  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə61/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   57   58   59   60   61   62   63   64   ...   113

                                                     

 

  



                                                                            

                                                    

223 

Jannanın  qardaşı  Edik  elə  hər  dəfə  azərbaycanlıları 



pisləyir,  lənətləyir  və  heç  vaxt  onlarla  barışmayacağını 

iddia edir. 

Ağlıma  da gələ bilməzdi ki, onların demək olar ki, tam 

əksəriyyəti  Qafqazın  cənubuna  başqa  ərazilərdən  köçürül-

mədir. Maraqlıdır, bəs onlar nəyə görə orada torpaq iddiası 

aparırlar? 

Axırıncı  dəfə  Ermənistana  gedənə  qədər  mən  elə 

bilirdim ki, Qarabağ camaatı onun ailəsinə həddindən artıq 

ziyan  yetirmiş  və  özlərini  də  yaşadıqları  yerdən  qovublar. 

Sən demə bunların hamısı yalan imiş. Amma düşmənçiliyi-

nin  ifrat  dərəcəyə  çatmasında  əsas  səbəbi,  onun  yaxın 

qohumlarının, o cümlədən, atasının Qarabağ müharibəsində 

öldürülməsidir.  

-  Alim  dostum,  Azərbaycan  elə  bir  məkandır  ki,  sakit 

otursan  və  hamı  ilə  xoş  münasibətdə  olsan,  heç  kimin 

səninlə  işi  olmaz,  əksinə  sən  onlar  üçün  ən  əziz  adam 

sayılarsan.  Ermənilər  isə  millətçilərin  fitvasına  uyuyaraq, 

dinc oturmaq istəmədilər və başqasının ərazisini mənimsə-

mək  üçün  açıq  müharibəyə  başladılar.  Həmin  müharibədə 

azərbaycanlıların  pulu  ilə  zəngin  varidat  toplayan  erməni-

lərin əsl iç üzü açıldı.  

-  Sonunçu  görüntülərdən  sonra  mən  görüdüm  ki,  onlar 

qisasçılıq prinsipi ilə yaşayırlar. Meksika parlamenti Xocalı 



                                                     

 

  



                                                                            

                                                    

224 

hadisəsi  ilə  bağlı  qətnamə  çıxaranda  Eduardın  anasının 



ürəyi tab gətirməyib partladı. Ona görə ki, o, ərinin qisasını 

ala bilməmişdi.  

- Xocalı hadisəsi yox, Xocalı soyqırımı adlandırsaq daha 

dəqiq  olar.  Onların  vəhşiliyini  görəndə  Üçüncü  Reyxin 

ideoloqları Gitler, Göbbels, Gimler və başqaları ermənilərə 

həsəd aparardılar. Hamı bilir ki, alman faşistləri konslager-

lərdə 6 milyon soydaşarımızı fiziki cəhətdən məhv ediblər, 

lakin  buna  baxmayaraq  həmin  ölüm  düşərgələrindən  sağ 

çıxan yəhudilər oldu. Qarabağdakı hadisələri izləyən zaman 

Uca  Tanrıya  şükür  etdim  ki,  nasistlər  erməni  millətçiləri 

kimi  olmayıblar.  Yoxsa,  Avropa  ölkələrində  bir  nəfər  də 

olsun yəhudi sağ qalmazdı. 

Xocalıda  ermənilər  olmazın  qətliama  imza  atıblar  və 

bunu  bir  çox  Avropa  jurnalistləri  qəzet  səhifələrində 

işıqlandırmağa  məcbur  olublar. Samuel A. Uilms.  “Ermə-

nistan  terrorçu  “xristian”  ölkənin  gizlinləri”,  adlı  kita-

bında - ermənlərin böyük fırıldaq seriyalarından olan I  –ci 

cildində yazır: "...Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc 

sakinlərinin  -  qadınların,  uşaqların,  qocaların  eybəcər  hala 

salınmış cəsədlərini gözlərimizlə gördük… Bu, tükürpədici 

mənzərə  idi.  5-6-yaşlı  uşaqları,  qundaqdakı  körpələri, 

hamilə  qadınları  vəhşiliklə  öldürən  ermənilər  cəlladlıqda 

heç kəslə müqayisəyə gəlməzlər”. 




                                                     

 

  



                                                                            

                                                    

225 

Ermənilərə  xüsusi  simpatiyası  olan  fransızlar  da  həmin 



qətliama göz yuma bilmədilər və onlar həmin faciə ilə bağlı 

mətbu  orqanlarında  məqalələr  dərc  etdirməyə  başladılar. 

Həmin qırğının şahidi olmuş fransız jurnalisti Jan İv Yunet 

yazır:  “Əsirlər  var.  Qışda  onları  səhərlər  ayaqyalın  qarın-

buzun  üzərinə  çıxarırlar.  Təpələrindən  soyuq  su  tökür, 

başlarında  şüşə  sındırır,  sonra  təzədən  kameraya  salırlar. 

Əsl  işgəncələr  isə  bundan  sonra  başlanır.  Barmaqlarını 

qapının  arasına  qoyub  qırır,  cığırdıqca  rezin  dəyənəklə 

döyürlər.  Çoxu  əzablara  tab  gətirməyərək  dəli  olub  ölür. 

Biz  növbəti  kəndi  zəbt  edəndə  bir  erməninin  diri  uşağı 

götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi 

ilə anasının sifətinə, başına o qədər döydü ki,  övladının al 

qanına bulaşmış qadın dəli olub gülməyə başladı”. 

- Abram, eşitdiklərim məni dəhşətə gətirir. – deyə vəcdə 

gələn  tarixçi  alim  sarsılmış  vəziyyətdə  dilləndi.  –  Mən 

mütləq şəkildə Qarabağ hadisələri ilə bağlı məlumatları və 

ədəbiyyatları  nəzərdən  keçirəcəm  və  bir  tarixçi  kimi  bu 

haqda  kitab  yazacam.  Ermənilər  insanlığa  qarşı  belə  bir 

vəhşiliklər  törədiblərsə,  bu  haqda  mütləq  kitablar  yazılıb 

dünya  ictimaiyyətinin  diqqətinə  çatdırılmalıdır.  Həm  də 

həqiqəti  araşdırmaq  ona  görə  lazımdır  ki,  daxilimdə  olan 

şübhələri birdəfəlik aradan qaldırım.  




                                                     

 

  



                                                                            

                                                    

226 

- Mən çox şadam ki, sən düzgün yola çıxmaq üçün belə 



bir  ədalətli  qərar  verdin.  Qarabağda  axıdılan  nahaq  qana 

görə  göz  yumanlar,  bu  məsələdə  ermənilərə  dəstək  verən-

lər,  haqqı  qoyub  nahaqdan  yazanlar,  cəmiyyət  arasında 

mənliyi, vicdanı, şərəfi və ləyaqəti olmayan bir ünsür kimi 

qələmə  verilməlidir.  Kimliyindən  asılı  olmayaraq  onları 

cəhənnəm gözləyir. Mən istərdim ki... 

Elə  Abram  sözünü  yekunlaşdırmaq  istəyirdi  ki,  birdən 

Janna  ilə  Artur  otağa  qayıtdılar.  Göz  yaşlarını  silən  qadın 

yerində  əyləşmədən  üzünü  rus  ziyalısına  tutub  iradə  ilə 

dedi:  


-  Bir  sözlə  Sergey  Vladimiroviç,  əgər  millətçi 

soydaşlarımın,  erməni  adı  altında  gəzən  ekstremistlərin 

insanlığa  sığmayan  qatil  fəaliyyəti  ictimai  qınaq  vasitəsilə 

ifşa  olunsa,  onda  sıravi  ermənilərin  hamısı  rahat  nəfəs 

alacaq  və  gələcək  həyatda  yalnız  öz  rifahı  barəsində 

düşünəcək.  İndi  isə  xahiş  edirəm,  qalxın  ayağa,  gedək 

Arturgilə. O, bizim hamımızı evinə qonaq dəvət edir.  

 

 



 

 

 



 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə