  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə57/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   53   54   55   56   57   58   59   60   ...   113

                                                     

 

  



                                                                            

                                                    

207 

-  Akademik  Aqambekyanın,  yazıçı  Zori  Balayanın 



qurduqları siyasət nəticəsində mənim kimilərin vətəni yoxa 

çıxıbdır  və  mənim  kimilər  siqanlar  kimi  nabələd  yollarda 

çörək pulu axtarmaqla məşğuluq.  

-  Nəyə  görə  belə  bir  abstrakt  fikir  yürüdürsən?  –  deyə 

Sergey onun fikiri ilə razılaşmadı. – Mən bir çox ölkələrdə 

olmuş  və  oralarda  kifayət  qədər  erməni  milliyyətinin 

nümayəndələrini  görmüşəm.  Məgər,  onların  heç  birisinin 

vətəni  yoxdur?  Bəs,  Ermənistan  necə,  ora  sənin  vətənin 

sayılmır? 

-  Birincisi,  əvvəlki  Ermənistandan  heç  bir  əsər-əlamət 

qalmayıbdır, ikincisi ora indi Köçəryan, Sarkisyan, Balayan 

kimi  quldurların  vətənidir,  üçüncüsü  isə  mən  doğulduğum 

yeri  heç  bir  ölkəyə  dəyişmərəm.  Ona  görə  ki,  ən  xoş 

günlərim  doğulduğum  şəhərdə,  böyüyüb-başa  çatdığım 

məhəllədə keçibdir. 

-  SSRİ  dağılandan  sonra  təkcə  ermənilər  yox,  bir  çox 

millətlər  oradan  çıxıb  gediblər.  –  həmsöhbətindən  söz  al-

mağa çalışan ziyalı istehza ilə dilləndi. – Kim nə bilir, bəl-

kə də həmin məhəllədən heç bir əsər-əlamət qalmayıbdır.  

- İnanırsınız, həmin dövrdə biz ayrıseçkiliyin nə olduğu-

nu  bilmirdik.  –  deyə  Artur  yenə  də  ətrafına  nəzər  salaraq 

asta  səslə dilləndi.  –  Bizim  məhəllədə rus, erməni,  yəhudi, 

kürd,  ləzgi,  gürcü,  ukraynalı,  yunan  və  digər  millətlər 



                                                     

 

  



                                                                            

                                                    

208 

qardaş kimi yaşayırdı. Biz hamımız xeyir və şərdə bir yerdə 



olmuşuq. Lakin iş elə gətirdi ki, araya nifaq salındı və biz 

öz  ocaqlarımızdan  didərgin  düşdük.  Nazim  deyir  ki,  digər 

millətlər  hələ  də  oradadırlar  və  əvvəlki  kimi  bir-birilərilə 

qardaş kimi mehribandırlar. 

-  Yaxşı  bəs,  azərbaycanlılar  mono  millət  kimi  yaşamır-

lar? – deyə Sergey maraqlandı.  

-  Sizə  dedim  axı,  onlar  hələ  də  bir  yerdə  yaşayırlar.  – 

deyə Artur bezikmiş halda cavab verdi. 

Elə  bu  vaxt  Sergey  yerindəcə  donub  qaldı  və  həmin  an 

Eduardın dediklərini yada saldı: o, deyirdi ki, Azərbaycan-

da öz millətindən başqa heç kim yaşamır və ora dünyadan 

izolə edilmiş bir ölkədir. Kim ki, orada kök  salıb yaşamaq 

istəyir,  həmin  adam  müəyyən  müddətdən  sonra  fiziki 

cəhətcən məhv edilir.  

-  Bakı  haqqında  məndə  məlumatlar  tamamilə  başqa  cür 

idi. – deyə rus ziyalısı məyus halda dilləndi. 

-  Mən  çox  şadam  ki,  gec  də  olsa  siz  həqiqəti  eşitməyə 

başladınız.  –  deyə  Abram  ehtiramla  dilləndi.  –  Elə  erməni 

millətçiləri  və  ekstremistlərinin  ucbatından  Artur  kimi 

evindən qovulan ermənilərin sayı həddindən çoxdur. 

-  Hörmətli  qonaq,  şəxsən  mən,  bir  gün  də  olsa  belə 

doğulduğum şəhərə,  yaşadığım  məhəlləyə getmək, oradakı 

qonşularla  ünsiyyət  qurmaqdan  ötrü  topladığım  varidatı 



                                                     

 

  



                                                                            

                                                    

209 

qurban verməyə hazıram. – kədərlə dillənən Arturun gözlə-



ri doldu və o, baxışlarını rus ziyalısından ayırmadan tələsik 

halda  sözünə  əlavə  etdi.  –  Bilirsiniz  nəyə  görə?  Ona  görə 

ki,  mən  başqa  yerdə  Bakıdakı  kimi  xoşbəxt  ola  bilmirəm. 

Mən deyərdim, Bakı dünyada yeganə şəhərdir ki, milliyyə-

tindən, dinindən, irqindən asılı olmayaraq hər bir kəs orada 

özünü doğma kimi hiss edir və bir-birilərinə can deyib, can 

eşidirlər. 

-  Şəxsən  sənin  zəkana,  daxildəki  ülvi  hisslərinə  qibtə 

edirəm. – aranın qızışmasını istəməyən Sergey səmimiyyət-

lə  dilləndi.  -  Qafqaz  qonaqpərvərliyi  bütün  Avropaya 

yayılmaqdadır. Kaş hamı sizin kimi mehriban olaydı.  

-  Təəssüflər  olsun  ki,  müharibədən  əvvəl  siz  bizim 

məhəllədə  olmamısınız.  –  gözləri  dərddən  yaşaran  Bakı 

ermənisi  başını  yellədərək  məyus  halda  dilləndi.  –  Orada 

yaşayan  zaman  biz  bilməmişik  kim  ermənidir,  kim  isə 

azərbaycanlı.  Yalnız  Qorbaçovun  çirkin  siyasəti  bizim 

millətlərin  arasına  nifaq  saldı.  Ekstremistlər  isə  onun 

“yenidənqurması”ndan məharətlə istifadə etdilər. Qardaşca-

sına yaşayan iki millət bir-birilərinə düşmən kəsildilər.  

- Əziz dostum, sən yaxşı bilirsən ki, daimi yaşamaq üçün 

Sankt-Peterburqda  mənim  evim  var.  –  balıq  qızartması 

yeyən Abram əlini salfetka ilə silib səmimiyyətlə dilləndi. – 

Ürəyimə  danıb  ki,  haçansa  həmin  ev  mənim  əlimdən 



                                                     

 

  



                                                                            

                                                    

210 

çıxacaq.  Ona  görə  ki,  millətçilik  çağırışları  və  çıxışları 



Rusiyada  günü-gündən  artır.  Bu  ölkədə  mən  təhlükəsiz 

yaşamağıma əmin deyiləm.  

-  Abram,  bu  sənin  üçün  problem  törədirsə,  sən  İsrailə 

köçə bilərsən. – deyə Artur məsləhət verməli oldu. – İsrail 

regionda çox qüdrətli dövlətdir və vətəndaşlıq alan hər bir 

soydaşına yaşamaq üçün çox əlverişli şərait yaradır.  

- Bizim ölkə qüdrətli dövlət olsa da, orada yaşamaq heç 

də təhlükəsiz sayılmır. – deyə Abram məyus halda dilləndi. 

–  Hər  bir  dövlət  sərhəd  qonşuları  ilə  sülh  və  əminamanlıq 

şəraitində  yaşamalıdır.  Amma  belə  getsə,  yaxın  bir  neçə 

ildə  Ərəb  ölkələri  ilə  növbəti  böyük  müharibə  başlanacaq 

və həmin müharibədə qələbə çalmağımız sual altında qalır. 

Əziz  dostum,  həm  bunu  nəzərə  alaraq,  həm  də  tarixin 

səhifələrini vərəqləyərkən belə qərara aldım ki, ahıl yaşımı 

yəhudilər  üçün  ən  təhlükəsiz  olan  bir  məkanda  keçirim. 

Hamı  bilir  ki,  qədimdən  başlayaraq  bizim  millət  qədim 

misirlilər, romalılar, yunanlar, ərəblər, bizanslılar, ispanlar, 

portuqallar,  fransızlar,  almanlar,  rusların  və  digər  millət-

lərin  yaşadıqları  ölkələrdə  fiziki  cəhətcən  məhv  edilibdir. 

Lakin Azərbaycanda yəhudilər belə bir diskriminasiya hələ 

də  ilə  üzləşməyiblər.  Mən,  azərbaycanlıların  həm  qonaq-

pərvərliyini,  sülhpərvərliyini,  həm  də  tolerantlığını  nəzərə 

alıb yəhudilərin kompakt yaşadığı Quba rayonunda özümə 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə