  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə50/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   46   47   48   49   50   51   52   53   ...   113

                                                     

 

  



                                                                            

                                                    

181 

axtarırlar. Onun fikirincə, bunların hamısı mənası olmayan bir 



uşaq nağılına bənzəyir. 

 



Sanki bu əraziyə dünyanın ən qatı cinayətkarı yığılışıbdır. 

– deyə arxeoloq həmsöhbətini düşüncələrdən ayırdı. - Mənşə-

yi bilinməyən

  narkobaronların  gəlişi  mütəmadi  xarakter  alıb-

dır.  İşğal  edilmiş  Qarabağ  ərazisində  məskunlaşmış  əfqanlar 

ermənilərlə  birlikdə  orada  narkotik  xassəli  bitkiləri  əkib 

becərərək, onlardan narkotik vasitələr istehsal edir və bu mad-

dələr yaxın region ölkələrinə, xüsusən də Rusiyaya göndərilir. 

Yolda  gələrkən,  sürücü  mənə  həmin  plantasiyaları 



göstərdi. – deyə Sergey təəssüf hissilə dilləndi. – Narkotik bit-

kilərin aşkar şəkildə əkilməsi məni xeyli dərəcədə təəccüblən-

dirdi.  Onlar  bunu  onunla  əsaslandırırlar  ki,  guya  həmin 

narkotikanı düşmənlərini məhv etmək üçün əkirlər. 

 



Qarabağdakı qanunsuzluqlar o həddə çatır ki, hətta 2001-



ci ildə ABŞ Dövlət Departamenti hesabat da verməli olmuş və 

həmin  hesabat  nəinki  burada  olanları,  o  cümlədən  dünyanın 

hər bir yerində yaşayan ermənilərin hamısını hiddətləndirmiş-

di. Lakin buna baxmayaraq onlar arsızlıqlarına vurub, cinayət 

əməllərini davam etdirirlər. 

 

Bu məsələ ilə bağlı hər iki ziyalının fikri üst-üstə düşürdü. 



Separatçı-terrorçu rejim işğal altında olan ərazilərdə narkotik 

maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf 

etməsi  üçün  bütün  zəruri  şərait  yaratmışdır.  Bu  faktlar  ABŞ 

Dövlət  Departamentinin  2001-ci  ilin  martında  açıqlanmış 

hesabatında öz əksini tapmışdır.

 



                                                     

 

  



                                                                            

                                                    

182 

Ətrafını  diqqətlə  süzən  arxeoloq  ehtiyat  üçün  səsini  daha 



da yavaşıdaraq ürəkyanğısı ilə dedi:

 



Sergey  Vladimiroviç,  adam  belə  faktları  görəndə  və 

eşidəndə dəhşətə gəlir. Qarabağa gələnə qədər mənim erməni-

lərə böyük hörmətim  vardı, lakin bütün  bu neqativ hallardan 

sonra  mənim  onlara  nifrət  bəsləməkdən  başqa  çarəm  qal-

mayıbdır. Səbirsizliklə buradan uzaqlaşacağım  günü gözləyi-

rəm.  Millətinin  haqsız  əməllərinə  tab  gətirməyən  akаdemik 

Keqоr  Pаtkаnyаn  soydaşları  barəsində  yazırdı:  «Ermənilər 

həmişə  yаşаdıqlаrı  yerlərin  yаrаmаz  sаhibləri  оlublаr,  öz 

yахınlаrını  sаtаrаq,  həmişə  güclü  qоnşulаrınа  məhаrətlə 

qulluq ediblər».

 

-  Artıq  mən  belə  başa  düşürəm  ki,  buraya  gəlməkdən 

peşmançılıq  hissi  keçirirsiniz.  –  sonra  tarixçi  bir  qədər  ara 

verib  həmsöhbətinin  baxışlarını  süzə-süzə  ciddi  halda  soruş-

du.  –  Vladimir  Palıç,  əgər  burada  görülən  işlər  sizi  qane 

etmirsə,  bəs  nəyə  görə  hələ  də  arxeoloji  qazıntılarla  məşğul 

olursunuz?

 

-  İş  ondadır  ki,  hər  dəfə  məvacib  alanda  mənim  üç  aylıq 



maaşımı  sonraya  saxlayırlar.  Bu  minvanla  onlar  mənim 

ekspedisiyadan getməyimə bir maneə yaradırlar.

 

- Bu söhbətlərdən mənə aydın oldu ki, siz hansısa bir elmi 



ekspedisiyada yox, tamamilə başqa bir qrupda – fırıldaqçılar-

dan ibarət olan bir seksiyada çalışırsınız. Məsləhətim odur ki, 

həmin maaşı almadan buradan uzaqlaşın. Yoxsa, onlar həmin 

pula görə uzun müddət sizin özlərindən asılı edəcəklər. 

 



                                                     

 

  



                                                                            

                                                    

183 



Bu  haqda  mən  çox  fikirləşmişəm,  lakin  qəti  qərara  gələ 



bilmirəm.  –  deyə  arxeoloq  ümidsiz  halda  dilləndi.  –  Pulları-

mın hamısını alan kimi bəlkə, payızda Rusiyaya qayıtdım. 

 

Onlar söhbət edən zaman Robert kabab yemək üçün Serge-



yi səslədi. O, da məcburi olaraq səsləyən adamın yanına qayıt-

dı və yenicə tanış olduğu soydaşını süfrə arxasına dəvət etdi.

 

Gecələmək üçün Robertin evi çox yararsız idi. Məhz buna 



görə  də  o,  çəpər  qonşusundan  xahiş  edərək,  həmin  gecəni 

onun  evində  qalmalı  oldular.  Səhər  açılanda  nahar  yeməyin-

dən  sonra  Sergey  artıq  vaxt  itirmədən  yollarını  davam 

etdirməyi məsləhət bildi. Elə Robertin də burada çox qalmağa 

hövsələsi yox idi. 

 

Kənddə  maşın  az  olsa  da  onlar  Ermənistana  gedən  maşın 



tapmaqda  çətinlik  çəkmədilər.  Sergey  vaxtilə  Cəbrayıl 

rayonunda  olduğu  üçün  sürücüdən,  Qarakənddən  birbaşa 

həmin rayona getməyi xahiş etdi. Adı çəkilən kənddən ayrılan 

sürücü qonaqları dağ yolları ilə Cəbrayıl rayonunun ən səfalı 

yerlərinə, o cümlədən Xudafərin körpüsünün salındığı əraziyə 

gətirir  və  izah  edir  ki,  burada  turizm  obyektləri  tikilən  kimi 

həm Ermənistandan, həm də İrandan turist axını olacaq. Ona 

görə ki, lazım olanda həmin tarixi körpü fəaliyyət göstərir və 

İrandan  Azərbaycanın  işğal  olunmuş  rayonlarına  müxtəlif 

sahələrdə  çalışan  iş  adamları  gəlirlər.  Həm  də  bu  körpünün 

vasitəsilə  Qarabağda  qalmaq  istəməyən  yerli  sakinlər  İrana 

qaçır, oradan isə qaçqın kimi dünyanın müxtəlif ölkələrinə üz 

tuturlar.

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə