  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə53/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   49   50   51   52   53   54   55   56   ...   113

                                                     

 

  



                                                                            

                                                    

191 

dağına  gedən  yolun  üstündə  yerləşən,  ermənilərin  işlətdiyi 



restorana  getdi.  Adəti  üzrə  Robert  hər  dəfə  Pyatiqoskiyə 

gələndə, yemək qəbul etmək üçün bu restorana gəlirdi, ona 

görə  ki,  iaşə  obyektin  administratoru  onun  həmyerlisi 

Qriqori idi.  

Bu gün havanın soyuq keçməsinə baxmayaraq restoranın 

bir  küncündə,  daha  doğrusu  sarmaşıqla  örtülmüş  talvarın 

altında  düzəldilmiş  açıq  zalda  banket  təşkil  olunmuşdu. 

Oradakı banketdə təxminən on beş adam vardı və hamısı da 

ürək  dolusu  danışıb  gülürdülər.  Gələn  müştərilərin  vaxtı 

xoş  keçsin  deyə,  zalda  milli  geyimlərdə  olan  erməni 

musiqiçiləri balabanda, zurnada, klarnetdə, tarda, nağarada, 

qarmonda, lirik və şən mahnılar ifa edirdilər.   

Pyatiqorskidə bir-birilərini tanıyan bir neçə erməni ailəsi 

vardı  və  onlar  mütəmadi  olaraq  bir-biriləri  ilə  əlaqə 

saxlayırdılar.  Rus  pedaqoqu  öyrənir  ki,  burada  yaşayan 

ermənilər  təkcə  Bakıdan  və  ya  Qarabağdan  yox,  həm  də 

Ermənistanın özündən də gəliblər. Sergey öz-özünə belə bir 

sual  verməli  olur:  işdir,  ermənilər  azərbaycanlılar  tərəfin-

dən  sıxışdırılıb  Azərbaycandan  qovulublarsa,  onda  kimlər 

erməniləri  Ermənistandan  didərgin  salıbdır?  Bu  sual  onu 

həddindən artıq maraqlandırdığından o, məhz Pyatiqorskidə 

yaşayan  ermənilərin  özlərindən  həmin  suala  cavab  tapmaq 

istəyirdi. 



                                                     

 

  



                                                                            

                                                    

192 

Rus pedaqoqu Robertlə birlikdə fəvvarə ətrafında qoyul-



muş masa arxasında əyləşdi. Buradan demək olar ki, bütün 

zalı seyr etmək mümkün idi.  

Süfrəyə soyuq salatla yanaşı yarpaq dolması, lülə və tikə 

kababları  qoyulmuşdu.  İçkilərdən  isə  məşhur  müalicəvi 

Qafqaz  mineral  sularından  əlavə,  yalnız  rus  arağı 

gətizdirilmişdi.  Sergey  ilk  dəfə  bu  restorana  ayaq  basanda 

ona hörmətli qonaq kimi erməni konyakı verilmişdi. Lakin 

o,  həmin  içkidən  bir  neçə  qurtum  içən  kimi  ağızdolusu 

təriflənən  konyakdan  qətiyyətlə  imtina  etmişdi  və  hətta 

bildirmişdi ki, əsl konyakın dadı bu cür açı olmur. Bir növ 

belə  bir  subyektiv  fikir  söyləməklə  o,  qulluğunda  duran 

erməniləri pis vəziyyətdə qoymuşdu.  

Onlar  ilkin  badəni  içən  kimi  hərdənbir  zalda  çalınan 

oğurluq  azərbaycan  musiqilərinə  qulaq  asmağa  başladılar. 

Musiqiyə  qulaq  asmaq  üçün  hər  kəsin  öz  zövqü  olduğu 

halda,  Robert  elə  hey  çalışırdı  ki,  rus  ziyalısının  diqqətini 

məhz  çalğı  alətlərində  ifa  edən  incəsənət  nümayəndələrinə 

cəlb  etsin.  Ona  görə  ki,  hər  dəfə  fasilədən  sonra  hər  hansı 

mahnı  oxunurdusa  və  ya  musiqi  səsləndirilirdisə,  tamada 

bunu  ermənilərə  xas  olan  tərzdə  səsləndirirdi;  ermənilərin 

milli  aləti  tarda,  kamançada  və  ya  balabanda  çalır  filan-

kəsov filankəs. Yəni, o, heç kimdən çəkinmədən, heç nədən 

utanmadan, heç nəyə görə vicdan əzabı çəkmədən – sadəcə 



                                                     

 

  



                                                                            

                                                    

193 

olaraq həmin hisslər onda olmadığı üçün – restorana gələn 



həm  yerli,  həm  də  əcnəbi  qonaqlara,  çalınan  musiqi 

alətlərlə yanaşı, ifa olunan mahnıları özününkü kimi təqdim 

edirdi.   

Bir  neçə  dəqiqə  keçəndən  sonra  alçaqboylu,  sallaq 

qarınlı,  yekə  sifətli,  yekə  ağızlı,  qalın  əyri  burunlu,  kobud 

bənizli, 57 yaşlı Abram adlı bir yəhudi gəlib onlara yaxın-

laşdı  və  Sergeylə  görüşərək  qucaqlaşdı.  Abram  biznes  işi 

ilə məşğul idi və hər ay Stavropolun kurort şəhərlərinə qoz, 

fındıq,  şabalıd,  badam,  fıstıq,  kişmiş  gətirirdi.  Son  illər 

onun biznesi yaxşı inkişaf etmişdi və o, həmin malları artıq 

sifarişlə gətirirdi.  

Sergey Abramla dörd il bundan əvvəl elə burada, Eduar-

dın dul qalmış bacısı Jannanın sayəsində tanış olmuşdu. O 

vaxt  həmin  yəhudi  erməni  qadını  ilə  vətəndaş  nigahında 

yaşayırdı.  Elə  indi  də  onlar  görüşən  kimi  Sergey  ondan 

Jannanı  soruşdu.  Abram  əlini  pəncərə  ağzında  qoyulmuş 

masanın  arxasında  əyləşən  iki  qadına  və  iki  kişiyə  tərəf 

uzatdı.  Robert  əmisi  qızının  burada  olduğunu  bilən  kimi 

qanı qaraldı və həmin tərəfə nəzər də salmadı. Sergey isə öz 

məmnunluğunu  gizlətmədi  və  bildirdi  ki,  bir  azdan  sonra 

gedib tələbəsinin anası ilə görüşəcək. Bundan sonra biznes-

men artıq sorğu-sual etmədən onu rahat buraxdı və gəldiyi 

yerə qayıtdı.  



                                                     

 

  



                                                                            

                                                    

194 

Hər  şeyə  diqqət  yetirən  rus  pedaqoqu  fikir  verdi  ki, 



Robert  gedib  əmisi  qızı  ilə  görüşmədi  və  istər-istəməz 

bunun səbəbini soruşdu. Robert də bunu Jannanın danışdığı 

ifadələrə fikir verməməsi ilə izah etdi.  

Burada  olan  adamların  bir  çoxu  Roberti  yaxından 

tanıyırdılar  və  imkan  tapan  kimi  bəziləri  gəlib  onunla 

görüşürdülər. Onlardan biri hündürboylu, iriqamətli, kobud 

sifətli  bir  erməni  acıqlı  vəziyyətdə  Robertə  yaxınlaşıb, 

sanki Sergey eşitsin deyə, rus dilində ciddi halda dedi: 

-  Edik,  sənə  olan  hörmətin  həddi-hüdudu  var.  Bizim 

xalqımızın  belə  bir  ağır  gündə,  hansısa  bir  türkün  burada 

olması, bizim qəzəbimizə səbəb olur. Məsləhət bilərdim ki, 

həmin  adamı  buradan  uzaqlaşdırasan.  Yoxsa,  arada  böyük 

narazılıq baş verər. 

- Kimi nəzərdə tutursan? – deyə təəccübünü gizlətməyən 

Robert erməni dilində soruşdu. 

-  Əlbəttə  ki,  türk  qohumunu!  –  deyə  həmin  adam 

tərəddüd etmədən dilləndi və gəldiyi yerə qayıtdı.  

Bu ifadələrdən sonra pərt olan erməni nəzərləri ilə ətraf-

dakı  masaları  seyr  etdi  və  axtardığı  adamı  Abramla  əmisi 

qızının  yanında  gördü.  O,  əvvəlcə  bir  neçə  dəqiqə  bundan 

qabaq masasına yaxınlaşan həmin naməlum adamın yanına 

yollanıb, nəyisə müzakirə etməyə başladı. Onların hərəkəti-

ni  izləyən  rus  qonaq  elə  başa  düşüdü  ki,  indi  aralarında 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə