211
ikimərtəbəli mülklə yanaşı, iki hektara yaxın torpaq ərazisi
də aldım. Bundan əlavə Bakıda da mənim özəlləşdirilmiş
şəxsi evim var.
- Sən bunu ciddi söyləyirsən? – deyə Sergey təəccübünü
gizlətmədi.
- Bunu Janna da təsdiqləyə bilər. Hər il mən öz evimi
yoxlamaq və istirahət etmək üçün Qubaya gedir və əsla
özümü oranın camaatı arasında yad hesab etmirəm.
- Hər şey də bir parça torpaq üstündə baş verdi. – deyə
Janna söhbətə müdaxilə etdi. - Qorbaçov fərman imzala-
saydı ki, bu torpaq filan millətin, o biri torpaq isə digər
millətindir, onda bizim aramızda qan tökülməzdi. Lakin
bütün bu ədavətə və düşmənçiliyə baxmayaraq, ildə ən azı
iki-üç dəfə biz Nazim və Klara ilə burada görüşürük.
- Qorbaçov nəinki sizi bədbəxt etdi, hətta nəhəng SSRİ-
ni siyasi xəritədən sildi. – ziyalı başını təəssüflə yellətdi və
həmin an üzünü Artura tutub maraqla soruşdu. – Artur,
məni bir şey maraqlandırır, Bakıda iğtişaşlar baş verən
zaman siz evinizi qoyub qaçdınız, bəs əvəzinə kompensas-
siya almadınız?
- Gərək erməni höküməti Ermənistandan qovulan
azərbaycanlılar üçün kompensassiya verəydi ki, Azərbay-
can höküməti də adekvat addımlar ataydı. – deyə Artur
qəzəblə dilləndi və ara vermədən sözünə əlavə etdi. -
212
Amma elələri də vardı ki, evini dəyişməklə, özü-özünə
kompensassiya əldə edə bilmişdi. Məsələn, Janna Azərbay-
canı tərk edəndə evini dəyişməyə nail olmuşdu.
- Artur, mənə sataşırsan? – deyə Janna sir-sifətini turşut-
du və aydınlıq gətirmək üçün üzünü rus ziyalısına tutub
səbirsizliklə sözünə davam etdi. – Sergey Vladimiroviç,
mənim Sumqayıt şəhərinin mərkəzində üçotaqlı yenicə
təmirdən çıxmış mənzilim vardı. Həmin mənzili Spitakın
kənarında yerləşən ikiotaqlı mənzilə dəyişdilər və iki ay
keçməmiş həmin mənzil zəlzələ nəticəsində yerlə yeksan
oldu. Düzdür, ondan sonra Ermənistanın Quqark rayonunun
bir kəndində mənə ev təklif olundu. Lakin həmin kənd
bizimkilər tərəfindən qarət edildiyindən, orada demək olar
ki, adam yaşamırdı. Mən orada bayquş kimi tək qalmalıy-
dım?
- Mən orada olanda, gözlərimə inanmadım ki, həmin
yaşayış məskəni Ermənistanda yerləşir. – deyə Abram
Jannaya təsəlli vermək üçün aramla dilləndi. – Ermənilər
həmin kəndi elə qarət etmişdilər ki, sanki ora, intensiv
şəkildə təyyarələrlə bombardıma məruz qalmışdı.
- Mənə isə təzminat əvəzi Qarabağda işğal olunmuş
Azərbaycan kəndində ev təklif etmişdilər. – deyə Artur
istehza ilə dilləndi. – Ora getsəydim, bir növ mən orada
girov qalmalı idim.
213
- Necə yəni girov qalmalıydın? – deyə ziyalı başa
düşmədi.
- Hazırda Qarabağ elə biz ermənilər üçün böyük kolo-
niya sayılır. – deyə dərindən köksünü ötürən Bakı ermənisi
aludəliklə dilləndi. – Məndə olan məlumata əsa-sən, 2003-
cü ilin yanvar ayından oranı tərk edənlərin qarşısının
alınması məqsədilə müəyyən olunmuş qaydalara görə,
daimi yaşamaq üçün xaricə gedən ailələr təxminən 15,
hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum
ödəməlidirlər. Koçəryanla, Sarkisyan, sanki orada açıq
səma altında koloniya yaradıblar.
- Eşitdiklərimin hamısı mənə qəribə görünür, - deyə
Sergey fikirli halda dilləndi. – elə bil bu vaxta qədər mən
yuxuda olmuşam. Sizin danışıqlardan mən belə başa düş-
düm ki, Ermənistanda yaşayan ermənilər nəinki azərbay-
canlılara qarşı düşmənçilik mövqeyi nümayiş etdirmiş,
hətta Azərbaycanda yaşayan ermənilərə qarşı saymamazlıq,
biganə münasibət bəsləyiblər. Deməli, başqa yerdə yaşayan
ermənilərin taleyi onları qəti olaraq narahat etmir.
- Bizim siyasətçilər bizim xoş xatirələrlə dolu olan
keçmişimizi, uşaqlıq illərini əlimizdən aldılar. – deyə Janna
içi araqla dolu olan stəkanı başına çıkib həqarətlə dilləndi.
– Onlar olmasaydı, biz indiyənə kimi azərbaycanlılarla
birlikdə xoş və firavan yaşayırdıq.
214
- Janna Albertovna, belə bir fikirdən sonra mənim sizə
böyük qibtəm artdı. – deyə qadının dediklərinə heyran
qalan rus ziyalısı təəccüblə dilləndi və hörmət əlaməti
olaraq onun əlindən öpərək, hərarətlə sözünə əlavə etdi. –
Siz Sumqayıtda yaşayarkən azərbaycanlılar tərəfindən ağır
fiziki məhrumiyyətlərə məruz qalsanız da, onlara qarşı
nifrət hissi bəsləmirsiniz.
- Hörmətli Sergey Vladimiroviç, mən qadın olsam da,
heç vaxt mənə və ailəmə qarşı edilən pislikləri unutmaram.
– deyə Janna bir stəkan da arağı başına çəkən kimi acıqlı
halda dilləndi. – Artıq iyirmi beş ilə yaxındır ki, mən
daxilimdə mühüm bir sirri gəzdirirəm. Həmin sirri
saxlamağa mənim taqətim qalmayıbdır.
- Sirri uzun müddət gizlətməyin də mənası yoxdur. –
deyə rus ziyalısı qadına təsəlli verdi. – Bunun üçün kilsə
mövcuddur. Daxildə yüngüllük hiss etmək üçün kilsəyə
gedib, həmin sirri rahibə söyləmək kifayətdir.
Elə bu vaxt Jannanın üzündə istehza sezildi və o, ara
vermədən giley-güzarla gülməyə başladı. Sanki o, ziyalının
sözünü qulaqardına vururdu. Sergey elə başa düşdü ki,
Janna normasından artıq spirtli içki qəbul etdiyindən belə
bir ərköyün hərəkətə yol verir. Lakin buna baxmayaraq
qadın son məqamda özünü ələ alıb ciddi halda dedi:
Dostları ilə paylaş: |