq və damarlarında erməni qanı axan hər bir 

kəs həmin müharibədə iştirak etməyə məcbur idi. Lakin Edik 

qorxaqlıq  göstərərək,  həmyerlilərini  pis  vəziyyətdə  qoyub 

xaricə qaçdı. 




                                                     

 

  



                                                                            

                                                    

156 

- Mənə elə gəlir o, təbiətən qorxaq deyil, sadəcə, humanist 



prinsiplərini üstün tutaraq, qan axıtmaqdan boyun qaçırmışdı. 

Bundan sonra zabitin dodaqlarında acı təbəssüm sezildi və 

o, qaşlarını qaldıraraq ciddi halda dedi: 

-  Mən  Ediki  hələ  uşaqlıqdan  tanıdığım  üçün  qətiyyətlə 

deyə bilərəm ki, o, anadan gəlmə başkəsən olubdur. O, tülkü 

kimi  hiyləgər  olduğundan  daim  özündən  güclü  adamlara 

yaltaqlanmış, lakin zəif, kimsəsiz insanları zəlil günə salmaq-

dan  həzz  alardı.  Humanizm  prinsipləri  onun  xarakterinə 

uyğun gəlmir. Edik, ölən qohumlarını dəfn edən zaman, onla-

rın qəbri üzərində birdən-birə beş türkün başını kəsir, halbuki 

biz həmin əsirləri türklərdə olan əsirlikdə olan öz soydaşları-

mız ilə dəyişə bilərdik. Humanist olan kəs belə bir hərəkətə əl 

atardı? 

Edik  silahlı  türklərin  yox,  əliyalın  insanların  qanını 

axıtmaqda  mahir  usta  saılırdı.  O,  bunu  ona  görə  edirdi  ki, 

öldürdürdüyü  insanların  malı-mülkünə  sahib  çıxsın.  Lakin 

buna  baxmayaraq  dələduz  kimi  özünü  tanıtdıran  Edik,  öz 

həmyerlilərindən də oğurluq edərək, aradan çıxıbdır.  

Hörmətli pedaqoq, - o, əli ilə qocaları göstərərək – bilmək 

istəyirsən,  bu  yaşlı  insanlar  nəyə  görə  belə  bir  şəkildə 

hiddətləniblər?  Kəndin  ərazisində  türk  qəbristanlığı  vardı. 

Başda  Edik  olmaqla,  bir  neçə  sakin,  o  cümlədən,  şikayətə 

gələn  bu  qocalar  qəbir  üstü  mərmər  daşları  söküb  evlərinə 

gətirmişdilər. O birilərinə nisbətən həmin dələduzun rayondan 

kənarda kommersiya ilə məşğul olan çoxlu dost-tanışları vardı 



                                                     

 

  



                                                                            

                                                    

157 

və o,  gəlib camaata deyir ki,  mərmərləri satmaq  üçün sərfəli 



müştəri  tapıbdır.  Camaat  da  çörək  pulu  əldə  etmək  üçün  öz 

mallarını  Edikə  tapşırırlar.  O,  da  dələduzluğunu  nümayiş 

etdirmək  üçün  mərmərləri  İrəvanda  və  Gürcüstanda  sataraq, 

naməlum  istiqamətdə  yoxa  çıxır.  Hətta  atası  minaya  düşüb 

öləndən  sonra  da  o,  qorxaq  kimi  gəlib  dəfndə  iştirak  etmə-

mişdi.  


Öz aramızda qalsın, deyilənə görə Alberti elə yerli camaat, 

oğlundan  qisas  almaq  üçün  bilərəkdən  öldürərək,  mina 

ərazisində partlatmışdılar.  

Eşitdiyi  sözlərdən  dəhşətə  gələn  rus  ziyalısıın  dili-ağzı 

qurumuşdu. O, inana bilmirdi ki, tanışı barəsində belə bir tük 

ürpədici  ifadələr  söyləyirlər.  Həmin  an  Sergey  öz-özünə 

düşünməyə  başladı:  Bu  həqiqətdir,  yoxsa  Rusiyaya  pənah 

aparmış  bir  insanın  ünvanına  söylənilən  iftira?  Buradakı 

insanlar  hansı  prinsiplərlə  yaşayırlar?  İnsan  da  bu  dərəcədə 

əzazil olarmış? Ölənlərin də qəbri üstündə günahsız insanların 

başları  kəsilərmiş?  Ölənlərin  də  qəbri  sökülərək,  sonra  isə 

həmin materiallar kommersantlara satılarmış? Deyəsən, bura-

da yaşayanların hamısı ağıllarını itiriblər? onlar başa düşmür-

lər ki, ölən adamın torpağa tapşırılandan sonra nəinki məzarı-

na,  heç  qəbrinə  də  toxunmaq  olmaz.  Bunlar  isə  qəbirlərdən 

oğuladıqları baş daşıları üstündə, xəcalət hissi çəkmədən bir-

birilərilə düşmənçilik aparırlar. Ölən adamların qəbrini sökən-

lər özlərini necə sivil insan, necə xristian adlandıra bilərlər.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə