215
- Sergey Vladimiroviç, bizim keşişlərin fəaliyyətini
görəndən sonra mənim onlara olan inamım tam ölübdür.
Əgər, mən ağlımı itirib daxilimdəki sirri kilsələrdə Yarada-
nın xidmətində duran keşişlərə və ya rahiblərə açıqlasam,
onlar məni şişə çəkmək üçün kilsədən çıxmağa belə imkan
verməzlər.
- Təəssüflər olsun ki, mən sizin dediklərinizi anlaya
bilmədim. – deyə çaşqınlıq içərisində olan tarixçi pedaqoq
çiyinlərini çəkərək, Artura qəribə nəzər yetirdi.
- Əziz alim, mənim daxilimdəki sirr həqiqətin açılmasın-
dan ibarətdirsə, bu onların xoşuna gəlməyəcək. Ona görə
ki, onlar həqiqətlərin üzə çıxmasından, türklərdən qorxduq-
ları kimi qorxurlar. Amma şəxsən sizə, səmimi insan
olduğunuza görə, mənim quldur niyyətli soydaşlarımın əsl
iç üzünü açmaqdan ötrü, həmin həqiqəti söyləməyə hazı-
ram. Çünki neçə illərin yalanı məni rahat yatmağa qoymur
və istəmirəm, daim mənə yaxşılıq edən insanların adları ən
çirkin əməllərdə hallansın.
- Janna Albertovna, siz bununla nə demək istəyirsiniz? –
deyə Sergey təəccüblə soruşdu.
216
XX fəsil. Erməni qadını uzun illərdən
sonra həqiqəti söyləməyi qərara alır
Janna özünü narahat hiss etdiyindən əsl həqiqəti söyləə
bilmirdi. Sergey də fikir verdi ki, qadın sözlü adama
oxşayır. Qadın bir badə də spirtli içki qəbul edib dərindən
ah çəkdi və bir qədər ara verəndən sonra dedi:
- Sergey Vladimiroviç, bu neçə illər yalan danışdığım
üçün mən vicdan əzabı çəkmişəm, lakin bu gün özümdə
cəsarət tapıb əsl həqiqəti söyləyəcəm. Mənə dar gündə
Sumqayıtda arxa duran qonşularımın ünvanına şər və
böhtan atmaqla onları sizin sizin kimi rus ziyalılarının
gözündən salmağa çalışmışam. Mənim üçün doğma olan
həmin şəhərdə başıma gətirilən bütün müsibətlərin baiskarı
erməni ekstremistləri olubdur. İş ondadır ki, Sumqayıt
hadisələri başlayanda mənim evimə ilk növbədə Eduard
Qriqoryanın başçılığı ilə bir neçə erməni gəlib əvvəlcə
ərimi öldürdülər, ondan sonra isə özümü zorladılar. Həmin
hadisələr zamanı Janna körpə idi və gözümün qabağında
onu da mənimlə birlikdə öldürmək istədilər. Lakin azərbay-
canlı qonşularımın müdaxiləsindən sonra biz qurtulduq və
iki gün həmin qonşuların evində gizləndik. Elə həmin həftə
SSRİ DTK-nın əməkdaşları, onların yarısından çoxu
ermənilər idi, bizə bildirdilər ki, izahatda məhz azərbay-
217
canlıların bizə hücum edib zor tətbiq etdiyini izahatda
göstərim. Əks təqdirdə bizi fiziki cəhətcə məhv edəcəkləri
ilə hədələdilər. Məhz həmin hadisələrdən sonra mən erməni
olduğum üçün özümə nifrət etdim. Belə bir siyasətlə biz nə
əldə etmək istəyirik? Bu suala mən hələ də cavab tapa
bilmirəm.
Jannanın bu etirafından sonra dəhşətə gələn Sergey
inana bilmirdi ki, qadının ağzından çıxan sözlər əsl həqiqət-
dir. O, aydınlıq gətirmək üçün sual vermək istəyəndə
Abram onu qabaqlayaraq həvəslə dedi:
- Mən çox şadam ki, Janna özündə cəsarət tapıb həqiqəti
söylədi. Hörmətli tarixçi, bu ifadələr məndən çox sənə
lazımdır. Ona görə ki, sən tarixçisən və tarixçilər öz
əsərlərində əsl həqiqəti yazmalıdırlar.
- Həmin hadisələrlə bağlı olan detallar maraq kəsb
edirsə, mən dinləməyə hazıram. – deyə Sergey dostuna
sualedici nəzər saldı.
- Məlimat üçün deməliyəm ki, 1988-ci il fevralın 19-dan
etibarən İrəvanda kütləvi mitinqlər başlanır. – deyə Abram
aludəliklə dilləndi. - Mitinq iştirakçıları "Ermənistanı
türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər
üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü
günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX
əsrin əvvələrində şəhərdə 8 məscid olmuşdur) yandırıldı.
218
- Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş
şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqor-
yan idi. – deyə Janna səbirsizliyini nümayiş etdirərək əsəbi
halda əlavə etdi. - Yəni, bunu təkcə mən demirəm. İllər ötsə
də mən onun yırtıcı sifətini, qatil hərəkətlərini heç vaxt
unutmayacağam. Bundan əlavə bildirmək istəyirəm ki,
Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz
həyatlarını təhlükə qarşısında qoyaraq, məni və digər ermə-
ni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas
etmələri haqqında mətbuatda çox yazılıbdır.
- Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr
Hayrikyan etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva
tərəfindən təşkil olunmuşdu”. – deyə Abram rəsmi qaydada
izah verməyə başladı. - Bu hadisələrin Moskva tərəfindən
törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o
vaxtkı sədri N. Kryuçkov da etiraf etmişdir.
Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri
dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26
erməni, 5 azərbaycanlı, 1 ləzgi öldürüldü. O da məlumdur
ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni
terror fondlarına pul keçirməkdən imtina edənlər idi.
Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən
özü öldürmüş, 8 erməni qadınını zorlamışdır.
Dostları ilə paylaş: |