227
II Hissə:
Miskin ermənilərin tam
şəkildə ifşa olunması
228
I fəsil. Hiyləgər fəndə əl atmaq istəyən
biznesmen
Günlər, aylar keçdikcə Yelizaveta yavaş-yavaş anlamağa
başlayırdı ki, kobud xasiyyətə malik olan Robert onunla
əşya kimi davranır və o, ən çox şəxsi mənafeyinə görə
qızdan istifadə edir. Ən əsas erməni kommersantı başqa
regionlardan əldə etdiyi malları satıcılara paylamamışdan
əvvəl, qızın evində saxlayırdı. Məhz sərf etdiyi satış
qiymətini əldə edən kimi, o, həmin malları realizə etməyə
müvəffəq olurdu. Bir sözlə, Robert Yelizavetanın evindən
anbar kimi istifadə edir, əvəzində isə satılmayan malları
qıza hədiyyə verərək, onu özündən asılı vəziyyətə salırdı.
Yelizaveta hansısa bir tədbirə getmək istəyəndə mütləq
şəkildə Robertdən icazə almalı və hava qaralana qədər evin-
də olmalı idi. Bundan əlavə qız hansısa bir yaxın rəfiqəsi-
nin ad gününə getmək üçün erməni oğlandan hədiyyə
istədikdə o, min-bir bəhanə gətirərək, istədiyi qızın xahişini
yerə salırdı. Əsas bəhanə o idi ki, guya o, bankdan böyük
məbləğdə pul götürdüyü üçün, əlavə bədxərclik edə
bilməzdi.
Bir sözlə, Robert qızla elə davranırdı ki, sanki Yeliza-
veta onun nişanlısı və yaxud da arvadı idi. Halbuku qız
dəfələrlə izah edirdi ki, o, subay olduğundan sərbəstdir və
229
nə vaxt, hara istəsə gedə bilər və bunun üçün Robertdən
icazə almalı deyil. Bütün bunların fonunda tez-tez onların
arasında mübahisələr baş verir, nəticədə isə həftələrlə, hətta
ayla küsülü qalırdılar. Yalnız oğlan özünü məzlum şəklinə
salandan sonra qız onun yurd-yuvasından “didərgin” düş-
müş bir bəndə kimi yazığı gəlib, onunla barışırdı. Onların
arasındakı mübarizə kəskin xarakter alanda, Yelizaveta
hamıya söz verirdi ki, bir daha özünü kobud aparan həmin
“qaçqınla” barışmayacaq. Həm özünə, həm də Eduarda,
Eduardın ailəsinə mənəvi və maddi zərbə dəyəcəyindən
ehtiyat edən hiyləgər erməni fırıldaqçısı, qızın qarşısında
ləyaqətsizcəsinə ağlayaraq ondan əfv olunmasına nail
olurdu.
Özünə görə dünyagörüşünə malik olan Yelizaveta son
vaxtlar anlamağa başlamışdı ki, onunla ailə həyatı qurmaq
istəyən həmin ədəb-ərkandan uzaq olan oğlanın nə mənliyi,
nə qeyrəti, vicdanı var.
Tədris ili başa çatmaq üzrə olduğundan Yelizaveta
universitetin kitabxanasından götürdüyü ədəbiyyatları
qaytarmağı qərara aldı. O, Robertdən kitabların daşınması
üçün yardım istəsə də erməni biznesmen həmin gün
vaxtının olmadığını bəhahə gətirdi. Hiyləgər oğlanın bu
hərəkəti qızın xoşuna gəlməsə də o, hələlik oğlanın xətrinə
dəyməməyi qərara aldı. Yelizaveta görür ki, son vaxtlar
230
Robert onun bir çox xahişlərini yerə salır və qayğı-
nəvazişlərinin sayını kəskin surətdə azaltmışdı.
Kitabların sayı çox olduğu üçün o, Nizaminin köməyin-
dən istifadə etməli oldu. Qızın sözündən çıxmaq istəməyən
oğlan, əvvəlcədən razılaşdırılmış kimi, səhər tezdən təhsil
ocağına yollanmamış birbaşa onlara getdi ki, kitabları
oradan götürsün.
Yelizaveta üç bağlama – iki böyük və bir balaca –
hazırlamışdı.
Nizami öz pedaqoqu ilə salamlaşmaq üçün onun kabine-
tinə yollandı. Sergey bu vaxt nahar edirdi və tərəddüd
etmədən Nizamini süfrə arxasına dəvət etdi. Qız tələbə yol-
daşının gəlişinin səbəbini atasına ərz etmişdi. Oğlan utan-
caq olduğundan nə qədər həmin dəvətə etiraz etsə də, son
nəticədə pedaqoqun təkid etməsi onun müqavimətini qırdı.
Yelizaveta əynini dəyişmədən (o, çin xalatında idi)
tələm-tələsik, əlavə yağ-pendir gətirdi və vaxt itirmədən
blinçik qızardaraq masanın üzərinə düzdü. Qızın bu hərə-
kəti oğlanın ürəyindən oldu və o, kompliment bildirməyi
özünə lazım bildi. Hərəkətdə olan Yelizaveta kakao hazırla-
yıb masa arxasında əyləşən kimi Nizami səmimiyyətlə:
- Liza, sənin əl qabiliyyətinə söz ola bilməz. Fakültədə
söz gəzirdi ki, sən qaldığın ocaqda heç bir ev işləri ilə
məşğul olmursan. Guya evinizdə qulluqçu işlədirsiniz.
Dostları ilə paylaş: |